Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə109/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   105   106   107   108   109   110   111   112   ...   274
«Krasnaə zvezda» qəzeti 24 fevral 1989 

 

P.Zeytunsyan Dostoyevskidən yaxşı sitat gətirib: Sən niyə filankəsə nifrət edirsən,o 

sənə qarşı əclaflıq edib?  

-Yox,mən özüm ona qarşı əclaflıq etmişəm». 

Yaxşı sitatdır,özü də lap yerindədir. 

Yenə də «Hürriyət» qəzetinə istinad elən P.Zeytunsyan yazır: 

«Müxbirin «bir sıra xarici erməni təşkilatları DQMV hadisələrində iştirak etməyiblər 

ki?-sualına  cavab  olaraq  Anar  deyir  ki,bu  hadisələrdə  müəyyən  maliyyə  maqnatları  ilə 

yanaşı yenidənqurmanın bir sıra düşmənləri -rüşvətxorlar,sovet iqtisadiyyətinin talançıları 

da fəal iştirak edir». 




385 

 

Bu  yeri  P.Zeytunsyan  özünə  lazım  olan  şəkildə  qələmə  verir:  «Bu 



hadisələri…xaricdəki erməni varlıları təşkil etmişlər». 

Görünür,  «yazıq  erməni  varlılarının»(P,Zeytunsyan  orijinal  söz  birləşməsi 

tapıb,deyilmi?)  halına  ürəyi  yanan  Zeytunsyan  yerili  rüşvətxorları  da    zərbə  altından 

yayındırmaq    qərarına  gəlib.Saxta  sadəlöhvlüklə  deyinir:  «Əgər  doğrudan  da  bizim 

hərəkatımıza mafiyalar qoşulubsa və hərəkatımızı hər vasitəylə dəstəkləyirlərsə,onda niyə 

indiyədək ifşa olunub həbs edilməyiblər»? 

Boşlayın  görək,Zeytunsyan,  Məhz  korrupsiya  və  oğurluğa  görə  həbs  edilmiş  bəzi 

«Krunk» başçılarının ad- familiyaları nə tez yadınızdan çıxıb? 

Mənim  mətnimin  üzərində  P.Zeytunsyanın  apardığı  «əməliyyatdan»  daha  bir 

nümunə: 


Mənim mətnim: 

«Stalin  və  durğunluq  dövrü  adlandırdığımız  Brejnev  dövründə  bu  vilayətə  kifayət 

qədər  diqqət  yetirilməmişdir.  Xüsusən    sosiasl  və  mədəni    sahədə  biganəlik  özünü 

göstərirdi.Bu vəziyyət sosial məsələləri milli məsələyə çevirmişdir» 

Mənim bu fikrim P.Zeytunsyanın «əməliyyatından» sonra belə səslənir: «ermənilər 

sosial məsələləri milli məsələyə çevirdilər» 

 Bax  belə  fəndgirliklə  P.Zeytunsyan  oxuculara  düşmən  obrazını  təqdim  edir.  Sovet 

yazıçısı  P.Zeytunsyan  sovet  qəzetində  bu  sayaq  yarmarka  fokusları  çıxarırsa,  burjua 

mətbuatında fikirlərimizin təhrif edilməsinə niyə təəccüblənirik? 

Qarabağa  aid  dediklərim  P.Zeytunsyanı  lap  cin  atına  mindirir.Hərçənd  mən  yalnız 

partiya və dövlət orqanlarının:«yenidənqurma- sərhədlərin yenidən biçilməsi demək deyil» 

fikrini təkrar etmişəm. («Perestroyka ne perekroyka qraniü»). 

Amma Zeytunsyanı sovet respublikalarının indiki sərhədləri qane etmir.Bu bir yana 

dursun,o,  yalnız  Qarabağın  sərhədlərini  deyil,  SSRİ-nin  beynəlxalq  sərhədlərini  də  təftiş 

etmək  xülyasına  qapılır  və  bütün  bu  xam  xəyallarını    konyüktur  şəkildə  Stalinin  adıyla 

bağlamağa  çalışır:    «Çiçerinin  Van,  Muş  və  Bitlis  ərazilərinin  Erməstana  qaytarılması 

tələbinə Stalin «provokasiya və ağılsız fikir kimi» baxır. 



386 

 

Deyin görək Türkiyə ərazisində yerləşən Van,Muş,Bitlis hara,Dağlıq Qarabağ hara? 



O ki, qaldı Stalinə, məhz elə onun razılığı və sanksiyasıyla Türkiyə dövlətinə ərazi iddiası 

qaldırılmışdı. Məlum oldu ki, buna dişi batmaz və bu iddialar elə boş iddia kimi də qaldı. 

Stalindən sonra isə Sovet höküməti bu mənasız tələblərdən imtina etdi və   indi SSRİ-nin 

heç bir ölkəyə ərazi iddiası yoxdur. 

Sovet  dövlətinin  siyasəti  ilə  razılaşmamaq  P.Zeytunsyanın  öz  işidir,  ancaq  bu 

narazılığını hökumətə yox,  mənə niyə ünvanlayır. Bəli, vaxtilə Türkiyəyə qarşı sürülmüş 

ərazi iddiaları ilə bağlı suala cavab verərək demişəm ki, İkinci dünya müharibəsindən sonra 

Avropa  ölkələrinin  sabitləşləşmiş  sərhədlərinin  dəyişdirilməsi  cəhdləri  -  yeni  müharibə 

təhlükəsi törədə bilər. 

Aydındır ki, bu mənim  kəşf etdiyim orijinal fikir deyil, bütün dünyann qəbul etdiyi 

və  hamıya  məlum  olan  gerçəklikdir.Burada  P.Zeytunsyanın  ovqatına  soğan  doğrayan 

nədir?  Yəqin  ki,yuxularında  gördüyü  ərazilərə  heç  bir  vaxt  sahib  ola  bilməyəcəyindən 

doğan gücsüzlük...  

«Ədəbiyyat və incəsənət» qəzeti 25 avqust 1989. 

(Orijinalı rus dilində yazılmış bü mətn həmin qezetdə başqa tərcümədə 

verilib,buradakı mənim öz tərcüməmdir- A.) 

 

Rəhmətlik  Vəli  Məmməlov  gündəliklərində  yazır:  «Anara  ermənilər  də  hücum 

edir,özümüzünkülər də». 

Erməni  deputatlarla  yalnız  iclaslarda  toqquşmurduq,arabir  tənəffüslərdə,foyedə  də 

üz-üzə  gəlirdik.Bir  neçə  epizod  yadıma  düşür.Deputatlıqlan  qabaq  sənətşünas  kimi 

tanıdığım Henrix İgityan xüsusi canfəşanlıq edirdi.Azərbaycan xalqını təhqir etdiyi zaman 

cavabını  verdik,Ali  Sovetin  rəhbərliyinə  dəfələrlə  müraciət  etdik,sözünü  geri  götürməli 

oldu.İgityanla şəxsən tanış deyildimsə də,bir gün foyedə mənə yanaşdı:  -Sizi ziyalı insan 

kimi tanıyıram -dedi- bəlkə bir söhbət edək. -Mən də sizi tanıyıram,-dedim,- şəxsən tanış 

olmasaq  da,vaxtilə  redaktor  olduğum  «Qobustan»  toplusunda  sizin  məqalənizi  də 




387 

 

vermişdim.Amma siz mənim xalqımı təhqir edəndən sonra mən sizinlə bir kəlmə danışmaq 



istəmirəm. 

Başqa  bir  səfər  foyedə  mənə  Telman  Qdlyan  yanaşdı.  O,  MK  katibi  Liqaçovla 

«mubarizə» aparırıdı, guya ki, Qarabağ məsələsinə  qarışmırdı,amma yüz faiz əminəm ki, 

Liqaçov  bu  məsələdə  az-çox  obyektiv  mövqe  tutduğu  üçün  Qdlyanın  qarşısına  onu 

yıxmaq,ya  ən  azı  ləkələmək  vəzifəsi  qoyulmuşdu.Nə  isə,bu  Qdlyan  da  mənə  yanaşdı  və 

inanmazsınız,eyni  sözlərlə  söhbətə  başladı:  -  Görürəm  ki,siz  ziyalısınız(nədir,onlar  bu 

söhbətlərini öz aralarında əvvəlcədən eyni şablon üzrə razılaşdırırlar?)  

Bu  girişdən  sonra  Qdlyan  mənə  dedi:  -Bilirsiniz  ki,mənim  başımın  üstündə  bu 

Liqaçov  kərpici  asılıb(eynən  bu  sözləri  dedi)Odur  ki,Qarabağ  məsələsiylə  məşğul 

olmuram.Amma  bir  kənar(?!-A.)  adam  kimi  deyirəm,bəlkə  müvəqqəti  olaraq,ancaq 

müvəqqəti  -  bir-iki  illiyə  Qarabağı  Ermənistana  verəsiniz,ehtiraslar  sakitləşəndən  sonra 

yenə Azərbaycana qaytarıla bilər. Ürəyimdə:-Deməzsən aldatdım - deyə düşündüm və bu 

təcrübəli demaqoqun belə ucuz fəndlərdən istifadə etməsinə güldüm,amma Qdlyana ancaq 

bunu  dedim:Qarabağı  nəinki  iki  ilə,  heç  iki  aya,  iki  günə,  iki  saata  da  heç  kəsə  verə 

bilmərik.  

Bir şey deməyib çıxıb getdi. 

“Gecə düşüncələri”ndən 

 

 



 


388 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin