A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
214
İbrahim Ömərovun babasının nəsihəti
İ
brahim Ömərov mənim dostum idi. Amma
neyləyək ki,
bizi tez tərk elədi. Cəmi 36 yaş. 36 yaş nədir ki?
Amma duzlu‑məzəli söhbətləri yadda qaldı. Təkcə bir sö‑
zünə ‑ “İnsanlar bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin” ‑ kəlamına “Gözəl İbrahim” adlı bir hekayə
həsr etdim. Çünki o, ətrafındakı bütün insanları sevirdi. Dilin‑
dən bir adamın da adını eşitmədim ki, ona nifrət etsin.
İbrahim həm də adını daşıdığı babasıyla fəxr edirdi. Onun
kəlamları, nəsihətləriylə oturub‑dururdu. Elə bir məclis ol‑
mazdı ki,
ondan söz deməsin, rəhmət oxutdurmasın. Babası‑
nın nəsihətlərdən birini mənə də nəql eləmişdi:
“Mahir, 7‑8 yaşım olardı. Babam isə deyirdi ki, “İbrahim,
bax a... arvadın dalınca qaçma, çata bilməzsən”. Məə əl qalır‑
dım ki, nə deyim. Arvada çatmağa nə var ki. Qonşumuz Məm‑
mədəli arvadı onu əsəbiləşdirəndə dalıyca qaçırdı. Qaçıb,
çatıb, hələ bir qapaz da vururdı. Hələ evdəkiləri demirəm. Bax
indi evlənmişəm. Arvad
məndən bərk qaça bilər ki, mən də
ona çatmayım? Əsla. Kişi arvadın dalıyca qaçar, ona çatar,
hə a ötər də...”.
Bir müddət keçdi. İbrahim bir az da yaşlandı. Axır ki, baba‑
sının bu nəsihətini başa düşdü: “Mahir, demə İbrahim babam
tamam başqa şey deyirmiş. Məsələn:
arvad səndən təzə palto
istəyir. Bir təhər pul tapıb alırsan. Üstündən bir az keçən kimi
beyninə dublyonka düşür. Onu da alırsan.
Bir az keçir, arvad
artıq şuba xülyasındadır. Onu da alırsan. Köhnə aldığın qara
rəngdədirsə, arvada ağ rəngli şuba lazımdır. Yaxud da tək bril‑
liant qaşlı üzük alırsan, buna bab sırğasını istəyir. Sırğa alırsan,
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
215
medalyon yada düşür. Sonra bilərzik, saat,
daha nələr, nələr.
İndi başa düşmüşəm ki, arvadın arzuları çox və sonsuzdur.
Hansını
həyata keçirsən, yeniləri dünyaya gəlir. İndi‑indi ba‑
bamı başa düşməyə başlamışam. Arvadın arzuları sonsuzdur.
Bu arzuların dalınca qaçmaq olmaz – çata bilməzsən. Arvadın
dalıyca qaçacaqsan, qaçacaqsan, bir də görəcəksən həyatın so‑
nudur. Sən finişdəsən. Arvadın arzuları isə hələ də startda”.
P.S. Əzizim, İbrahim, baban bu sözləri arvadın, gəlinlərin, qız nə‑
vələrin arzularının dalıyca qaçıb‑qaçıb, finişə çata‑çatda başa düşüb
demişdi. Amma biz səni startda itirdik, həyat yoldaşının, gələcək gə‑
linlərinin, qız nəvələrinin arzuları finişə erkən çatdı.
19.11.2014
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
216
Dostları ilə paylaş: