Güllər Məmmədova,
xalası
VAXTSIZ SÖNƏN ƏZİZİM HAQQINDA
YARALI XATİRƏ
İ
brahim müstəsna təbiiliyi, nəzakəti, şuxluğu, təbii mədə‑
niyyəti ilə insan adını, övlad adını ləyaqət səviyyəsinə qal‑
dıran bacıoğlu idi. Əhatəsinə hörmət hissi, hamıya xüsusi
ehtiramla yanaşmaq, təmannasız xeyirxahlıq, ifrat mənəvi saflıq,
ruhi zənginlik, gözütoxluq onun ən gözəl sifətlərini, əsas insani
məziyyətlərini təşkil edirdi. Heyrətamiz naturası, dərin zəkası,
təfəkkür zənginliyi, alicənablığı ilə ailə üzvlərinin, qohum‑əq‑
rəbalarının sevimlisi idi. O, misilsiz bəşəri keyfiyyətləri ilə ürək‑
lərə asanlıqla yol tapırdı, doğmalarının ruhuna, mənəvi
dünyasına hopurdu, onların zehninə gözəllikləri ilə həkk olu‑
nurdu. Öz zəhmətsevərliyi və uğurları ilə fərqlənən İbrahimin
uğurlarına hamımız ürəkdən sevinirdik, xüsusi qürur hissi ke‑
çirirdik. Onun zəngin və işıqlı zəkasını, çalışqanlığını heyran‑
lıqla alqışla yırdıq. İbrahim özünün fitri qabiliyyətini təsdiq
etdikcə biz də onun bütün göstəriciləri ilə fəxr edirdik. Müvəffə‑
qiyyətlər bu kamil insanın davranışlarına, sadəliyinə zərrə qədər
də təsir göstərmirdi. Öyüncəklik, təkəbbür ümumiyyətlə onun
xarakterinə yad idi. Sadəlik, mehribanlıq və səmimiyyət onun
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
235
fitrətində idi. O, öz emosi‑
yalarını gizli saxlamağı ba‑
carmırdı. Qəlbindəkilər
dilinin ucunda idi. Bütün
sözləri ürəkdən gəlirdi.
Bütün hərəkətlərində o, id‑
diasızlıq, ucalıq və müdrik‑
lik nümunəsi idi. O, özünü
sözün yaxşı mənasında
gözə soxmağı ağlına belə
gətir məzdi. Onun danışıq
tərzində, intonasiyasında,
sir‑sifətində, jestlərində heç
bir sünilik yox idi. Bütün
danışıqları, müraciətləri onun içindən, saf qəlbindən gəlirdi.
Ülviyyət, qüdriyyət, elm, ürfan, fəal ictimai xidmət üçün do‑
ğulmuş bu insan geniş erudisiyasının, parlaq zəkasının özəl‑
liklərini, zəngin mənəviyyatının təkrarolun
mazlığını
sadalamaq, mahiyyətini olduğu kimi aşkarlamaq mümkün
deyil. Ancaq onu qətiyyətlə deyə bilərəm ki, intəhasız elmi və
mənəvi potensialını gerçəkləşdirməyə, öz doğmalarını ürək‑
dən sevindirməyə, ona olan ümidləri doğrultmağa fələk, acı
tale İbrahimə imkan vermədi.
Alicənab təbiətli İbrahim qısa ömrü boyu daha çox yaxşılıq
etmək, daha çox savab qazanmaq arzuları ilə yaşamışdır. Onun
varlığındakı bu gözəl, bu yüksək insani keyfiyyətlər çox
güman ki, soykökündən, ata‑anasından, qandan‑candan gəlmə
idi: gəldikcə gəlirdi, gətirdikcə daha da zənginləşirdi.
İbrahim ağrısı ruh ağrısı, könül ağrısıdır, qəlb sızıltısıdır. Bu
ağrı, bu sızıltı heç bir söz qəlbinə sığışmır. Bu sızıltıdan danış‑
dıqca ağrı üstünə yeni ağrılar gəlir.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
236
Coşur kədərim, qəmim,
Saya gəlmir ələmim,
İbrahimdən yazanda
Nalə çəkir qələmim
Bu sitəm sinə dağlar,
Dil ağlar, ağız ağlar,
Qələm “İbrahim”yazsa
Qarşımda kağız ağlar
Dərdim alov, qor oldu,
Xatirələr nur oldu,
İbrahimi almaqla
Ölüm də məşhur oldu
Yalan dünya, yalan dünya
Şahmar kimi çalan dünya
Oğul verib sevindirən
Verdiyini alan dünya
Neçə baxtı qara var,
Neçə bağrı para var
İbrahim itirənin
Canında min yara var
Ağbabamız dağ yeri
Qara baxtın ağ yeri,
Oğul dağı çəkilib
Var sinəmdə dağ yeri
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
237
Dostları ilə paylaş: |