A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
232
oğlan uşağı gəlir. Bu gün də onunla bağlı anları xatırlayanda,
babası Alı kişi və Fatma nənəsi ilə
etdikləri zarafatlar yada
düşür və insanların simasında indi də gülüş yaradır.
İbrahimlə bağlı xatirələri canlandıranda Qərbi Azərbayca‑
nın Amasiya rayonunun Göllü kəndində yaşadığı baba ocağı
olan Alı kişinin evinin arxasında “sanka” ilə qışda qarda sü‑
rüşdüyü , “çilik‑çubuq” və digər oyunların oynadığı, həmçinin
məlum müharibə səbəbindən Azərbaycana köç etdikdən
sonra uşaqlar üçün yay istirahət düşərgələrində keçirdiyimiz
uşaqlıq illərinin qayğısız‑qadasız gözəl vaxtları
bir kino lenti
kimi gözümün önündən gəlib kecir. O vaxtlar fikirləşə bilməz‑
dim ki, bir gün gələcək İbrahim əmioğlu ömrünün 37‑ci baha‑
rında bizləri tərk edib gedəcək və mən də onun haqqında
xatirələrimi yazmağa məcbur qalacam.Allah geridə qalanlar‑
mızı vaxtsız ölümdən qorusun.Artıq o vaxtlardan təxminən
çox illər keçib, bir çox böyüklərimiz, əzizlərmiz, doğmalarımız
dünyasını dəyişib. Həmin insanları xatırlayanda
o illəri , anları
yenidən yaşamaq hissi insanın təfəkküründə hər zaman yeni‑
dən oyanır. Ancaq çox təəssüf! Dünyanın acımasız düzəni be‑
lədir, insanlar dünyadan köçür yalnız xatirələri yaşayır.
Hər bir insanın uşaqlıq illəri öz yerini gənclik illərinə burax‑
dığı kimi, İbrahim də gözünü açdı və gördü ki, artıq gənclik
dövrü onu haqlayıb. İbrahim əmioğlu yaşadığı ev babaocağı
olduğu üçün ətrafda olan qohumlar ora tez‑tez gedərdik. İb‑
rahim hər zaman elmi biliyini inkişaf etdirmək üçün öz üzə‑
rində çalışan, günün çox vaxtlarında kitab oxuyan bir gənc idi.
İbrahimin bu yolda atdığı qətiyyətli adımlar tezliklə öz bəh‑
rəsini verdi və bir neçə ali təhsil müəssisəsində təhsil aldıqdan
sonra bu istiqamətdə elmi‑pedaqoji fəaliyyətini davam etdirdi.
Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin for‑
malaşmasında öz bilik və bacarıqını əsirgəmədi. Bu fəaliyyət
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
233
istər
ölkə daxilində, istərsə də vətəndən kənarda – ictimai‑si‑
yası forumlarda, elmi tədbirlərdə özünü göstərmişdir.İbrahi‑
min qazandığı uğurlar, naliyyətlər sayəsində yeni sahələrə
təyinatları biz qohumları həmişə sevindirmiş və bundan qürur
hissi duymuşuq.
İbrahimin atası Nizami Alı
oğlu Ömərov da öz dövrünün
ziyalılarından idi. Atasının yazdığı bir çox şeirlərin, pyeslərin
işıq üzü görməsində İbrahimin müstəsna rolu var idi. Atasın‑
dan irsən keçən mərhəmət, xeyirxahlıq hissləri İbrahimin da‑
xilində daha da formalaşmış və çətində olan insanlara qarşı
hər zaman diqqətli olmuş və öz köməkliyini göstərmişdir.
Sonda
qeyd etmək istəyirəm ki, bir çoxlarının heç vaxt ba‑
carmadıqlarını, İbrahim yaşadığı 37 illik qısa ancaq şərəfli, mə‑
nalı, faydalı bir ömür yolunda edə bildi. Ancaq hələ İbrahimin
vətəninə, doğmalarına, ailəsinə, dostlarına edə biləcəyi çox
şeylər vardı. İbrahim bu dünyadan köç edib getdi, geridə gö‑
zündə qalan arzuları, gözü yaşlı anası, yoldaşı, bir də iki övladı
qaldı.
Allah rəhmət eləsin!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
234
Dostları ilə paylaş: