Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə41/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   37   38   39   40   41   42   43   44   ...   67
Avtandil Ağbaba,
Respublikanın əməkdar jurnalisti, dosent
ÖMÜRDƏN QOPAN KƏRPİCLƏR
Q
əfil ölümlər həmişə amansız olub. Hamı kimi mən də
qəfil ölümlərin varlığına inanmamışam. Daha doğ‑
rusu, inanmaq istəməmişəm. Ölüm onsuz da heç kəsə, heç
nəyə baxmadan bildiyini eləyir. Vaxtlı‑vaxtsız, vədəli‑vədəsiz
tutduğunu aparır. Nə qədər acı olsa da, hamı bu sirli varlıqla
barışmalı, taleyin hökmünə boyun əyməli olur.
İbrahimin ölüm xəbəri də beləcə oldu. Qəflətən gəldiyi kimi
qəflətən də getdi. Özü ilə bir dünya kədər qoydu. İbrahimin yox‑
luğundan, əbədiyyətə qovuşmasından doğan bir dünya kədər...
Onun gülərüz çöhrəsini, həlim təbəssümünü, şirin danışı‑
ğını kim unuda bilər?! Sumqayıt Dövlət Universitetində inzi‑
bati və təsərrüfat işləri üzrə prorektor işlədiyi qısa bir
müddətdə böyük bir kollektivin dərin hörmətini qazandı. Eşqi,
amalı yalnız qurub‑yaratmaqdı. Qurdu, yaratdı da. Az bir
müddət ərzində universitetdə xeyli iş gördü. Onu tanıyanların
qəlbində də qurub‑yaradan, həmişə yaxşılığa can atan bir insan
kimi qaldı.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
157
İbrahim Ömərov Qərbi Azərbaycanın Ağbaba mahalının
Göllü kəndində anadan olmuşdu. Babası Alı kişi, atası Nizami
Məmmədcanlı Ağbabanın sayılıb‑seçilən kişilərindən idi. Da‑
yıları Kamran və Hümbət Musayevlər Azərbaycanın tanınmış
ziyalılarıdır. Məmmədcanlılar nəsli Qarsdan, Borçalıdan, Qa‑
zaxdan üzü belə səpələnmişdilər. Xeyirxah işləri, işıqlı əməlləri
ilə ad‑san qazanmışdılar. İbrahimin atası Nizami Məmməd‑
canlı ilə gəncliyimdə Ağbabanın Öksüz kənd məktəbində
müəllim işləmişdim. Sonralar tale elə gətirdi ki, onunla bir‑
likdə “Qaçaq Usuf” dastanını toplayıb Bakıda nəşr etdirdik.
Qaçaq Usuf XX əsrin əvvəllərində  çar Rusiyasına qarşı müba‑
rizə aparan el qəhrəmanlarından biri olmuşdu. İgidliyi, səxa‑
vəti ilə ətraf mahallarda da ad çıxarmışdı. Oğlu Məmmədvəli
1918‑ci ildə Qarsın müdafiəsində böyük şücaət göstərmişdi.
İndi Qaçaq Usufun törəmələrinin bir tirəsi Qarsda, Türkiyənin
digər ərazilərində yaşayırlar.
Nizami Məmmədcanlı bu dastandan, onun qəhrəmanları
Qaçaq Usufdan, Allahyar bəydən, Astan ağadan həmişə həyə‑
canla, sinədolusu danışardı. Nizaminin nəsli də Qaçaq Usufun
törəmələrindən idi.  1988‑ci ildə deportasiya olunduqdan sonra
Bakıda məskunlaşmışdı. Ancaq doğma Ağbabanı, Göllünün
buz bulaqlarını, alp çəmənliklərini heç vaxt unuda bilmirdi.
Elə bu həsrətlə dünyadan köçdü. Amansız əcəlin sərt küləkləri
ulu bir nəslin yarpaq tökümünü biçib qurtarmaqdan doymadı.
O yarpaqdan biri də İbrahim oldu. Yaşıl, bahar ətirli bir yar‑
paq... Qədim bir el bayatısında deyilir:
Əzizim hər ayından,
Hər ulduz, hər ayından,
Gündə bir kərpic qopur,
Ömrümün sarayından.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
158
Hər dəfə bu bayatı yaddaşımda dolaşdıqca mənə elə gəlir
ki, ömürdən kərpiclər yalnız illərin bir‑birini qovması ilə düş‑
mür. Yaxın və doğma adamları itirdikcə bu kərpiclər seyrəlir,
bir‑bir laxlayıb qopur. İbrahim də neçə‑neçə insanın ömür‑gün
sarayından qəflətən qopan və həmişə yeri görünən qızıl bir
kərpic idi...

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin