Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə36/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   32   33   34   35   36   37   38   39   ...   67
İBRAHİM “XALQ QƏZETİ”NDƏ:
“XALQ”IN ÖZÜ, “XALQ”IN SÖZÜ
Həsən HƏSƏNOV,
"Xalq qəzeti"nin baş redaktoru,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti
ÖMRÜN SON AKKORDU
Qarlı dağların başında
Salxım‑salxım olan bulud!
Saçın yolub, mənim üçün
Yaşın‑yaşın  ağlarmısan? 
Yunus İmrə
İ
brahim adi, sönük həyatdan uzaqlaşaraq mənən və ruhən
yüksək bir mərtəbəyə qalxmışdı. Onun haqqında yazmaq
çətindir mənə. Alışa bilmirəm yoxluğuna. Əlimə qələm alanda
ucaboylu, gülümsər çöhrəli İbrahim qarşımda canlanır, parlaq
gözlərində həyat qaynayır, gülə‑gülə "mən ölümsüzəm" deyir.
Bilirəm, ölümsüz insan olmur. Bir gün dünyaya gələn bir
gün də vidalaşıb doğmalarına "əlvida" deyir.
Həyatın haçansa bir ölümlə bitəcəyini bilən, dərk edən insan
hər zaman tələsir. İbrahim də tələsirdi. Amma dünyadan köç‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
135
məyə yox. Bitib‑tükənməyən arzuları, planları vardı onun. Təkcə
özü, ailəsi barədə yox, bütün qohumları, dostları, tanışları ba‑
rədə. Onlar da bu planlarda yer almışdı. Evsizə ev vermək, işsizə
iş vermək, zəifə, kasıba dayaq durmaq istəyirdi. Aman vermədi
əcəl. Tanrı öz dərgahına əvvəlcə yaxşıları seçib aparır. Mərd, sə‑
mimi, xeyirxah, hər zaman haqqın tərəfini saxlayan İbrahim
Ömərov yaxşıların yaxşısı idi. Tanrı dərgahında yeri uca olsun!
Onu çoxdan tanıyırdım. 1996‑cı ildə bir neçə ay "Respub‑
lika" qəzetində baş redaktorun birinci müavini vəzifəsində ça‑
lışdım. 19 yaşlı gənc İbrahim operator‑dizayner kimi hamının
hörmətini qazanmışdı redaksiyada. İlin sonunda mən Azər‑
baycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xə‑
bərlər" baş redaksiyasına baş redaktor vəzifəsinə təyin
olundum və yollarımız ayrıldı. İllər sonra "Xalq qəzeti"nə baş
redaktor təyin olundum. Bir gün "Respublika" qəzetində çalı‑
şan Nərgiz xanımla rastlaşdıq, İbrahimin işdən çıxdığını söy‑
İbrahim (sağdan), Həsən Həsənov


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
136
lədi. Onun Amasiya rayonundan olduğunu bilirdim. Odur ki,
Amasiyadan olan Nazim Mustafadan İbrahimi tapmasını xahiş
etdim. On gün sonra İbrahimi redaksiyada texniki direktor və‑
zifəsinə təyin etdim. Savadlı, işgüzar bir insan kimi az bir müd‑
dətdə kollektivdə hamının rəğbətini qazandı. Bir müddət
sonra artıq birinci müavin kimi fəaliyyət göstərirdi. Parlaq gə‑
ləcəyinə, həyatda yüksək mövqe tutacağına zərrə qədər də
şübhə eləmirdim. Bir gün İnşaat Universitetində ikinci ali təh‑
sil almaq arzusunu bildirdi. 
– İkinci ali təhsil almaq yaxşı fikirdir. Amma magistratura
təhsilini də unutma. Sonra bir şərtim də olacaq, ‑ dedim. 
– Həsən müəllim, Sizin şərtlərin bitib‑tükəndiyi vaxt olmur ki...
Aspirantura təhsili və dissertasiya müdafiəsi növbəti şərtim
oldu. Tanrının qədərindən, yazısından xəbərsiz bax beləcə şərt‑
ləşdik. 
Bir gün söhbət əsnasında mənə dedi ki, hələ heç bir xarici
ölkədə olmamışam. Xaricə səfər olanda məni də nəzərə alsa‑
nız, yaxşı olar. Söhbətimizin üstündən bir il vaxt keçmişdi.
Lakin səfər üçün müvafiq imkan düşməmişdi. Avqustun qız‑
mar vaxtı idi. Günortaya yaxın kabinetimə daxil oldu. Bir sözü,
xahişi olanda, məni dilə tutmaq istəyəndə gülə‑gülə gələrdi
yanıma. Simasındakı ifadədən nəsə deyəcəyini anladım. 
– Sözlü adama oxşayırsan, İbrahim, ‑ dedim.
– Həsən müəllim, demokratiya yeni ideyalardan, fikir və
düşüncələri qeyri‑adi, qeyri‑məbdud axından qidalanan insan‑
ların enerjisindən güc alır. Bəlkə, redaktor kimi bu prosesə
daha bir töhfə verəsiniz. 
Zarafatyana cavab verdim:
– Mövzuya giriş kifayətdir, keç məsələnin məğzinə. Mətbuatın
inkişafa pozitiv təsirini gücləndirmək üçün təklifin var, deyəsən.
– Əlbə ə, var. Mass‑media sahəsində beynəlxalq təcrübəni


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
137
öyrənmək istəyirəm. Bəlkə, məni Londona ezam edəsiniz.
Neçə vaxtdır ki, ingilis dili kursuna gedirəm. Letuçkada özü‑
nüz dediniz ki, beynəlxalq təcrübəni öyrənmədən inteqrasiya
prosesləri uğur qazana bilməz.
Yenə zarafata saldım:
– Onda səni Əfqanıstana, İraqa, Sudana göndərəcəm. Qay‑
nar nöqtələrdən reportaj hazırlamağı öyrənərsən. 
– Oralara Londondan sonra göndərin, razıyam. Söz verirəm,
Londonda qəzet və jurnal redaksiyalarında bizdən fərqli, müs‑
bət nə yenilik varsa, öyrənib qayıdacağam.
Səfər istəyi o qədər güclü, o qədər ürəkdən idi ki, yox deyə
bilmədim. Qərara aldıq ki, xərc çox olmasın deyə mehmanxa‑
nada qalmasın, kirayə bir mənzil tutsun. 
Avqustun sonunda Londona yola düşdü. İki gün sonra
"Skype" vasitəsilə danışdıq. 

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin