MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə27/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   23   24   25   26   27   28   29   30   ...   184
Obliqat aeroblar  - atmosferdə 20%-ə qədər oksigen olduqda normal yaşaya 
bilir. 
Mikroaerofillər  öz  inkişafı  üçün  nisbətən  az  oksigen  tələb  edir.  Molekulyar 
oksigen  çox  olduqda  bunlar  tələf  olmasa  da  inkişafdan  qalır.  Məs:  aktinomisetlər 
və s. 
Fakultativ  anaeroblar  -    həm  molekulyar  oksigenli  və  həm  də  oksigensiz 
şəraitdə çoxala bilir.  
Obliqat  anaeroblar  -  molekulyar  oksigensiz  şəraitdə  normal  inkişaf  edirlər. 
Bunlar oksigeni istifadə etdikləri qidalı mühitlərin parçalanmsı nəticəsində alırlar.  


43 
 
 
Beləliklə,  mikroblarda  maddələr  mübadiləsi  zamanı  daima  hüceyrənin 
qidalanmasını  və  tənəffüsünü  təmin  edən  müxtəlif  maddələrin  parçalanması  və 
sintezi  prosesi  gedir.  Belə  müxtəlif  biokimyəvi  proseslərin  həyata  keçməsini 
mikrob bədənində çoxlu miqdarda olan fermentlər həyata keçirirlər. 
Mikroorqanizmlərin  bədənində  bitki  və  heyvan  orqanizmlərində  olan  kimyəvi 
maddələr vardır. 
Bakterial  hüceyrə orta  hesabla 80-85% sudan, 15-20%  isə quru  maddələrdən 
ibarətdir.  Su  hüceyrədə  gedən  kimyəvi  proseslərdə  iştirak  edir.  Su  hüceyrədə  iki 
formada  olur:  sərbəst  və  birləşmiş  halda.  Sərbəst  su  hüceyrə  hissəcikləri  arasında 
əlaqə yaradır, birləşmiş su isə hüceyrə kolloidləri ilə əlaqədardır. 
Quru maddələr əsasən üzvi birləşmələrdən ibarətdir. 
Üzvimaddələrdən 
əsasyeri 
zülallartutur.Bəzibakteriyalarda 
zülallarqurumaddənin 
50-80%-ni, 
maya 
göbələklərində 
40-60%-ni, 
kif 
göbələklərində isə 15-40%-ni təşkiledir. 
Hüceyrənin  quru  maddəsinin  12-28%-nikarbohidratlar  təşkil  edirlər. 
Hüceyrələrin 
tərkibindəyağlar 
və 
yağa 
bənzər 
maddələr 
dəvardır.Bunlarqurumaddələrin 1,7-3,7%-nitəşkiledirlər. 
Mikrobların quru  maddələrinin  müəyyənhissəsini (15%-ni)  mineral  maddələr 
təşkiledir. 
Yuxarıda  qeyd  olunan  maddələrdən  başqa,  hüceyrə  tərkibində  70-ə  qədər 
makro- vəmikro-elementlər vardır. 
Mikrobların 
qidalanması, 
tənəffüsü 
və 
b. 
fiziolojiproseslər 
fermentativyollabaşverir.Fermentlər  kimyəvi  reaksiyalarda  iştirak  etmirlər, 
katalizator rolunu oynayırlar. 
Fermentlərinbir çox xüsusiyyətləri vardır: 
1) Onlar spesifikdirlər. Bu o deməkdir ki, bir ferment yalnız bir maddəyə təsir 
göstərir.  
2)  Fermentlər  yüksək  fəallıq  qabiliyyətinə  malikdirlər.  Məsələn,  1  ton 
nişastanı şəkərə çevirmək üçün 1 qr amilaza fermenti lazımdır.  


44 
 
3)  Fermentlər  müxtəlif  amillərin  təsirinə  həssasdırlar,  tezliklə  öz  fəaliyyətini 
itirirlər.  Onlar  üçün  optimal  temperatura  40-50°C  arasında  yerləşir,  temperaturun 
daha  da  yüksəlməsi  isə  fermentlərin  aktivliyinin  zəifləməsi  və  ya  tamamilə 
itirilməsi ilə nəticələnir. 
Fermentlər  –  zülal  təbiətli  birləşmələrdir.  Onların  bir  hissəsi  sadə  zülallar  – 
proteinlər  qrupuna  aid  edilir.  Belə  fermentlərin  hidroliz  məhsulları  yalnız  amin 
turşularından  ibarət  olurlar.  Oksidləşmə-reduksiya  reaksiyalarını  kataliz  edən 
fermentlərin  hamısı  mürəkkəb  zülallar  –  proteidlər  qrupuna  daxildir.  Bunların 
molekulunda  zülali  hissədən  başqa,  qeyri-zülali  hissə,  yəni  prostetik  qrup  olur. 
Belə  fermentlərin  nə  zülali  hissəsi,  nə  də  prostetik  qrupları  bir-birindən  ayrılmış 
vəziyyətdə  fermentativ  aktivliyə  malik  olmur.  Onlar  yalnız  bir-birilə  birləşdikdən 
sonra fermentlər üçün səciyyəvi olan xüsusiyyətlər əldə edirlər. Mürəkkəb zülallar 
qrupuna  daxil  olan  fermentlərin  zülal  hissəsi  –  apoferment,  qeyri-zülali 
komponentləri isə koferment (tərkibinə üzvi  maddə daxil olduqda) və ya aktivator 
(ancaq  metal  ionundan  ibarət  olduqda)  adlanır.  Məsələn,  polifenoloksidaza 
fermentində  zülalla  möhkəm  birləşmiş  bir  ədəd  mis  ionu  vardır.  Bəzilərində 
prostetik qrupunda vitaminlər, şəkərlər, fosfat turşusu, mononukleoidlər olur.  
Hazırda  2000-ə  qədər  ferment  məlumdur.  Buna  görə  fermentlərin 
öyrənilməsini asanlaşdırmaq üçün onları təsniflşdirirlər. 
Beynəlxalq  Biokimyaçılar  İttifaqının  fermentlər  üzrə  komissiyası  fermentlər 
üçün  yeni  təsnifat  təklif  etmişdir.  Bu  təsnifat  1961-ci  ildə  biokimyaçıların 
Moskvada keçirilən beynəlxalq konqresində bəyənilmiş və qəbul edilmişdir. 
Yeni təsnifata əsasən  fermentlər kataliz etdikləri reaksiyaların  növlərinə  görə 
aşağıdakı  altı  sinfə  bölünürlər.  1)  Oksireduktazalar.  2)  Transferazalar.  3) 
Hidrolazalar. 4) Liazalar. 5) İzomerazalar. 6) Liqazalar ( sintetazalar). Bu siniflərin 
hər biri müəyyən sayda yarımsiniflərə, qruplara bölünür. 
1.  Oksireduktazalar  sinfinə  bioloji  oksidləşmə  proseslərini  kataliz  edən, 
hidrogen ionlarının və elektronların daşınmasını həyata keçirən fermentlər daxildir. 
Buraya peroksidaza, katalaza və s. fermentləri daxildir. Peroksidaza və katalaza ya 


45 
 
hidrogen  atomlarını  substratdan  hidrogen  –  peroksid  molekuluna  keçirir 
(peroksidaza), ya da hidrogen–peroksidi suya və molekulyar oksigenə parçalayır:  
2H
2
O
2
 O
2
 + 2H
2
O. 
2.  Transferazalar  –  müxtəlif  kimyəvi  qrupların  bir  molekuldan  digərinə 
keçirilməsi ilə nəticələnən reaksiyaları kataliz edirlər. Məsələn, fosfotransferazalar, 
aminotransferazalar,  metiltransfera-zalar.  Burada  aminotransferazalar  –  amin 
qrupunu amin turşulardan ketoturşulara daşıyan fermentlərdir. 
3.  Hidrolazalar  –  molekuldaxili  rabitələrin  hidrolitik  (su  molekulunun 
birləşməsi  ilə  müşayiət  olunan)  parçalanma  reaksiyalarını  kataliz  edən 
fermentlərdir.  Məsələn,  fosfotazalar  fosfat  turşusunun  mürəkkəb  efirlərini  hidroliz 
edirlər.  Karboksiesterazalar  –  üzvi  turşuların  mürəkkəb  efirlərini  hidroliz  edir, 
qlükozidazalar  isə  qlükozidlərin  hidrolizini  sürətləndirən  fermentlərdir.  Buraya 
mürəkkəb karbohidratları hidrolitik yolla parçalayan fermentlər, məsələn, amilaza, 
sellülaza  kimi  fermentlər  də  daxildir.  Peptid  rabitəsini  hidroliz  edən  fermentlər 
(pepsin, tripsin və s.) də bu sinfin nümayəndələrinə aiddir.  
4.  Liazalar  substratdan  bu  və  ya  digər  kimyəvi  radikalı  ayıran  fermentlərdir. 
Karboksilazaları  bu  qrupun  fermentlərinə  misal  göstərmək  olar.  Karboksilazalar 
aminturşuların tərkibində olan karboksil qruplarını onların molekulundan ayırır və 
karbon qazına çevirirlər. 
5.  İzomerazalar  üzvi  birləşmələrin  müxtəlif  izomerlərin  qarşılıqlı 
çevrilmələrini kataliz edir. Bura sis-trans-izomerazalar aiddir. 
6.  Liqazalar  sinfinə  pirofosfat  rabitələrinin  parçalanmasından  alınan 
enercidən  istifadə  edərək,  sadə  birləşmələrdən  mürəkkəb  maddələrin  sintezini 
sürətləndirən  fermentlər  daxildir.  Liqazalar  zülalların,  nuklein  turşularının 
sintezində mühüm rol oynayırlar. 
 
 
 
 
 


46 
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin