ERMƏNİ MƏTBUATINDAN
Azərbaycan ziyalılarının təşkil etdikləri nümayiş barədə Anar nə deyə bilər?
Sumqayıtdakı qanlı günlərdə,eləcə də ondan sonra nə Anar,nə də azerbaycanlı ziyalılardan
başqa birisi özünə qalib gələrək Ermənistana heç olmasa bir teleqram göndərib başsağlığı
vermədi.
Amma Anar hadisəlrin əvvəlində əsas səbəbin Sumqayıt olduğunu nəzərə
almadan,dəhşətdən Ermənistana qaçan minlərlə ermənini xatırlamadan elan edir ki, hər gün
Ermənistandan qaçmış azərbaycanlılar Yazıçılar İttifaqına gəlir və orada başlarına
gələnlərdən danışırlar.Soruşmaq lazım gəlir ki, həqiqəti onlara yazıçı deməyəndə kim
deyəcək? Bəlkə Anar Sumqayıt faciəsindən xəbərsizdir? Başsağlığı, üzr istəmək, sükuta
dalmaq bir yana dursun,bizim ürəyimizi ağrıdan bir faktla necə barışaq? Sumqayıt
hadisəsindən sonra Anar böyük bir dəstə ilə Türkiyəyə səfərə çıxmış,bəlkə də orda
kefcillərlə,əyyaşlarla görüşmüşdür? (!-A.)Bu səfər əvvəlcədən planlaşdırılımış olsa belə
ondan imtina etmək cəsarət tələb edirdi. Özü də hara? Türkiyyəyə… O Türkiyəyə ki, onun
sakini Orxan Qarakazım son vaxtlar belə demişdir: «Allah erməni xalqının taleyini türk
xalqının əllərinə tapşırıb.Yaxşı bilin ki, sizi heç bir «Xristos», nə də digər bir xalq bizim
əlimizdən xilas edə bilməz».
Anar Türkiyədə olarkən axtarıb Orxanı, orxanları tapıb bu sözlər üçün onları
qınayıbmı? Əlbəttə yox .
(«Qrakan tert»(«Ədəbiyyat qəzeti»),
Ermənistan Yazıçılar İtttifaqının orqanı
3 may 1988)
Dostları ilə paylaş: |