1 çimdik duz
Hazırlanması: Çolpa 3 aylıqdırsa onu pörtlətməyə dəyməz, sadəcə cücəni qazana soğanı bir qə dər qovurduqdan sonra çiy halda əlavə etmək lazımdır. Əgər çolpa 5-6 aylıqdırsa, on da onları düyü qaynadacağımız qazanda duzlu suda bir qədər pörtlətmək lazımdır. Daha sonra soğan yağda qızardırılır. Pomidorlar soyulub xırda-xırda doğranılır, sonra onları azca sıxılıb soğanın üzərinə əlavə edilir. Bir qədər sonra isə pörtlənmiş çolpa əti əlavə edilir. Dadlı alınması üçün toyuq işgənəsinin üzünün yağlı hissəsi yığılıb qazana tökülür. Vam odun üzərinə qoyulur, yağa düşdükdən sonra götürülür. Düyü adi qayda ilə süzülür. Dibinə qazmaq, üzərinə zəfəran şirəsi tökülüb dəmə qoyulur. Qazmaq üçün xəmir yoğrulur. Ərzaqlar azlıq etsə üzərinə ilıq su da əlavə etmək olar. Sonra yuxa yayılır, dörd hissəyə bölünür və qazanın dibi yağlandıqdan sonra dibinə sərilir. (Qazmağı zövqə görə də kəsmək olar. Məs: dairəvi və ya paxlavaşəkilli). Bu plov süfrəyə verilərkən yanında salat əvəzi doğranmış sərin yemiş verilir. Turşu kimi isə sirkəyə qoyulmuş badımcandan istifadə etmək olar.
Qarabaü mÿtbÿxi
180 ●
Şuşa qalyası
Tərkibi: 1 kq yağlı dana ətinin sümüklü hissəsi
1.5 st. noxud
600q şabalıd
2-3 ədəd turşməzə heyva
2-3 ədəd iri baş soğan
Zövqə görə duz