Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 175
Hazırlanması:
Çolpa suda pörtlədilir. Soğan qovrulur, kişmiş, ərik, dənələnmiş nar əlavə
edilib bir qədər qovrulduqdan sonra pörtlədilmiş çolpanın içərisinə doldurulur.
Sadalanan içliyi çiy şəkildə, yəni qovurmamış da çiy çolpanın içərisinə doldura
bilərik. Bu halda qazanın dibinə qazmaq qoymaq olmaz. Buna qiyləmə,
hiyləmə-döşəmə deyirlər (və ya ciyləmə-qavlama).
Qazmaq üçün xəmir yoğurulur. Ərzaqlar azlıq etsə üzərinə ilıq su da əlavə etmək
olar. Sonra yuxa yayılır, dörd hissəyə bölünür və qazanın dibi yağlandıqdan
sonra dibinə sərilir. (Qazmağı zövqə görə də kəsmək olar. Məs: dairəvi vəya
paxlava şəkilli).
Od üzərində qazmaq bir qədər özünü tutduqdan sonra hazırlanmış qara, daha
sonra süzülən düyü əlavə edilərək adi qaydada dəmə qoyulur. Mütləq düyünün
üzərinə bir qədər yağ və dəmlənmiş zəfəran tökülür. Qaranı düyünün altına
qoymadan kənarda hazırlamaq da olar.
Nardança plova əlavə olaraq da verilir. Nar dənələnir, duz, zövqə görə şəkər
tozu əlavə edilir, kərə yağda qovurulur, süfrəyə verilir.
Tutlu aş
Tərkibi:
Düyü – 800 qr.
Xırda ağ (bedanə) tut – 1 kq.
Ağ tut – 1 kq.
Qara tut – 500 qr.
Gilənar – 200 qr.
Şüyüd – 2 dəstə
Göy soğan – 1 dəstə
Duz
Hazırlanması:
Tutun saplağı arıtlanıb aşsüzənə yığılır. Götürülən ağ tutun yarısı qədər qara
tut, onun da yarısı qədər dənəsi çıxarılmış gilənar aşsüzəndə süzülür. Sonra
bu meyvələrin üzərinə şüyüd, göy soğan doğranılır, duzlanılır, adi qaydada
süzülmüş düyünün altına yığılıb dəmə qoyulur.