Əbülfəz Əzizov,
“Season” MMC‑nin direktoru
GÖZƏL İNSAN, MEHRİBAN DOST
M
ən Ibrahim Ömərovu “Respublika” qəzetində işlədiyi
dövrdən tanıyırdım. Tale elə gətirdi ki, sonradan Milli
Elmlər Akademiyasında eyni təşkilatda fəaliyyət göstərməyə
başladıq. Biz bir otaqda, qarşı‑qarşıya yerləşdirilmiş masalarda
otururduq ...
Onunla işləmək çox asan idi. Eyni zamanda istər davranışı,
istərsə də şux zarafatları, maraqlı söhbətləri ilə insana sanki
ruh verirdi. Uzun‑uzadı söhbətləri belə adamı bezdirməzdi. O,
son dərəcə böyük həyat eşqi ilə yaşayırdı.
Gözəl təşkilatçı idi. Sonralar, “Xalq qəzeti”ndə baş redakto‑
run müavini işlədiyi dövrdə İbrahimin həqiqətən də bacarıqlı
və səriştəli təşkilatçı olması bir daha təsdiq olundu. Ona ba‑
xanda insanda böyük inam yaranırdı ki, ölkədə yeni nəsil ye‑
tişir. Müasir dünyagörüşlü, yenilikçi, yüksək təşkilatçılıq
qabiliyyətinə, gözəl insani keyfiyyətlərə malik olan bir nəsil.
Çox təəssüflər olsun ki, dəhşətli ölüm gözəl dostumuzu ara‑
mızdan vaxtsız apardı. Onu yaxından tanıyanlar üçün illər ötsə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
133
belə, İbrahim var, yaşayır və yaşayacaqdır. Mərhum şairimiz
Rəfiq Zəka Xəndanın dili ilə desək:
İlləri tarixə insanlar salır,
İllər arxasında insanlar qalır.
Qalır əməlləri, gözəllikləri,
Adları adlayır yüzillikləri.
Onların arzusu, eşqi, niyyəti
Daim gəncləşdirir əbədiyyəti.
İnsanlar olmasa dünyada, fəqət
Nə tarix görünər, nə əbədiyyət.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
134
Dostları ilə paylaş: |