394
BƏYANAT
Anar,Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Nəbi Xəzri, Qabil, Hüseyn Abbaszadə,
Bəkir Nəbiyev, Məmməd Araz, Fikrət Qoca, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Nizami
Cəfərov Qarabağ məsələsiylə bağlı bəyanat yaymışlar. Bəyanatda Qarabağ probleminin
çözülməsi üçün aşağıdakı prinsiplər təklif olunur: Ermənilər tərəfindən işğal olunmuş
bütün Azərbaycan torpaqları azad edilməli, Azərbaycanan ərazi bütövlüyü saxlanılmaqla
Dağlıq Qarabağa muxtariyyət verilməsi (Bakıyla razılaşdırıılmalı olduqdarı məsələləri
dəqiq göstərməklə), Dağlıq Qarabağın Ermənistanla mədəni və iqtisadi əlaqələri ola bilər.
İmza atanlardan Anar «Exo» qəzetinə demişdir ki,bəyanat imza atmaq istəyən hər kəs üçün
açıqdır. Yazıçı onu da demişdir ki,nə hakimiyyət, nə müxalifət siyasi mübarizədə Qarabağ
kartından istifadə etməməlidir.Xatırladaq ki, Azərbaycan ziyvalıları ilk dəfə deyil ki,
Qarabağ məsələsiylə bağlı narahatlıqlarını ifadə edirlər.Keçən səfər içində indi imza
atanlar da olan bir qrup yazıçının Prezidentə müraciətindən sonra H.Əliyev cənabları onları
qəbul etdi.İndi də belə bir görüş nəzərdə tutulurmu? Bu suala cavab verərkən Anar:
-Keçən səfər müraciət birbaşa Prezidentə edilirdi - dedi - İndi isə bu yazıçıların
ictimaiyyətə öz mövqelərini növbəti dəfə bəyan etmələridir. Əgər Prezident yazıçıları
qəbul eğməyi lazım bilsə məmnuniyyətlə onunla görüşərik.
«Exo» qəzeti, 21 may 2001
«Şuşasız Qarabağı,Qarabağsız Azərbaycanı təsəvvür etmək olmaz.Biz sülh
tərəfdarıyıq,müharibə başlanmasının,qan tökükləmsinin əleyhinəyik,amma sülhdən daha
vacib vətənimizin əzəli torpaqlarının qaytarılmasıdır.Lazım gələrsə bu yolda BMT
Nizamnaməsinə uyğun olaraq təcavüzkara qarşı güc tətbiq edilməsi də istisna
olunmamalıdır.» - bu sözlər Erəmənistan-Azərbaycan münaqişəsinin həlli yolları haqqında
ziyalıların dünən yaydığı bəyanatdandır»
«Yeni Müsavat» qəzeti
31 mart 2001
395
1999-cu ildə İstanbul sammiti ərəfəsində Anar, Bəxtiyar Vahabzadə, Fikrət Qoca,
Hüseyn Abbaszadə və Qabilin Qarabağ problemi ilə bağlı mövqelərini ortaya qoymaları
zənnnimcə,bu problemlə bağlı Azərbaycanın mövqeyinin formalaşmasında həlledici rol
oynadı.
Əhməd Oruc.
Uğur olsun ,ziyalılar
«525-ci qəzet» 4 aprel 2003