Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə86/105
tarix31.12.2021
ölçüsü1,35 Mb.
#25305
1   ...   82   83   84   85   86   87   88   89   ...   105
Hazırlanması:   
Qarabağda badımcan-bibər-pomidor dolmasını hazırlamaq üçün ət quyruqla 
bərabər qiyməkeşdən keçirilir. Hazır qiyməyə bir qədər su tökülüb ocağa 
qoyulur. Bir-iki buğum (burum) pörtləndikdən sonra doğranmış soğanlar ətə 
əlavə edilir. (Pomidorları hazırlayarkən çıxarılmış pomidor içlikləri qiyməyə 
qatılır). Ət pörtlədilən tavada badımcanlar bir qədər ölüşgənmək üçün əlavə 
edilir. Bir qədər ölüşkəmiş badımcanlar tavadan götürülür və qiymə yenidən 
qovrulur. Badımcanları mütləq  əvvəlcədən pörtlətmək lazımdır ki, qiymə 
badımcanların içərisinə rahat yığılsın. Badımcanları suda pörtlətmək də olar. 
Lakin qiymə qovrulan tavada ona görə pörtlədilir ki, daha da dadlı olsun. 
Qiymə qovrulana yaxın 1 dəstə qara reyhan xırda-xırda doğranıb  əlavə 
edirik. Badımcanlar yumşalma həddinə çatdıqda bir qaba yığılır. Əvvəlcədən 
qaynanıb ləpələnmiş noxudlar tavaya tökülüb, duzlanıb qovrulur. Qiymə odun 
üzərindən götürülənə yaxın zövqə uyğun qara reyhan doğranıb tavaya tökülür. 
Hazır qiymə badımcanın içərisinə doldurulur. Qazana yığılıb ocağa qoyulur. 
Dolmaların üstünə bir qədər qaynanmış soyuq su tökülür. Qıpqırmızı yağına 
düşdükdə dolma hazırdır. Süfrəyə verilərkən yanında mütləq sarımsaq-qatıq 
verilir. Salat olaraq isə şirin, qara süfrə üzümü vermək olar.


Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 185
Wtli-twrwvwzli döşwmw
Tərkibi:
1 kq qoyunun qabırğa, döş əti və quyruq hissəsi
2-3 ədəd baş soğan
300-400 q pomidor
5-6 ədəd bibər
Acı bibər zövqə görə
Duz zövqə görə
1 st. qaynanmış ilıq su  
 
Hazırlanması:
Qoyun  əti (qabırğa, döş  əti və quyruq) yuyulub, duzlanıb qazanın dibinə 
yığılır. Üzərinə soğan, pomidor, badımcan, bibər, yenidən soğan, pomidor 
yığılıb, üzərinə bir stəkan qaynanmış ilıq su tökülüb ocağa qoyulur. Tam yağa 
düşdükdə oddan götürülür, süfrəyə sarımsaq-qatıqla verilir. 
Yarpaq dolması
Tərkibi:
1 kq yağlı-quyruqlu ət  
1 st. yumru düyü
2 dəstə nanə
1 dəstə keşniş
y.dəstə şüyüd
4-5 baş soğan  
1.5 st. ilıq su
Apardığı qədər meynə yarpağı
Hazırlanması:
Yağlı-quyruqlu ət çəkilir. Yumru düyü, göyərti, soğan doğranılıb əlavə edilir. 
Qiyməni duzlayıb-istiotlayıb qarışdıran zaman ora əti yumşaldacaq qədər 
qaynanmış, ilıq su əlavə edilir. Qiymə meynə yarpağına bükülərək qazana 
dairəvi yığılır. Süfrəyə sarımsaq-qatıqla, göyərti olaraq isə qırxgünlük turpla, 
vəzəri (acıtərə) və göy soğanla verilir.


Qarabaü mÿtbÿxi
186 ●
Bişi
Bişi şirniyyat növü olub, əsasən orucluqdan sonrakı namazlıq ayında ha-
zırlanıb paylanırmış. 
Xəmir:
2-3 kq un (niyyət etdiyimiz qədər) 
apardığı qədər su
duz – 1 kq una 1 xörək qaşığı.
Xəmir yoğurarkən zövqə görə bir qədər süd, 1-2 ədəd yumurta da əlavə 
etmək olar. 
2 kq una 1 xörək qaşığı droj əlavə etmək lazımdır. Südlü sıyıq üçün 1 
stəkan yumru düyüyə 2 stəkan süd, bir çimdik duz hesabı ilə bişirilir. 4 yerə 
bölünmüş lentşəkilli yuxaların bir tərəfinə  sıyıq çəkilir. Digər tərəfi üzərinə 
qatlanır. Üçqulaq bişilər hazırlanır. Bol yağda qızardılır. Qızardılıb teştə yığıl-
mış bişilərin üstünə qənd pudrası səpilir. 
İrcal

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin