sində isə 98%-dən az olmamalı, bərk qarışıqlar və uzunlifli qarışıqlar 2,5
424
mm-dən böyük olmamalıdır. Ümumi azotun yol verilən qatılığı təbii - iqlim
zonasından və becərilən bitkidən asılı olaraq müəyyən olunur (cədvəl 4.33).
Cədvəl 4.33
Heyvandarlıq axınlarında ümumi azotun yol verilən qatılığı, mq/l.
Çoxillik dənli ot-
lar ikinci və həya-
tının sonrakı illə-
rində
Çoxillik dənli otlar çıxış-
dan 60 gün sonra (yonca,
hibrid yonca), birillik otla-
rın qarışığı (paxlılarsız)
Dənli bitkilər, qar-
ğıdalı
Şəkər çuğundu-
ru, günəbaxan
Ifrat və kifayət qədər nəmliyi olan zona
1500
1000
800
500
Kifayət
qədər nəmliyi olmayan zona
700 – 800
500
400
250 – 300
Damcı və şırımlarla suvarma normaları çirkab sularda kimyəvi ele-
mentlərin miqdarını nəzərə almaqla hesablanır. Suvarma norması - 1 ha
torpağa bir suvarmada verilən suyun həcmi (m
3
). Illik suvarma norması -1
ha torpağa bir vegetasiya müddətində verilən suyun həcmi (m
3
). Suvarma
norması adətən bitkinin suya tələbatına (çatışmamazlığına) uyğun gəlir,
hansı ki:
D
w
= B – E formuluna əsasən hesablanır. Burada, B – optimal sudan
istifadəyə tələbat, mm; E – faktiki buxarlanma, mm.
Az miqdarda minerallaşmış çirkab suları ilə suvarma rejmini hesabla-
yanda suya təlabatla aparılır, biogen maddələrin yüksək miqdarında isə
torpaqda qida elementlərinin balansını nəzərə almaqla hesablanır.
Çirkab sularla gübrələmə suvarmalarının illik norması Q
çs
(m
3
/il)
aşağıdakı formula ilə hesablanır:
m
NPK
m
çs
U
C
P
Q
3
10
(4.22)
burada, P
m
- planlaşdırılmış məhsuldarlıqda kənd təsərrüfatı bitkiləri
ilə azot, fosfor və kalium daşınması (çıxarılması), kq/ha; C
NPK
- axınlarda
azot, fosfor və kaliumun qatılığı, mq/l; U
m
- azotun (U
m
= 0,6 - 0,7),
fosforun (U
m
= 0,6 – 0,7) və kaliumum (U
m
= 0,6) istifadə olunma əmsalıdır.
İstifadə olunma əmsalı suvarma üsulundan və texnikasından asılıdır.
Məsələn, yağdırma üsulunda ammonyak uçur, buna görə də azot üçün U
m
=
0,85 olur.
425
Əgər axınların yüksək gübrəlik dəyərliliyi səbəbindən illik suvarma
norması suvarma normasından az olarsa, onda fərqi təmiz su verməklə
təmin edirlər. İllik suvarma normasını vegetasiya və qeyri - vegetasiya nor-
malarına bölmək olar. Vegetasiya suvarma norması 1,5-2 m torpaq qatının,
qrunt sularının yerləşməsinin dərinliyini nəzərə almaqla, su saxlama qabi-
liyyətinə görə təyin olunur.
Çirkab suları ilə suvarmanı sanitar - gigenik tələbatlara uyğun həyata
keçirmək lazımdır. Belə ki, heyvandarlıq axınlarını istifadə etdikdə, suvar-
ma sahəsi yaşayış yerlərindən, dəmiryol və avtomobil yollarından, istehsalat
binalarından 25-30 m (səthi suvarmada), yağış yağdırma üsulu ilə suvar-
dıqda isə 100 - 200 m uzaqda yerləşdirmək lazımdır.
Çirkab suların və heyvandarlıq axınlarının suvarılan ərazidən kənara
və su hövzələrinə atılması qadağandır.
Misal. Qələviləşmiş qara torpaqlarda yazlıq buğdanın səthi suvarıl-
masında peyin axınları ilə gübrələmə suvarmasının illik normasını təyin
etmək tələb olunur.
Dostları ilə paylaş: