138
Ширин Ханым Кяримбяйли Шадиман
MƏN SƏNDƏN ÖTRÜ
Könül duyğularım sığmır dünyaya,
Dönüb bircə ayım ən uzun aya,
Gözümün yaşları bir coşğun çaya,
Saf havamdan gəlir mürəkkəb ətri,
Darıxdım, qələmim, mən səndən ötrü.
Sənsizlik dağ-düyün çəkir sinəmə,
Gözlərim dözməyir bu yaşa, nəmə,
Gəl, incə mələyim, dönək o dəmə,
Əzizdir köksümdə kağızın xətri,
Darıxdım, qələmim, mən səndən ötrü.
Möhlətə, məlala tuş olub ürək,
Puç olub min amal, min arzu, dilək,
Qopartma sinəmdə sən xəzri külək,
Gəl, gəl yollarına düzüm gül çətri,
Darıxdım, qələmim, mən səndən ötrü.
Könül nalə çəkir sızlayır yaman,
Yenə də bürüyüb məni çən, duman,
Gəl ey Şadimandan səadət uman,
Açılmır təbimin sənsiz bir sətri,
Darıxdım, qələmim, mən səndən ötrü.
Dostları ilə paylaş: |