Fərhad Bədəlbəyli.
«Qəribliyin yuxusunda vətən var».
«Kommunist» qəzeti
11 avqust 1989
1997-ci ilin yazında ABŞ-da olarkən səfirimiz Hafiz Paşayevin xahişi və yardımıyla
mən Vaşinqtonda bir neçə konqressmenlə görüşdüm.Erməni lobbisi və onun təsiri altında
olan bəzi konqressmenlər Azərbaycana qarşı yeni bir təxribat hazırlayırdılar. Seçiciləri
arasında ermənilərin çox olduğu Kaliforniya ştatından Konqressmen Şeirman Dağlıq
Qarabağa yardım təşəbbüsüylə çıxış etmişdi,amma Dağlıq Qarabağın Azərbaycanın
tərkibində olması göstərilmirdi. Aprelin 29,30 və mayın 1-də səkkiz konqressmenlə
görüşüb ətraflı söhbət etdim.
Vaşinqtondan ayrıldığım gün Amerikada yaşayan soydaşımız Elşən Ələkpərov məni
hava limanında yola salarkan səfirliyimizə telefon etdi və məndən muştuluq istədi:
Şeirmanın təklifi keçməmişdi.Bu bizim dirlomatların,hörmətli prezidentimizin apardığı
düzgün siyasətin nəticəsi idi,bu işdə mənim də cüzi xidmətim oldusa,çox məmnunam.
Vaşinqtonda konqressmenlərlə görüşlərim mənə bizim,Azərbaycan deputatlarının
Moskvada SSRİ Ali Sovetində gördüyümüz işləri,apardığımız söhbətləri,etiyimiz çıxışları
xatırlatdı.Onu bilirəm ki,mübarizəmiz,istər Moskvada,istər Vaşinqtonda,istərsə də hər
hansı başqa bir nüfuzlu ölkədə olsun,hələ uzun çəkəcək.Ermənilərin yüz ildən artıq bir
müddətdə həm də ardıcıllıqla,sistemlə apardıqları təbliğat işlərini biz hələ yeni-yeni
başlayırıq.Amma hər bir ədalətli mövqe əvvəl-axır hökman təsdiq olunursa, bizim haqq
işimiz də bir gün mütləq zəfər çalacaq.
«Amerikada on gün» yol qeydlərindən
Dostları ilə paylaş: |