Tərkibi: 200 q yumru düyü
400 q camış südü
Duz zövqə görə
Şəkər zövqə görə
Hazırlanması: Yumru düyü yuyulur, qızdırılmış tavada quru-quru yaxşıca qovrulur. Qaynayan südün içərisinə tökülür, aram-aram qarışdırılır. Bir çimdik duz, zövqə görə bir qədər şəkər əlavə edilir. Hazır löküt odun qırağında üstü basdırılaraq yer dəminə qoyulur.
Sac fwswlisi
Tərkibi: 500 q un
Su – apardığı qədər (xəmir normal birlikdə yoğrulur)
Duz – 1 xörək qaşığı
Yağ – zövqümüzə görə (4-5 xörək qaşığı yuxanı yağlamağa)
Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 189
Hazırlanması: Un götürülür, su və duz əlavə edilib yoğrulur. Üstü örtülüb bir qədər saxlanılır, (25-30 dəq), sonra yumruq boyda kündələr tutulur. Bu kündələri, bacardıqca nazik yayırıq. Nazik yayılmış iri yuxaların üzü ərinmiş kərə yağı ilə yağlanır. Sonra isə elə oxlovunun uzunluğu boyunca, özünüzə doğru olan tərəfdən, içəriyə doğru bükürük. Uzununa bükülmüş yuxanı bir tərəfdən yumurlaya – yumurlaya axıra qədər gətiririk. Yenidən kündə alınır. Bu, yağlanmış, qatlanmış kündə də yayılır (2,3 sm qalınlığında). Oxlovun bir ucu ilə yayılmış fəsəlinin üzərində bir neçə dəlik açılır. Yayılmış, hazırlanmış fəsəli 5–10 dəq. saxlanılıb, ocağın üstündəki sacın üzərinə sərilir. Hər iki ərinmiş kərə yağı ilə, yaxud quyruq yağı ilə yağlanaraq qızardılır. Hazır fəsəlilər şəkər pudrası ilə pudralayıb süfrəyə verilir. Fwswli
Tərkibi: Un- 1 kq
Su- apardığı qədər (normal bərklik)
Duz- 1 xörək qaşığı
Yağ- 500 q- 1 kq quyruq götürülür. Xırda-xırda doğranılır və ya ət maşı-
nından keçirilir. Odun üzərində əridilir.
Hazırlanması: Xəmir yoğrulur, acıdılır ( 10–15 dəq.), qurut boyda kündələrə ayrılır. Sonra nazik yuxalar yayılır. (Bir fəsəli üçün 6-7 kündə yayılır). Yuxaların hər biri ayrı- ayrılıqda yağlanır. Yağlamaq üçün yağ belə hazırlanır: quyruq ət maşınından keçirilir, odun üzərində əridilir. Xırdalanmış quyruqlar qıpqırmızı qızardılır. Əridilmiş quyruq yağı ilə yuxalar bolluca yağlanaraq üst-üstə yığılır. 6-7 yuxa üst–üstə yığıldıqdan sonra bir tərəfdən, uzununa bükülür. Ehmallıca uzununa bükülmüş yuxalar əllə sıxılır, hər iki tərəfi isə bərkidilir. Alınan kündəni yenidən 2 sm qalınlığında yayılır, yağ tökülüb qızdırılmış tavaya qoyulur, ağzı kip örtülüb, vam odda hər iki tərəfi qızardılır (quyruq yağında). Bişmiş, qızarmış fəsəlilər qənd pudrası ilə unlanıb süfrəyə verilir.
Qarabaü mÿtbÿxi
190 ●
Külçw
Tərkibi: Un- apardığı qədər
Süd – 1 l.
Şəkər tozu – 3-4 st.
Yağ – 200-250 q
Yumurta – 2-3 ədəd
Hil (döyülmüş)- 1 çimdik
Keşniş toxumu-1 x.q
1 kiloqram una 1 xörək qaşığı duz.
Hazırlanması: Qarabağ mətbəxinin şirin təndir çörəyi. Teştə un ələnir, acı-xəmirə (balata), duz əlavə edilir. Xəmiri yoğurmaq üçün maya hazırlanır. Hazırladığımız maye qarışığına apardığı qədər un əlavə edilib normal bərklikdə xəmir yoğurulur. Acıması üçün üstü örtülüb saxlanılır. Acımış xəmiri kündələyib yenidən kündəsi düşmək (kündəsi gəlmək) üçün 1-15 saat gözlənilir. Daha sonra kündələr yayılıb üzəri yumurtalanır, bəzədilir və dirə yapılır. Kündələr istənilən formada bəzənilə bilər. Çəngəllə xətlər çəkib paxlavaşəkilli edə bilərsiz.
Parça-bozbaş
Tərkibi: Ət (qoyun) 1 kq
Noxud 1 st (bir qədər az etmək olar)
2 baş soğan
1-2 x.q duz
1 çimdik zəfəran və ya 2 ədəd pomidor
Hazırlanması Emal qazanda sümüklü qoyun əti asılır ( döş əti, qabırğa, boyun, irtmək, qol-bud sümüyü, quyruq), bir qədər qaynadıldıqdan sonra kəfi alınır. Kəfi alındıqdan sonra soğan və noxud əlavə edilir. Bunların da kəfi alındıqdan sonra 1.5-2 saat qaynadılır. Çalışmaq lazımdır ki, parça-bozbaşı yaşlı heyvanın ətindən hazırlanılsın. Onda ətin suyu daha dadlı olur və çox qaynadığına görə də
Arzu xanûmûn tÿqdim etdiyi Qarabaü mÿtbÿxi nömunÿlÿri
● 191
noxudlar bişir (yerli-xırda noxud). Noxudu əvvəlcədən islatmaq lazım deyil, islatdıqda göyərmiş toxum dadı verir. Parça-bozbaşın noxudlarının bişməyinə az qalmış albuxara, alça, 3-4 ədəd zəfəran, 4-5 ədəd kartof əlavə edilir. Əgər pomidorla bişirmək istənilsə, soğan və noxud tökülən anda 2 ədəd pomidoru da əlavə edilir. Bozbaş tam bişib üstü qırmızı qaymaq bağlayanda odun üzərindən götürülür. Acı bibər, kələm, göy pomidor tutması ilə süfrəyə verilir.