Kitab-ibrahim-esas Layout 1


Dostmu deyim, qardaşmı deyim, bilmirəm. Bircə onu bili‑



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə38/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   34   35   36   37   38   39   40   41   ...   67
Dostmu deyim, qardaşmı deyim, bilmirəm. Bircə onu bili‑
rəm ki, sən xeyirxahlıq, səmimiyyət, mərdlik, insanlıq nümu‑
nəsi idin!
Heyif səndən, İbrahim! Məkanın cənnət olsun! 
Bakı şəhəri 
Yanvar, 2015‑ci il


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
142


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
143
Aida  ŞÜKÜRLÜ, 
“Xalq qəzeti”
CAVAN ÖMRÜN SON BAHARI...
Yaxud, təsəllimizə çevrilmiş işıq
T
anrı ondan heç nəyi əsirgəməmişdi. Ağıllı, savadlı, xe‑
yirxah, zəhmətkeş, alicənab, yaraşıqlıydı. Həyat eşqiylə
dolu, yaşamağa, yaratmağa həvəsliydi, gələcəyə inamla ba‑
xırdı. Həqiqətləri deyə biləcək qədər cəsarətli, insanı sona kimi
dinləyə biləcək qədər mədəni, anlaya biləcək qədər həssas idi.
Elə bil, çöhrəsinə yazılmışdı daxili aləmi. Bəzən bəxtəvər uşaq‑
lar kimi qayğısız, bəzən ahıllar kimi düşüncəli olurdu. Müsbət
aurası vardı – onun olduğu yerdə adam özünü rahat hiss
edirdi. Yüksək mədəniyyətə, etikaya malik, mehriban, diqqət‑
cil idi. Daim öyrənməyə, irəliyə getməyə can atırdı. Çalışqan
olduğundan passiv insanları qəbul edə bilmirdi. Sözünü de‑
məyi bacarırdı, həyatdan nə istədiyini də bilirdi. Özünə məx‑
sus jestləri ilə seçilir, sevilirdi. Həyatı və insanları sevirdi. O,
yaxşıların yaxşılarından idi.
...Lakin əcəl, zaman möhlət vermədi. Deyirlər, zaman dərd‑
lərə dərman, yaralara məlhəmdi, qəm‑qüssəni unutdurur, ağrı‑
acıları yüngülləşdirir. Bəzən isə zaman öz “xeyirxahlıq”


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
144
missiyasından çıxaraq aldığının əvəzində heç nə vermir.
Zaman onu da bizdən belə ayırdı – aman vermədən. Ölüm ona
yaraşmadığını bilirdi. Öz qurbanının qürurlu olduğunu, ona
asanlıqla boyun əyməyəcəyini də bilirdi. Ona görə də zamanla
əlbir olub gəlmişdi. Yalnız onun özü məsum uşaq kimi taleyin
bu amansız oyunundan, qansız ölümün böyür‑başında dolan‑
mağından, zamanın xəyanətindən xəbərsiz idi. Ölüm xəbər‑
ətərsiz “qəlbinə girərək” onu şah damarından vurdu, saf qəlbi
isə bu qəfil zərbəyə tab gətirə bilmədi. 
Heyif ki, həyatımızdan ömrünün cavan çağında baharı xəzan
olan bir insan da köçdü. Sıradan biri deyil, sevdiyimiz, dəyər
verdiyimiz, yoxluğundan sarsıldığımız biri... Qəfil gedişi ilə qəl‑
bimizdə ağır bir itkinin izini qoyan, bəlkə heç vaxt unuda bil‑
məyəcəyimiz biri ... Haqqında söz açarkən nəyisə keçmişdə
olduğu kimi danışa bilmədiyimiz, hər an varlığını, aramızda ol‑
duğunu hiss etdiyimiz biri... Şux qaməti, yaraşıqlı boy‑buxunu,
işıqlı siması, şaqraq gülüşləri ilə yaddaşlara həkk olunmuş bu
insan sanki özünü sevdirmək üçün gəlmişdi bu dünyaya. 
Haqqında yazmaq istədiyim, lakin nə qələmə, nə də bar‑
maqlarıma gümanım yoxkən, ürəyimin hökmü ilə içimdəkiləri
bölüşə biləcəyimə inanmaq istərdim özüm də. Bir daha “İbra‑
him Nizamioğlu” imzasını qəzetimizin səhifələrində görməyi
arzuladığım qədər inanmaq istərdim. O, mənim hafizəmdə ya‑
rımçıq notu xatırladan bir ömür kimi qaldı. Sanki peşəkar bir
bəstəçi sevdiyi, həyat eşqi ilə dolu şahanə əsərini pianoda ça‑
larkən barmaqları sınmış kimi qaldı. Başqa birisi isə heç vaxt
səsləndirə bilməzdi bu əsəri...
14 may 1977‑ci ildə dünyaya gəlmişdi. 14 mart 2014‑cü ildə
əcəl onu bu dünyadan, sevdiklərindən, əzizlərindən ayırdı.
Oxumaq, biliklərə yiyələnmək ən böyük arzusu idi. 1994‑cü
ildə Bakının Suraxanı rayonunda orta məktəbi bitirmişdi. 1998‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
145
ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 2006‑cı ildə
Azərbaycan Memarlıq və İnşaat Universitetini, 2009‑ci ildə
Qafqaz Universitetinin “Biznesin təşkili və idarə edilməsi” ix‑
tisası üzrə magistraturanı fərqlənmə diplomu ilə başa vur‑
muşdu. Əmək fəaliyyətinə 1996‑cı ildə “Respublika” qəzetində
texniki redaktor kimi başlamış, 1998‑ci ildə Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İns‑
titutunun “Elm” İnformasiya Agentliyində müxbir, 2003‑cü
ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti
Aparatında aparıcı mütəxəssis və elə həmin ildən “Xalq qə‑
zeti”ndə texniki direktor, icraçı direktor və baş redaktorun bi‑
rinci müavini vəzifələrində çalışmışdı. 2012‑ci ildən AMEA
Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq‑Qərb şö‑
bəsinin doktorantı idi. Xeyli elmi‑kütləvi məqalənin müəlli‑
fiydi. 2014‑cü il yanvarın 28‑də Sumqayıt Dövlət
Universitetinin prorektoru vəzifəsinə təyin olunmuşdu.
Öyrənmək həvəsi, bacarığı, məsuliyyəti, işinə bağlılığı, zəh‑
mətsevərliyi ilə o, kollektivdə seçilirdi.
...Bu kollektivdə çalışdığım ilk gündən mən də məhrəm,
yaxın bir insan kimi onun xatirini çox istədim. İnsanları xoş
sözlərlə, xoş təbəssümlə salamlamağı sanki özünə borc bilirdi.
İşinin çoxluğundan, vaxtının azlığından asılı olmayaraq, hər
kəsi özünəməxsus nəzakətlə qarşılayardı. Ən vacib işini, tele‑
fon danışığını belə yarımçıq saxlayıb adamı sona qədər dinlə‑
yər, problemi varsa, kömək etmək üçün əlindən gələni
əsirgəməzdi. Onun gülüşü ən gərgin anda belə qəlblərə sərin‑
lik, sevinc, fərəh gətirərdi. Bəzən mənə elə gəlir ki, yenə har‑
dansa tələsə‑tələsə gələrək özünəxas təbəssümlə hamını
salamlayacaq və “bu, bir zarafatdı”deyə könlümüzü alacaq.
Ancaq nə fayda... Bu acı həqiqətə inanmaq çox ağırdır – onun
yoxluğunu dərk edə biləcək qədər ağır...


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
146
Bu otağa girmək çox çətindir... Onun yoxluğuna inanmamaq
üçün qapını bircə dəfə açıb içəri boylanmaq yetər. Və sənə elə
gələr ki, “qapıda niyə durmusuz, keçin içəri, oturun” – deyib
həmişəki nəzakətlə yer göstərəcək. Bunları düşünmək çox xoş,
eşidə biləcəyinə inanmaq istəyin də bəlli. Olanları dərk etmək
isə ağırdan ağır. Elə ona görə də bu qapının arxasında duranlar
da çox olacaq, möcüzə gözləyənlər də. Elə mənim kimi...
Hər axşam beşinci mərtəbədən içəri keçərkən nədənsə onun
kabinetinin işığını görürkən sakitlik çökürdü qəlbimə. Və
mənə elə gəlirdi ki, bu gün hər şey yaxşı olacaq. O gündən bəri
qəribə bir sükut çöküb 5‑ci mərtəbəyə. O sükutun ağırlığını
hiss edir, səssiz harayını eşidirəm. Yenə də qeyri‑ixtiyari bu qa‑
pıya, oradan gələn işığa baxıram. Təəssüflə köks ötürüb o sü‑
kutun harayına qulaq kəsilirəm. 
İlin əvvəlində SDU‑ya prorektor təyin olunduğunu eşidər‑
kən uğurlarına sevinsəm də, onun bizdən getməyini heç istə‑
mirdim. İşdən ayrıldıqdan sonra redaksiyaya az‑az gəlirdi,
onu təbrik etməyə imkanım olmamışdı. Münasib bir vaxt göz‑
ləyirdim ürək sözlərimi deməyə. Bir də deyəcəkdim ki, niyə
bizdən getdin? Deyə bilmədim. Vaxt imkan vermədi.
Bağışla məni, İbrahim... Sənə xoş sözlər deməyə imkan ol‑
madı. Bu gün ad günündür
*
, bağışla ki, ömrünün 37‑ci baha‑
rını təbrik edə bilmədim. Bağışla ki, sənin haqqında bunları
yazmağa məcbur oldum. İndi yalnız bunu deyə bilərəm...Heyif
səndən, çox heyif. Sənin cismani yoxluğun bizə böyük dərd
oldu. Təsəllimiz odur ki, kabinetinin pəncərəsindən süzülən
nur kimi, səni tanıyanların qəlbində yandırdığın xeyirxahlıq,
səmimiyyət işığı da daim yanır və yanacaq. 
Ruhun şad olsun!
Məqalə İbrahimin ad günündə yazılmışdır.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
147

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin