A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
108
lindən düz 2007‑ci ilin oktyabr ayınadək davam etdi.
Sonra bir
müddət yollarımız ayrıldı – o, “Xalq qəzeti”nə baş redaktorun
müavini, mən isə “Azərbaycan” qəzetinə məsul katibin müa‑
vini vəzifələrinə keçdik. Ayrı çalışdığımız bir neçə il müddə‑
tində də İbrahimlə tez‑tez əlaqə saxlayar, zəngləşər, gərgin
işdən sonra ani də olsa vaxt tapıb “atüstü” görüşərdik. Bizim
bu “atüstü” görüşümüz bəzən saatlarla uzana bilirdi...
İbrahim yaxşı dost idi. Yaş fərqimizə baxmayaraq o mənimlə
tay‑tuş kimi davranar (digər dostları ilə də beləydi),
o qədər
ləzzətli söhbətlər edərdi ki, bəzən lap sözün həqiqi mənasında
qəşş eləyib az qala özümüzdən gedirdik. Onunla dostluq mü‑
nasibətlərimizdə heç bir sərhəd‑filan olmazdı.
İbrahim fədakar ailə başçısı idi. Onun bir neçə iş yerində az
qala “tükənənə” qədər çalışdığının həmişə şahidi olmuşam.
Həyat yoldaşı ilə də məhz belə bir qaynar mühitdə tanış ol‑
muşdu. Mehriban, qayğıkeş ata, ailə başçılığını İbrahimin tim‑
salında da görüb mənimlə bu oxşar xarakterini çox
bəyənmişdim. İbrahim
qeyrətli oğul, qayğıkeş qardaş idi. Va‑
lideynlərini, ailə üzvlərini çox istəyirdi.
İbrahim vətənini hədsiz dərəcədə çox sevən bir oğul idi. Bir
çoxları kimi dilində, yaxud yazılarında yox, məhz qəlbdən və
ürəkdən sevən. Bəzən lap köhnə kişilər kimi Qərbi Azərbay‑
canın Amasiya rayonu ətrafında keçirdiyi illəri (burada isə
uşaqlıq dövrünün az hissəsini yaşamışdı) sevincqarışıq duyğu,
hərdən də dərin kədər və təəssüf hissi ilə xatırlayır, doğma
vətən torpağının xiffətini çəkirdi. İbrahim həmin illərdən elə
xatirələr danışırdı, adam heyrətlənirdi ki,
görəsən o, uşaq ha‑
fizəsi ilə bu hadisələri necə yadda saxlaya bilib – qələmə alsay‑
dın, bir kitab bəs eləməzdi. Doğma ləhcəsini danışığında
yaşadırdı. Xalq ruhu ilə aşılanmış elə baməzə əhvalatlar, olmuş
hadisələr, atmacalar danışar, zarafatlar edər, bəzən də eşitdiyi
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
109
əhvalatları elə canlı nəql edərdi ki, elə bil o hadisələrin hamısı
gözləri önündə baş vermişdi.
İbrahim elə bir mühitdə yaşayıb işləmişdi ki,
az müddətdə
ağsaqqal müdrikliyini əxz edə bilmiş, rəhbər işçi formasını al‑
mışdı. Lap yeniyetmə yaşlarından “Respublika”, “Elm”, son‑
radan “Xalq qəzeti” (hələ tərtibat verdiyi bir çox başqa
qəzet‑jurnalları demirəm), eləcə də Azərbaycan Milli Elmlər
Akademiyası və son zamanlar Sumqayıt Dövlət Universiteti
mühitlərində böyük təcrübə
və hikmət məktəbi keçmiş, özün‑
dən böyüklərin və kiçiklərin (həm yaşca, həm də vəzifə cəhət‑
dən) dərin rəğbətini qazanmışdı...
Qəfil ölüm xəbərini dostlarımızın növbəti bir zarafatı kimi
qəbul etdiyimiz, sonradan isə yoxluğuna için‑için ağladığımız,
həmişə hamının köməyinə çatan İbrahim yaxşılığı, qayğıkeş‑
liyi ilə yanaşı, səmimiyyəti, açıqürəkliliyi, eləcə də məsuliyyəti
və ürəkdən “tikan çıxaran” işi ilə yaddaşlarda qaldı...
Qəbrin nurla dolsun, İbrahim!
Allah balalarını torpağın sanı yaşatsın!
Hər yadımıza düşəndə qəlbimizi sızlatsan da, qısa ömründə
elədiklərin, qazandıqların, yadigar
qoyub getdiklərinlə daima
yada düşəcək və heç vaxt unuda bilmədiyimiz xatirələrinlə
qəlbimizdə yaşayacaqsan. Təbəssümlü baxışınla, məkrdən
uzaq xislətinlə, bir də ki, Allahtərəfi mövqeyinlə daima gözlə‑
rimiz önündə şax dayanacaqsan. Bu
duruş isə hər oğlana nəsib
olmur!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
110
Dostları ilə paylaş: