390
«Azərbaycanın informasiya təcavüzü şiddətlənir» məqaləsindən.
«Erkamas» Russiya ermənilərinin qəzeti»ndən.
Sentyabr 2006
Məlum olduğu kimi Ermənistanın «Prometey» və Azərbaycanın ANS
telekompaniyalarının numayiş etdirdikləri «Atəş xətti» Bakı Yerevan telekörpüsü layihəsi
sona çatıb. Hər iki tərəfdən verilişlərə 52 ekspert dəvət olunub.Qeyd edək ki,bu ekspertlər
qarşı tərəflə də razılaşdırılır.Ancaq bəzən tərəflər arasında verilişə çağrılan ekspertərlə
bağlı fikir ayrılığı da olub. Misal üçün,erməni tərəfi «Atəş xətti»nə yazıçı Anarın dəvət
olunmasına imkan verməyib. Öz növbəsində Azəbaycan tərəfi verilişdə Qarabağ
separatçılarının nümayəndələrinin iştirakı ilə razılışamayıb».
(«Yazıçı Anar «ATƏŞ xətti»ndə niyə iştirak etməyib?»
«525-ci qəzet» 13 may 2001)
İyulun 9-da səhər tezdən təyyarə ilə qərbi Berlinə yola düşdük.Nümayəndə heyətinə
yazıçı Anar,ədəbiyyatşünas Yaşar Qarayev,tarixçi Süleyman Əliyarov,oftalmoloq Nazim
Əfəndiyev, aktyor Həsən Turabov, bəstəkar Vasif Adıgözəlov daxildilər.
Anar, Yaşar Qarayev, Süleyman Əliyarovla görüş-diskussiyalar çox maraqlı və
kəskin keçdi. Yadımdadır, diskussiyların birində boynunda xaç olan cavan oğlan Anara
yanaşıb sübut etməyə çalışırdı ki, azərbaycanlılar Stepanakertdə ermənilərə ermənicə
danışmağa icazə vermirlər. Anarın gətirdiyi sübut və dəlil (Stepanakert teatrı ermənicə
onun pyesini tamaşaya qoyub,muxtar vilayətin paytaxındakı pedaqoji institutun erməni
bölməsi fəaliyyət göstərir və s.) cavan oğlanı inandıra bilmədi ki,bilmədi.Oğlan inad
edir,dediyindən dönmürdü.Onun bu hərəkəti mənə o qədər yer elədi ki, əsəbiliyimi gizlədə
bilmədim.Onda Anar məni yana çəkib sakitləşdirməyə başladı: «Öyrəşmək lazımdır,bəs
elə bilirsən Ali Sovetin sessiyasında hər gün bəzi deputatların həyasızcasına dedikləri belə
yalan və böhtanları eşitmək mənim üçün asandır?»
Nə cavab verəydim.Allah sənə dözüm və səbr versin,Anar!