A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
168
des”, “Hyunday” markalı
mikroavtobus tipli, amma içərisi
ancaq tabuta hesablanmış maşınlar köç qurub. Bəziləri arxa
qapısın da açıb. Bəh‑bəh içərisinə necə də gözəl, nəfis xalça da
salınıb. Ətir qoxuyur. On‑on beşi birdən düzülüb gözləyirlər.
Birdən
elə başa düşərsiniz ki, məni gözləyirlər a?... Yox. Düz
məscidin qapısınacan sürücülər məni baxışlarıyla yola salırlar.
Sərnişin üstündə davaya, bəzən də bıçaqlaşmaya çıxan taksi
sürücüləri kimi deyillər. Guya ki, hüznlüdürlər, kədərlidirlər.
Hə a “kliyent” gəlsə də belə, sevinclərini boğa, hüznlərini əv‑
vəlki qaydada saxlamağı bacarırlar. Yay vaxtı heç olmasa ma‑
şının üstünə “Kondisionerlidir” yazıb yapışdırırdılar. İndi onu
da yığışdırıblar. Bir az irəliləyirəm. Məscidə çatanda tıxac ya‑
ranır. Bütün hərəkət iflic olur. Heç kim siqnal vermir. Axı məs‑
cidin ölüxanasına meyit gətiriblər yumağa? Bircə qulaqların
çəkirlər: “Allah göstərməsin. Evlərdən uzaq”. Bir təhər yol açı‑
lır. Davam edirəm. İşə çatıram. O soruşur ki, niyə qanın qara‑
dır, bu soruşur ki, niyə kefin yoxdur? Nə deyim? Deyim ki, hər
gün evdən çıxanda nə ilə rastlaşıram?
Desəm
də cavab verəcəklər ki, “lap yaxşı da. Biz ildə, ayda
bir dəfə qəbrüstünə gedəndə bunu başa düşürük ki, hər şeyin
axırı ölümdür. Sən isə bunu hər gün anlayırsan, təmizlənirsən,
mənən saflaşırsan”. Mən də razı. Amma Allah kəssin belə saf‑
laşmanı.
İş vaxtım qurtarır. Eyni marşrutla evə qayıdıram. Şopenin
“Ölüm marşı”nın təntənəli sədaları altında məscidin, ölü ma‑
şınlarının, çadır karvanlarının qarşısından təntənəylə keçirəm.
Təzim edirəm. “Salam, ölüm” deyə qışqırıram. Sürücülər də
yerbəyerdən cavab verirlər: “Salam, salam, salam”. Minbərdən
azan səsi ucalır. Dinməzcə durub qulaq asıram.
Beləcə evimə
çatıram. Arxadan ağlamaq səsləri gəlir. Kiminsə ölü namazı qı‑
lınır.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
169
Evə girirəm. Dostum İbrahim yadıma düşür. O işə çatanda
deyir ki, “Həyat gözəldir. Yaşamağa dəyər”. Mən isə bilmirəm
nə deyim. Deyim ki, “ölüm gözəldir. Yaşamağa dəyməz?”.
Yox, bilirəm nə deyim. Sadəcə bundan sonra da elədiyimi
davam etdirim. Səhərlər “Salam, ölüm!”
deyib işə gedim, ax‑
şamlar isə “Sağ ol, ölüm!” deyib evimə.
06.X.2013
İbrahim Mahirlə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
170
Dostları ilə paylaş: