Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə111/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   107   108   109   110   111   112   113   114   ...   274
Anarın şərhi: Belə yerdə deyiblər: ağlıva keçə yamayım! 

   

Axşamlar  yolumuzu  «Moskva»  mehmanxanasına  salmaq  biz  jurnalistlərdə  adət 

şəklini alıb.Çünki respublikalarda çıxan, demək olar ki,bütün qəzetlər burada satılır.Yazıçı 



389 

 

Anar  Ermənistanda  rusca  çıxan  «Kommunist»  qəzetini  alıb,  «görək  bu  dəfə  məndən  nə 



yazıblar»-dedi.Doğrudan  da,elə  həmin  nömrədə(5oktyabr)Anarı  və  Püstəxanım 

Əzizbəyovanı  yaddan  çıxarmamışdılar.  «Özünü  insan  qəlbinin  mühəndisi  adlandıran  bu 

xalq  deputatı»,sən  demə  ,  «əzabkeş  erməni  xalqının  tükənməz  dərdinə  büsbütün  laqeyd 

imiş». 


Ə.Əfqan. «Həqiqətin çətin yolu» məqaləsindən.  

Azərbaycanda çıxan «Kommunist» qəzeti  



12 oktyabr 1989 

 

Anarın  şərhi:  Arxivimdəki  erməni  qəzetlərindən  başqa  sonrakı  illərdə,  əlaqələr 

kəsiləndən  bəri  oranın  mətbuatında  haqqımda  nələr    yazılıb  yazılmadığından 

xəbərsizəm.Ancaq  ən  son  vaxtlarda,  2006-cı  ilin  payızında  Moskvada  olarkən  köşkdən   

Moskvada rus dilində çıxan bir erməni qəzeti aldım,  vərəqləyəndə «sevinclə» gördüm ki, 

hələ də məni unutmayıblar: 

«Drujba narodov» jurnalının mart nömrəsi bütünlüklə Azərbaycan ədəbiyyatına həsr 

olunub.Bir  sıra  Azərbaycan  yazıçıları  bu  fürsətdən  ermənilərin  əleyhinə  yazmaq  və  rus 

oxucularına  dezinformatsiya  vermək  məqsədiylə  istifadə  ediblər.«Xalqlar  dostluğunun» 

məşhur  tərəfkeşi  Anar  xüsusiylə  fərqlənib.  Onun  «Ağ  qoç,  qara  qoç»  adlı  yazısında 

gələcəyin  Bakısı  ümumtürk  mərkəzi  kimi  təsvir  edilir.  Müəllifin  fikrincə  Ermənstan  və 

Qarabağ ümumiyyətlə mövcud deyil,oralar Ermənistan Atom Elektrik stansiyasında terror 

aktı nəticəsində yer üzündən silniib.Azərbaycanın yeni qəhrəmanları sırasında  Ənvər paşa 

göstərilir. 

Amma  məsələ  bunda  da  deyil,  -hərə  öz  intellektual  və  əxlaq  anoayışlarına  görə 

arzulayır. Ötəri olsa da əsərdə ASALA-nın adı çəkilir və o erməni terrorist təşkilatı kimi 

qələmə  verilir.  Təbii  ki,  «Xocalı»,  «1918-ci  ilin  mart  qırğınları»na  verilən  şərhə  görə 

bunlar  daşnak  quldurların  Bakıda,  Qubada,  Şamaxıda  dinc  əhaliyə  qarşı  törəditdikləıri 

qırğının nəticələridir. Hətta Şaumyana da ilişilir. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin