Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə54/105
tarix31.12.2021
ölçüsü1,35 Mb.
#25305
1   ...   50   51   52   53   54   55   56   57   ...   105
Tərkibi:
 Ət (qoyun) – 1 kq.
 Kərə yağı – 200 qr.


2.5 ßt xþrÿklÿri
● 127
 Soğan – 100 qr.
 Keşniş – 1 dəstə
 Duz, istiot
Hazırlanması: 
Ət yuyulduqdan sonra qazana tökülür, içərisinə 1 stəkan su əlavə olunur. 
Qaynara düşdükdən sonra yağ  əlavə olunur. 0,5 saat qaynadıqdan sonra 
soğan, duz və istiot atılıb az temperaturda 0,5 – 2 saata sərbəst bişir. Sonra 
qablara çəkilərək üstünə xırda doğranmış göy əlavə edilib, süfrəyə verilir.
Bozartma (Mal wti)
Tərkibi:
Mal əti – 2,5 kq.
Kartof – 1 kq.
Soğan – 300 qr.
Kərə yağı – 30 qr.
Tomat – 20 qr.
Duz, istiot. 
Hazırlanması:
Ət 5-6 sm ölçüdə hissələrə doğranılır. Doğranmış ət suda qaynadılır. Soğan 
yağda qovrulur üzərinə tomat əlavə olunur. Ətin suyu qovrulmuş soğanın 
içərisinə  əlavə olunur. Kartoflar soyularaq ölçüsündən asılı olaraq 2 və ya 
4 hissəyə bölünüb qovrulmuş soğan qarışığının içinə əlavə olunur. Kartoflar 
yarıbişmiş vəziyyətə düşdükdən sonra həmin qarışığın içərisinə qaynadılmış ət 
də əlavə olunur. Bişənədək qaynadılır və bişənə 5 dəqiqə qalmış duz və istiot 
əlavə olunur. Xörək süfrəyə verilən zaman doğranılmış  cəfəri zövqə uyğun 
olaraq yeməyin üzərinə səpilir.
Xocavwnd 
 

Bozartma (qonaqlıq üçün) 
Tərkibi:
Quzu əti – 8 kq.
Yağ – 400 qr.


Qarabaü mÿtbÿxi
128 ●
Su – 400 qr.
Qatıq – 200 qr.
Sarımsaq – 10 qr.
Duz, istiot
Hazırlanması: 
Quzu kəsilir, təmizlənir və doğranaraq qazana yığılır üzərinə su və yağ əlavə 
edilərək tam bişənə kimi qaynadılır. Süfrəyə sarımsaq qatıqla  verilir.                                
Ağcwbwdi
 

Bozartma (Qoyun wtindwn)
Tərkibi:
Qoyun əti – 300 qr.
Yağ – 30 qr.
Soğan – 200 qr.
Alça – 100 qr.
Keşniş – 50 qr.
Şüyüd – 50 qr.
Nanə – 50 qr.
Duz, istiot
Hazırlanması:
Qoyun əti tikə-tikə doğranıb qızardılır, dayaz qazana yığılır, doğranmış soğan, 
pomidor, alça, ya da alça qurusu, göyərti qatılır və az miqdarda işgənədə hazır 
olunca öz buğunda bişirilir. Süfrəyə verilən zaman bozartmanın üstünə limon 
və təzə xiyarın qoyulması da məsləhətdir.
Cwbrayıl
 

Bozartma (toyuq wtindwn)
Tərkibi:
Toyuq – 2 kq.
Kartof – 150 qr.
Yağ – 400 qr.
Baş soğan – 5 ədəd


2.5 ßt xþrÿklÿri
● 129
Şüyüd, keşniş – 1 dəstə
Toyuq ətinin suyu – 1 lt.
Duz, istiot
Hazırlanması:
Təmizlənmiş toyuq xırda tikələrə doğranıb yağda qızardılır, soğan isə ayrı 
qabda yarım halqalara doğranıb yağda qızardılır. Kartof təmizlənərək 4 
hissəyə bölünür, qızardılmış toyuğun üzərinə kartof, qızardılmış soğan və 4 
stəkan toyuq suyu əlavə olunur, ağzı bağlı qabda bişir. Süfrəyə veriləndə üstünə 
göyərti qoyulur.
Nəticə
Quzu  ətinin bozartması  Şuşa, Xocalı, Xocəvənd rayonlarında eyni cür 
hazırlanır. Bozartmanın hazırlanmasında bir fərq var, Şuşada tomatla soğan 
yağda qızardılıb ətin üstünə əlavə olunur, Xocalıda keşniş və cəfəri əlavə olu-
nur. Bir başqa oxşar cəhətləri də var ki, 2 rayonda (Xocalı və Xocavənddə) 
süfrəyə sarımsaqlı qatıqla verilir. Bozartmanın hazırlanma qaydası Ağcəbədi 
rayonunda tamamilə  fərqlənir. Başqa rayonlarda bozartmada ət qaynadılır 
lakin Ağcabədidə  ət tikə-tikə doğranılıb və qızardılır. Bozartmaya soğandan 
əlavə digər rayonlardan fərqli olaraq pomidor, alça qurusu və nanə əlavə olu-
nur. Cəbrayıl rayonunda hazırlanan toyuq bozartması 5 rayonda hazırlanan bo-
zartmaya oxşardır.
Xocalı
 

Bozbaş
Tərkibi:
Qoyun əti – 1 kq.
Soğan – 100 qr.
Kartof – 300 qr.
Tomat – 20 qr.
Duz, istiot – 0.2 qr


Qarabaü mÿtbÿxi
130 ●
Hazırlanması:
Ət 30-35 q çəkidə doğranır, duz, istiot və baş soğanla yağda qovrulur. Hazır 
olana 30 dəqiqə qalmış kartof əlavə olunur.
Şuşa
 

Bozbaş 
Tərkibi:
Yağlı qoyun əti – 1 kq
Noxud – 100qr
Soğan – 100 qr
Kartof – 200 qr
Zəfəran, sarıkök
Duz, istiot – 0.2 qr
Hazırlanması:
Yağlı qoyun əti qaynadılır. Kəfi alınandan sonra suya qoyulmuş noxud və baş 
soğan  əlavə edilir. Bişənə yaxın kartof tökülür. Zəfəran, istiot, sarıkök, duz 
zövqə görə vurulur.
Xocavwnd
 

Bozbaş
Tərkibi:
Qoyun əti – 1 kq.
Kərə yağı – 100 qr.
Soğan – 200 qr.
Tomat – 15 qr.
Kartof – 400 qr.
Duz, istiot, sarıkök – 0.2 qr

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin