A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
113
tifadə edən, faydalanan bəzi insanlar onun dəfn mərasimində
iştirak etmədilər. Belə də düşünmək olardı ki, bəlkə, onlar bu
itkidən çox təsirləndikləri üçün onun mərasimlərində iştirak
etmədilər. Lakin onu da unutmayaq ki, zaman ən yaxşı loğ‑
mandır. Bizə itki ilə yaşamağı öyrədəndir. Yəni toparlanıb bu
bir il ərzində bircə dəfə də olsun onun Əmircan qəbiristanlı‑
ğındakı qəbrinin üstünə getməkdəmi olmazdı?! Özü də kol‑
lektivlə birlikdə. Axı o, hər zaman hamının xeyrində‑şərində
iştirak edib, hamının bir yerdə olmasına, kollektivin bütöv ol‑
masına çalışıb. Hər halda Cənab Haqq hər şeyi görür. Halallıq
yaxşı şeydir.
...Bəzən işə həddən çox bağlı olduğumu görəndə o, mənə
şəxsi həyatıma, xüsusilə doktorluq işimə də vaxt ayırmağı
məsləhət görürdü. Və incə yumorundan da qalmırdı. AMEA
Rəyasət Heyətinin 5‑ci mərtəbəsində yerləşən doğma 508‑ci
otağın pəncərəsindən aydın görünən Şəhidlər xiyabanını
Dostları ilə paylaş: