Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə108/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   104   105   106   107   108   109   110   111   ...   274
UCUZ  UYDURMALAR  YARMARKASI 

(ixtisarla) 

 

Son  vaxtlar  Ermənistanda  çıxan  bir  sıra  qəzetlər  mənə  xüsusi  diqqət  yetirməyə 



başlayıblar.  Epizodik  və  ya  hərtərəfli  hücumlar  «Xorurdaın  Hayastan»,  «Kommunist», 

«Qrakan tert» və hətta Yerevan Dövlət Universitetinin xəbərlər bülletenində belə özünə yer 

tapıb.Bu  yazılar  ancaq  mənim    xəbər  tuta  bildiklərimdir.Şübhəsiz,daha  çox  miqdarda 

başqaları da var. 

Hücumlardan  məqsəd  aydındır  -məni  ictimaiyyətə    «düşmən  obrazı»  kimi  təqdim 

etmək,erməniləri gözü görməyən,antisovet fəaliyyəti ilə məşbul olan bir adam kimi qələmə 

vermək…Ermənistan  Yazıçılar  İttifaqının  SSRİ  Yazıçılar  İttifaqına  göndərdiyi  məktubda 

mənim  haqqımda  məhz  bu  ifadələr  işlədilib  və  məni  məsuliyyətə  cəlb  etmək  tələb 

olunur.Bu  ittihamlar  həqiqətdən  o  qədər  uzaqdır  ki,  onlara  cavab  verməyi    özüm  üçün 

əksiklik sayırdım,Bu səbədən də mənasız polemikaya girişmək istəmirdim. Lakin mənim 

ünvanıma günü-gündən artan böhtan və təhqirlərin sistem şəklini aldığını nəzərə alaraq bu 

uydurmaları cavabsız qoymamağı qərara aldım. 

Mənim  şəxsimdə  ekstremist  Azerbaycan  yazıçısı  görmək  istəyən,  bununla  da 

özlərinin  ekstremist,  antiazərbaycan  fəaliyyətlərinlərindən  fikri  yayındırmağa  çalışan 

erməni müəlliflər ünvanıma yağdırdıqları ittihamları nə ilə əsaslandırırlar? 

Bütün  bu  «qorxunc»  ittihamlar  fransız  qəzeti  «Fiqaro»dan  və  «Hürriyət»  türk 

qəzetindən  gətirilən  üç-dörd    cümlə,həm  də  dediyim  sözləri  təhrif  edən  cümlə  üzərində 

qurulur.Lakin  erməni  qəzetlərində  mənim  əleyhimə  kompaniya  bu  yazıların  dərc 

edilməsindən də xeyli qabaq başlamışdı.Erməni ittihamçılar məni nədə günahlandırırdılar? 

Sən demə, onda ki… mərkəzi televiziya ilə xalqlar arasında dostluqdan danışmışam 

və …sonra Türkiyəyə səfər etmişəm.Bəli,bəli,şişirtmirəm. Yerevanda çıxan «Kommunist» 

qəzetində «Su ayrıcı» adlı məqalədə elə beləcə də deyilir: «Hələ mart ayında Azərbaycan 

yazıçısı    irişə-irişə  Mərkəzi  televiziya  ilə  xalqlar  dostluğundan  dəm  vururdu.Bir  neçə 

gündən sonra isə ,o,nümayəndə heyətinin başçısı kimi Ankaraya getdi». 




382 

 

Əlbəttə,  xalqlar  dostluğundan  danışmaq,  belələri  üçün  irişə-irişə  dəm  vurmaq 



deməkdir və belələriylə mübahisə etmək yersizdir,amma hər halda deməliyəm ki,bunların 

hamısı  yalandı.Mərkəzi  televiziya  ilə  mən  mart  ayında  yox,  fevral  ayında  çıxış 

etmişəm,Türkiyəyə  aprel  ayında  nümayəndə  heyətinin  başçısı  kimi  yox,  İzmirlə  

qardaşlaşmış  Bakının  nümayəndəsi  kimi  getmişəm,  Ankarada  ümumiyyətlə 

olmamışam.Bunlar hamısı bir tərəfə dursun,görəsən xalqlar dostluğu haqqında danışandan 

sonra neçə müddət xaricə getmək qadağandır və bu qadağanı kim qoyub? 

Eyni mövzu «Qrakan tert» qəzetində də yer alıb. Acınacaqlı olmasaydı bütün bunlar 

hətta bir az gülməli görünərdi. 

Dediyim  kimi,  Yerevan  Dövlət  Universitetinin  xəbərlər  bülleteni  də  məni  nəzərlən 

qaçırmayıb.Burda  da    iftira  yazıblar  ki,guya  mən  mitinqlərdə  çıxış  edərkən  cavanları 

ermənilərin  üstünə  qaldırmağa  cəhd  etmişəm.Əksinə,  mən  bütün  çıxışlarımda    cavanları 

daha təmkinli və müdrik hərəkət etməyə səsləmişəm. Ara qızışdıranları da məhz elə belə 

mövqe  əsəbiləşdirir.Onlar    məni  də  özləri  kimi  qara-qışqırıqçı,hamını  qan  tökməyə  

çağıran,nifrət və kinlə dolu adam kimi görmək istəyirlər. 

(Sonra  yazıda  «Fiqaro»  qəzetiylə  bağlı  məsələ  işıqlandırılır.Bu  barədə  əvvəlki 

səhifələrdə müfəssəl məlumat verilib.Mənə elə gəlirdi ki,bü məsələ aydınlaşdırıldığı üçün 

ona bir dəfəlik son qoyulub.Demə bu əleyhimə yazılar yaşmaq üçün ermənilərin əlində bir 

bir  fürsət  imiş,belə  fürsəti  heç  cür  buraxmaq    istəmirlər.  Xəbər  tutdum  ki,  «Xorurdayın 

Hayastan»(  28  fevral  1988-ci  il)  qəzetində  erməni  yazıçısı    Perç  Zeytunsyan    mənim 

əleyhimə    «qəzəbli»  bir  yazı  tutuzdurub.  Təəssüf  ki,o  qəzeti  əldə  edə  bilmədim.  Ancaq 

Perç Zeytunsyanın «Xorurdayin Hayastan»( «Sovet Ermənistanı») qəzetinin 21 may 1988-

ci  il  nömrəsində  ünvanıma  yağırdığı  təhqirlər  dolu  «Nifrət  yarmarkası  2»  adlı  cızma-

qarasının tərcüməsiylə tanış olandan sonra «Nifrət yarmarkası 1» yazısının da nə səpgidə 

və nə səviyyə də olduğu aydınlaşdı.P.Zeytunsyan yəqin özü də dərk etmir ki,yazılarına nə 

qədər dəqiq ad verib.Bu yazılar,doğrudan da məhz Nifrət yarmarkasıdır, küt və kor nifrət, 

real  faktlarla  hesablaşmayan,  başdan  ayağa  föhş  və  hədyandan  ibarət  söyüş 

yarmarkası.Amma eyni zamanda bu ucuz uydurmalar yarmarkasıdır. 



383 

 

60-cı illərin əvvəllərində Perç Zeytunsyanla Moskvada Ali ssenari kurslarında təhsil 



alırdıq. Qətiyyən ağlıma gəlməzdi ki, nifrət və ədavət hissi  insanı - hər halda o illərdə mən 

onu tərbiyə görmüş adam sayırdım - bu dərəcədə alçaqlığa sövq edə bilər.P.Zeytunsyanın 

kobud,  bazar  söyüşlərinə  söyüşlə  cavab  verməyi  ləyaqətimə  sığışdırmıram.Amma  onun 

cavabını  verməyi,yağdırdığı  «ittihamların»  nədən  ibarət  olduğunu  izah  etməyi  lazım 

bilirəm. 

Bu ittihamlar yenə də «Fiqaro» qəzetində  mənim dilimdən deyilən  iki-üç cümləyə 

əsaslanır,Bu barədə yetərincə deyilib  və məsələyə bir daha qayıtmağa ehtiyac yoxdur. 

Başqa bir məsələyə toxunan P.Zeytunsyan yazır: «Türk qəzeti müxbirinin -siz qanlı 

hadisələr  törədən  nifrətin  səbəbini  nədə  görürsünüz?-  sualına  Anar    «günahsız 

sadəlöhvlüklə»  cavab  verir:  «Bu  nifrət  bizdən,azərbaycanlılardan  törəməyib».Sumqayıt 

hadisələrindən  danışanda  biz  həmişə  qeyd  eləmişik  ki,bu  cinayəti  bütün  Azərbaycan  

xalqının  ayağına yazmaq olmaz.Bəli,bu belədir, Ancaq öz xalqının kollektiv vicdanı olan 

Azərbaycan ziyalıları nəinki Sumqayıt hadisələrini qınamır, nəinki bu barədə ağzına su alıb 

susur,  eyni  zamanda  o  qanlı  hadisələri  hər  vasitə  ilə  unutdurmağa  çalışırlar.Beləysə  o 

ziyalılar özləri də həmin cinayətlərin bilavasitə iştirakçılarına çevrilmirlərmi? O necə sovet 

yazıçısıdır  ki,  Sumqayıt  hadisələrindən  xəbəri  ola-ola  bütün  dünyaya    «nifrət  hissi 

azərbaycanlılırdan törəməyib» elan edir? Buradan belə məntiqi nəticə çıxarmaq olmurmu 

ki, nifrət hissini ermənilər oyadırlar» 

Durun, hər kəlməsi yalan olan bu uzun sitatdan sonra bir hovur nəfəsimizi dərək. Ən 

axırıncı cümləni götürək, hansı ağlasığmaz məntiqə görə demək olar ki, əgər mən «nifrət 

hissi  bizdən  -azərbaycanlılardan  törəməyib»  deyirəmsə,onda  guya  bundan    «nifrət  

ermənilər tərəfindən yaranıb» nəticəsi çıxır. Necə olur ki, yazıçı P.Zeytunsyana «yaranmış 

nifrətin səbəbini Azərbaycan,yaxud erməni xalqında axtarmaq vicdansızlıqdır» kimi adi bir 

fikri  dönə-dönə  təkrarlamaq  lazım  gəlir.  Söhbət  ondan  gedir  ki,  zorakılıq  və  cinayət 

hallarını Azərbaycan xalqının ayağına yazmaq istəyənlərə  cavab olaraq mən bu yalan və 

udurma  fikirləri  qəti  şəkildə  rədd  etmişəm.  Sumqayıt  hadisələrinin  günahı  Azərbaycan 

xalqında  deyil,  necə  ki,  Ermənistandan  kütləvi  şəkildə  qovulmuş  azerbaycanlıların 



384 

 

faciəsinin səbəkarı bütün erməni  xalqı deyil.Bu didərginlər ən azı 130 min heç bir təqsiri 



olmayan  azərbaycanlılardır.  Zeytunsyan  və    onun  mövqeyində  olan  erməni  ziyalıları  bu 

dəhşətli faciəyə münasibət bildiriblərmi? Əgər Sumqayıt hadisələriylə bağlı P.Zeytunsyan 

Azərbaycan  ziyalılarını  «cinayətin  iştirakçısı»  sayürsə,daha  artıq  haqla  biz  erməni 

yazıçılarını öz dədə baba yurdlarından qovulmuş Azərbaycanlıların müsibətlərinin baiskarı  

saya bilərik. 

Azərbaycan  ziyalıları  Sumqayıt  hadisələrini  təhlil  edib,bunun  kim  üçün  faydlalı 

olduğunu  araşdırıb,  faciənin  özünə  dərin  təəsüflərini  bildirdilər  və  səbəbkarları  ən  qəti 

şəkildə günahlandırdılar. Bu «Sovetskaə kulğtura» qəzetində dərc olunmuş bəyanatımızda 

da  öz  əksini  tapıb.  Bəs  erməni  ziyalıları  Azərbaycanlılara  qarşı  ən  qəddar  zorakılığı 

qınayan  hansı  bəyanatla  çıxış  ediblər?  Yoxsa  onlar  da  P.Zeytunsyan  kimi  bu  faktlardan 

xəbərsizdirlər…Zeytunsyana  onun öz  sözləriylə  müraciət  edirəm:  «Bu  necə vicdandır ki, 

qarşı tərəfin qurbanları barəsində eşitmək və bilmək istəmir. Bəlkə ona hadisələr başlanan 

gündən  həlak  olanların  ümumi  sayı  da  məlum  deyil.  Eləysə  bir  daha  xatırladaq: 

«Toqquşmalarda 83 nəfər həlak olub.Onlardan 48-i azərbaycanlı, 32-si erməni,3 isə digər 

millətlərin nümayəndələridir.  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin