Dəyanət Səlimxanlı,
şair‑jurnalist, Məmməd Araz və Qızıl
qələm mükafatı laureatı
Bir səhərin baş Mübtədasından gələn ağrılı,
acılı baş
Xəbər və ya nekroloq əvəzi
G
ecə doğan bu acı xəbərin çəkisi o qədər ağır idi ki,
səhər açılmaq bilmirdi. O gecə bu acı xəbərdən telefon
zəngləri ürpəşir, səksənir, inanmır, özünə yer tapa bilmirdi. O
gecənin baş xəbəri – dünyasını dəyişdi İbrahim. Əslində elə
baş mübtəda da İbrahim idi. İşlədiyi son iş yerində qısa vaxtın
böyük məhəbbət, hörmət, istək dünyasını yaşadı İbrahim. Çox‑
larının illərlə qazana bilmədiyi sevgi dolu bir ünvanı, ümmanı,
imanı qazandı İbrahim. Nə vaxt rastlaşırdımsa, salamlaşmağı
bir an cəkirdi. Elə hey, hey, hey tələsirdi. İlk tanışlığımız za‑
manı iş otağında görüşəndə dedim: Üzündə o qədər nur var,
elə bil İlahinin sevgi işığıdır. Bunları deyə‑deyə ürəyimdə İb‑
rahimin ömür qatarının son dayanacağını duymuşdum.
Həyatimda Allahın çox sevib uca dərgahına çox tez apardığı
cavanları çox görmüşdüm. Yenə İbrahim tələsirdi otaqdan çıx‑
mağa. Bilirsən nə qədər işlər var deyə, bir az da duruxdu.
Qəribə idi. Hər bir işi sona çatdırmağa can atırdı hər gün.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
160
Otaqları bir‑bir gəzib, kimin nə ehtiyacı var deyirdi. Tələsirdi
İbrahim...
Acı xəbərdən iki gün əvvəl Mətbuat Xidmətinin otağına gəl‑
mişdi. Narahat olmayın, nə lazımdırsa deyin. Bəs mən nə üçün
bu vəzifədə işləyirəm. Üzünün təbəssümü o qədər nurlu gö‑
rünürdü ki, sanki səmadan çox‑çox yuxarıdan bir xəbər al‑
mışdı. İşlər çox, çox, çox. Amma...
Bir çox otaqların yenilənməsinə, təzələnməsinə, əlavə otaq‑
ların tikilməsinə ehtiyac var.
Xeyli işlər görmüşdü, üzüdönmüş ömrün qısa zaman kəsi‑
yində nə qədər işlərə başlamışdı.
Amma, ancaq, lakin. Nə cür yazsaq, hansı formada sözü iş‑
lətsək də, artıq ömrünün zaman, an, həyat saatının hərəkət sa‑
niyəsi, dəqiqəsi dayandı.
Qəribə olan bu möcüzənin isə mən şahidi oldum, onu hiss
etdim. Tabutu ata evindən çıxarkən mən də çiynimi altına
verib, əzizləri ilə birlikdə yavaş‑yavaş gedərkən o anda elə bil
İbrahim yatdığı tabutda da son mənzilə tələsirdi. Tabut o qədər
incə və yüngül idi ki....
İbrahim son vida görüşündə belə nə əzizlərini, nə də dost‑
larını incitmək istəmirdi. Doğrusu kitablar deyirlər Uca Allah
öz dostlarını öz dərgahına apararkən yer üzünə mələklər gön‑
dərir. O mələklər tabutla birlikdə son mənzilə qədər gedirlər.
Hə a cənazə namazını da qılırlar. Bu gözəl gün isə hər insana
nəsib olmur. Sən doğurdan da Allah dostlarından idin, İbra‑
him. Yer üzündə də çoxlu dostların var. Vida anında işlədiyin
“Xalq qəzeti”nin kollektivi, baş redaktor Həsən Həsənov, “Res‑
publika” qəzetinin baş redaktoru, professor Teymur Əhmədov,
tanıdığım və tanımadığım şəxslərin, ən başlıcası son iş yerinin
Sumqayıt Dövlət Universitetinin böyük ağrı, acısı içində son
mənzilə aparıldın.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
161
Həyat öz axarındadır. Dəyişən bircə göy üzünün boy‑boya
verən ulduzları sırasında sənin həyat ulduzun oldu.
Dünyasını dəyişmiş əzizlərinin yanına, behişt dünyasına,
cənnət bağçasına. Yerin, yurdun, mənzilin mübarək, qardaşım,
İbrahim!
Bu yaş tarixin ölümündən böyük,
Ölümün yığışdı göz yaşlarına.
Tabutuna hörmətin əyildi.
O yaşlar oxşadı yaz yağışına.
Tapdı, boyuna yaraşmadı ölüm,
Bu yaşın əməli ölümdən uca.
Öz gəlişınə barışmadı ölüm,
O səni qaldırdı ucalıqlara.
Bu son iş yerində qəlb evi tikdin.
Müəllim, tələbə İbrahim dedi.
Bir gecə əbədi evinə çəkildin
Nə qədər dil dedi, ürək göynədi.
Bu da bir tarixdir, bu bir xatirə,
Elm məbədində adın qalacaq.
Buranı nə qədər məzun bitirə,
Hər yolu düşən də səni anacaq.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
162
Dostları ilə paylaş: |