Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə57/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   53   54   55   56   57   58   59   60   ...   67
Hikmət Babaoğlu,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
İbrahimin uğurları 
hamımızı sevindirirdi
İ
nformasiya agentliklərində Sumqayıt Dövlət Universite‑
tinin prorektoru İbrahim Ömərovun vəfat etməsi ilə bağlı
yayılan xəbər məni  ciddi şəkildə sarsıtdı… Ancaq tez də
özümə təsəlli verməyə başladım… Yox, bu bizim İbrahim
deyil, bizim İbrahim "Xalq" qəzetində çalışır axı… Ancaq ad
və soyadın eyni olması, üstəlik Ömərov soyadının Azərbay‑
canda çox az yayılması məni daxilən sakitləşməyə qoymurdu.
Həsənov, Hüseynov, Əliyev və s. kimi soyad və adları eyni
olan nə qədər desən insan tapmaq olar. Ancaq Ömərov Azər‑
baycanda nadir soyad sayılır… Xəbəri bir daha oxudum, Sum‑
qayıt Dövlət Universitetinin prorektoru İbrahim Ömərovdan
söhbət gedirdi. Heç cür inanmaq istəmirdim ki, bu, bizim İb‑
rahimdir. Nəhayət narahatçılığa son qoymaq üçün yaxınlarıma
zəng etdim. Sən demə, İbrahimin son aylarda iş yerini dəyiş‑
məsindən mənim xəbərim olmayıb. Qəfil ölümün namərdcə‑
sinə haqladığı İbrahim Ömərov da elə bizim İbrahim imiş…
Bunun bir faciə olduğunu, xüsusən də, anası və ailəsi üçün dö‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
229
zülməz bir faciə olduğunu başa düşsəm də, əlimdən gələn heç
nə yox idi… Artıq İbrahimi itirmişdik. 
Mən İbrahimi lap uşaqlığından tanıyırdım. Sevimli bibimin
böyük qızı Səadət xanımın dörd oğul övladından biri idi. Elə
uşaqlığından da digər üç qardaşından fərqlənirdi. Özünəməx‑
sus xarakteri, ciddiyyəti, hər şeyə qarşı xüsusi həssas münasi‑
bəti var idi. Həmyaşıdlarına nisbətən daha yaşlı, daha təmkinli
və ağıllı görünürdü. Sonralar həyat göstərdi ki, doğrudan da,
İbrahim xüsusi istedada sahib, aydın dərketmə qabiliyyəti
olan, həyat məqsədini müəyyənləşdirən və ona çatmağın yol‑
larını bilən bir gənc imiş. Qısa ömründə əldə etdiyi uğurlar da
elə bunun isbatıdır. İbrahim həm də olduqca ünsiyyətcil idi.
Ətrafına dostlar yığmaqda, onlarla münasibət saxlamaqda
tayı‑bərabəri yox idi. Bu keyfiyyətləri ilə atası Nizami Ömə‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
230
rova çox bənzəyirdi. İbrahimin uğurları hamımızı ürəkdən se‑
vindirirdi. Çalışmaq, özü üzərində işləmək, öyrənmək kimi
keyfiyyətləri onu elmin böyük məbədinə yaxınlaşdırmışdı. İb‑
rahim həm də elmi işlə məşğul olurdu. Bir gün mənə zəng edib
əsərlərindən birinə ekspert rəyi yazmağımı istədi. Mən də
məmnuniyyətlə qəbul etdim. Beləliklə də, onun elm sahəsin‑
dəki ilk uğurları ilə də tanış oldum. Onun nailiyyətlərinə
bütün qohum‑əqrəbalar kimi mən də sevinirdim. 
Ancaq nə yazıq ki, amansız qədər onu sıralarımızdan tez
apardı.
… İbrahim haqqında, onun mənalı, amma qısa həyat yolu
haqqında çox yazmaq olar. Amma nə qədər yazsaq da, nə
yazıq ki, onların heç biri İbrahimi bircə anlıq da olsun geri qay‑
tarmaq gücündə olmayacaq. Ona görə də, onun ömrünün belə
qısa olmağını böyük Yaradanın təqdiri kimi qəbul etməkdən
başqa çarəmiz qalmır. Allah sənin o dünyanı versin, anana və
ailənə isə səbr versin, İbrahim.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
231

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin