96
Zəmilərim, xırmanlarım sovrulub,
Təndə canım, saçda dənim sovrulub,
Xəzəl altda gül otlarım qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.
Yaxud:
Keçən günüm, solub gedən gülümsən,
Günbatanda bir də mənə gülümsə.
Sarı gəlin qürubda da gülümsər,
Mənim ömrüm qürubumda qan ağlar.
M.İsmayıl, F.Məmmədli, C.Yusifzadə, S.Sarvan, Z.Qafarlı,
Ə.Mədətoğlu və başqa şairlərin son dövr yaradıcılığı üçün də
pessimist əhval-ruhiyyə xarakterikdir.
Qardaşlar! Bizi sevməyən günlər gəldi,
Ağızda diş seyrələn kimi sıramız seyrəldi.
...Gözəl günlərimiz xəzandı indi.
Bağban fələk od vurub yandırır; tüstüsü zil qara.
O tüstünün gölgəsində yazdım bu şeiri.
Bir nüsxəsi sizə çatacaq,
O biri –torpaq olmuş dostlara...
(Sabir Sarvan)
* * *
Şair Ramiz Rövşənin 1965-ci ildə yazdığı “Onbirlik üs-
tündə” şeiri bu misralarla başlayırdı: “Gəlir təzə şeir, hecasız
şeir, O “gül”süz, “bülbül”süz, hicransız şeir”. Həmin illərdə bu
misraların poeziyada səslənişi “yeni hava”ya işarə olmağla ya-
naşı ardınca poetik yeniliklər gətirəcəyini vəd edirdi: Bəs bu
gün necə? Ötən ilin şeiri nümunələri ilə tanışlıq göstərir ki,
milli şeirin bioqrafiyasını daşıyan heca vəzninin meydanı get-
dikcə daha çox daralmağa başlayır. Bunu yalnız gənc ədəbi
qüvvələrin deyil, elə yaşlı nəslin ifadə tərzində də görməmək
97
mümkün deyil. Baxmayaraq ki, yaşlı nəsil “öz keçmişindən”
heç də gülə-gülə yox, ürək ağrısı ilə ayrılır. Ç.Əlioğlu “Əlvida,
on birlik heca şeirim...”də heca vəzninin meydanının daralma-
sına etiraz edir:
Dəyişdi dövranın avazı, ritmi,
Dedilər, bambaşqa ovqat doğulur.
Vəzndə dedilər, nə əksən bitmir,
Ciddi çərçivədə ahəng boğulur.
...Açıldı şeirə yeni bir axın,
Bəli, başqa dedik ovqat doğulur!
Bəs niyə demədik, bir yaxşı baxın:
Hər yüzdən tək biri babat doğulur.
“Yenilik” aşiqi, naşı “şəyirdlər”
Nəzmin ağ bəhrində sərbəst üzürlər.
Bax, meydan sulayır, at səyirdirlər
Sənə əski deyir, ağız büzürlər...
Nəzərə alsaq ki, yeni dövr poeziyasında ənənə zəncirini qıran
və postmodern düşüncə tərzini ehtiva edən bir çox şeirlərin
müəllifi də elə Ç.Əlioğlu olmuşdur, şeirdəki nostaljini, xəfif ki-
nayəni də başa düşmək olar. Yola saldığımız ildə heca vəznində
rast gəldiyimiz uğurlu poetik nümunələr şairlərin bu kontekstdə
mühafizəkarlıqlarını qoruduqlarını sərgiləyir. V.Bəhmənli qoş-
manın, B.Sadiq gəraylının uğurlu örnəklərini təzə-tər duyğuların
qanadında poetik müstəviyə çıxarırlar.
Ömrə ölçü-biçi sözdü,
Çölü sözdü, içi sözdü.
Mənə düşən iki sözdü,
Birin dedim, biri qaldı
- yazan şairə F.Məmmədli ona düşən “iki sözü”ü ötən il çap
olunan iki kitabla deməyə çalışdı: “Dərd üzünü gizləyir” və
“İki damla dəniz” kitabları ilə. Birinci kitabda şairənin heca,
98
ikincidə isə sərbəst vəzndə yazdığı şeirlər yer alıb. F.Məmməd-
linin sərbəst vəzndə yazdığı də şeirlər poetik cəhətdən uğurlu
alınır, demək olar ki, müəllifn hecada istila elədiyi yeri sər-
bəstdə qazanmaq imkanı real görünür.
Yenə gözlərin
dənizi
çəkib gətirdi
qəlbimin
səhra quraqlığına.
Yenə baxışların
mavi göyləri endirdi
içimin qaranlığına;
cücərdi qəlbimdəki
ümidlərim.
Içərimin künc-bucağı
işıqlandı.
Qaldırdım
dizlərimi yerdən.
Ümidlərim pıçıldadı:
“Dünya gözəldir!”
Firuzə Məmmədli sözün məsuliyyətini dərk edən, özəl poe-
tik yaşamı ilə seçilən şairlərdəndir. Hətta əminliklə deyim ki,
Qarabağla bağlı poeziyamızda yaranmış müharibə mövzulu
şeirlər daha çox onun poetik düşüncəsində layiqincə təcəssü-
münü tapa bilir. Son kitabları da müəllifin mövzuya həssas-
lığını bir daha təsdiqlədi. Məncə elə bu mövzunun şairədə ya-
ratdığı deqradasiyanın, ümidsizliyin nəticəsidir ki, Firuzə
Məmmədlinin son şeirləri dünya işləklərinin, siyasət oyunları-
nın, ictimai, mənəvi tənəzzül məqamlarına həssasdır, şikayətçi-
dir, barışmazdır.
Tükənmir də gün-güzəran dərd-səri,
Yoxa çıxıb həyat-ölüm sədləri.
Tanrım, elə ağırlaşıb şərtləri,
Çəkmək olmur şələsini dünyanın.
|