A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
125
İşlədiyimiz 15 il ərzində İbrahimin necə mülayim, təmkinli,
heç kimin xətrinə dəyməyən, kollektivdə böyük hörmət sahibi
bir insan olduğunu hər gün daha çox başa düşürdüm. Çox iş‑
güzar, bir dəqiqə özünə rahatlıq verməyən, qaçaqaçda olan,
məsuliyyətli idi İbrahim. Fikri ancaq oxumaq, savadını, bilgi‑
lərini artırmaq idi. Deyirdim – “Ay yeraz, oxumaqdan başında
tük də qalmayıb, sən uje professorsan, onlar kimi keçəl oldun
day, 3‑4 ilə dişlərin də tökülər” – “Eybi yox, professor olanda,
vəzifədə olanda qəbuluma yazılacaqsan, mən də katibəmə de‑
yəcəm “gözləsin” – deyib ürəkdən gülürdü. Rus dilini tam öy‑
rənmək istəyirdi və mənə ‑ “Ay Səbiş, mənnən rus dilində
danış” ‑ çaşıb birdən Azərbaycan dilində nəsə soruşanda, ‑
“Deməmişəm, mənnən rusca danış? Çox paxılsan, istəmirsən
dili öyrənim. Bird ə ki, zəhmət olmasa, “Жёлтые тюльпаны”
mahnısını qoy qulaq asım, sevirəm o mahnını” ‑ deyib qaşla‑
rını düyünləyirdi və həmin dəqiqəcə bu ciddiliyi əvəz edən
üzündəki təbəssüm hamımızı güldürürdü. “Yaxşı, danışaq,
Dostları ilə paylaş: