Tərkibi: Qoyun içalatı – 1 kq
Kartof – 200 qr.
Soğan – 100 qr
Duz, istiot
Pomidor – 80 qr
Yağ – 100 qr
Hazırlanması: İçalat yuyulub xırda–xırda doğranılır. Bir buğum qaynadılır, aşsüzəndən süzülüb üzərindən su axıdılır. Tavaya tökülüb qovrulur, sonra üzərinə xırda- xırda doğranmış pomidor və soğan əlavə olunur. Bir az da onunla qovrulduqdan sonra dürdkünc formada kartof doğranılır, əlavə olunur. Duz, istiot zövqə görə vurulub qovrulur.
Qarabaü mÿtbÿxi
194 ●
Şırtılıq
Tərkibi: Soğan – 150 qr
Yumru düyü – 200 qr
Yağ – 100 qr
Keşniş – 80 qr
Şüyüd- 80 qr
İspanaq – 80 qr
Əməköməci – 80 qr
Duz, istiot
Hazırlanması: Soğan qovrulur, bir az su tökülür, su qaynadıqda düyü tökülür düyü bişənədək qaynadılır. Sonra içinə doğranmış keşniş, şüyüd, ispanaq, əməköməci əlavə olunur. Duz, istiot atılıb yağa düşənədək bişirilir. Sarımsaq-qatıq və ya alça qurusu ilə süfrəyə verilir.
Külçw
Tərkibi: Süd – 0,1 litr
Un – 460 qr
Maya – 10 qr
Şəkər – 70 qr
Kişmiş – 100 qr
Kərə yağı – 50 qr
Duz
Hazırlanması: Südlə xəmir yoğrulur, içinə şəkər tökülür, kişmiş əlavə olunur. Kündələrə ayrılır, üstü bəzədilir, yumurtalanır, təndirdə bişirilir.