Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə84/105
tarix31.12.2021
ölçüsü1,35 Mb.
#25305
1   ...   80   81   82   83   84   85   86   87   ...   105
Hazırlanması:   
Yağlı-quyruqlu qoyun əti çəkilir, düyü, duz, istiot, pomidor vurulub qiymə 
hazırlanır. Hazır qiyməyə 1 ədəd turş narın yarısı sıxılır. 
Qazanın dibinə qoyunun döş, qabırğa, irtmək hissələri döşənilir. Ətlər duzlanıb 
üzərinə yarımçıq qalmış nar sıxılır. Pörtlədilmiş  Bərdə  kələminə dolmalar 
bükülüb qazandakı ətin üzərinə düzülür. Bu xörəkdə nar suyunu ayrıca vermək 
də olar. Dolmanın üzərinə su əlavə edilib tam yağa düşməsi gözlənilir.
Qırto
Tərkibi:
2 st. qatıq
1 st. xama


Qarabaü mÿtbÿxi
182 ●
1 ədəd yumurta
Zövqə görə duz
1 kiçik baş soğan
1 dəstə tər (və ya quru) nanə
1 çimdik zəfəran
Hazırlanması:   
Bir qədər acı, suyu süzülmüş qatığa xama əlavə edilir. Alınmış kütləyə çox az 
miqdar duz və yumurta qatılıb çalınır. 
Yığcam bir qazanda soğan qızılı  rəng alanadək öldürülür. Soğan hazır 
olduqda nanə doğranılıb qazana tökülür. Nanə 3 dəqiqə öldükdən sonra 
bir çimdik zəfəran da əlavə edilib, hazırlanmış qatıq qarışdırıla-qarışdırıla 
qazana tökülür. 10 dəqiqədə ara-sıra bulana-bulana qırto hazır olur. “Qırto” 
Qarabağ  mətbəxinin ləzzətli sousu adlana bilər. Qırtonu başqa bir yeməyin 
yanında (məs. kartof qızartması) və yaxud duzlanıb-istiotlanmış baş soğanla 
vermək olar. 
Bomba
Tərkibi:
Y.dəstə göy soğan, yaxud baş soğan 
0.5 l ət suyu (işgənə) 
1 st. yumru düyü 
4-5 ədəd qara alça
1 dəstə ispanaq
1 dəstə quzu-qulağı
1 dəstə əməköməci
y.dəstə keşniş
y.dəstə şüyüd
Hazırlanması:
Göy soğan, yaxud baş soğan kərə yağda qovrulur. Ət suyu əlavə edilib bir 
qədər qaynatdıqdan sonra şorbaya yumru düyü əlavə edilir. 4-5 ədəd qara alça 
da əlavə edilib əvvəlcədən yuyulub doğranmış göyərtilər şorbaya tökülür. 


Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 183
Yumurta bozbaşı

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin