Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


AZƏRBAYCAN.QAFQAZ - BARIT  ÇƏLLƏYİ



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə106/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   102   103   104   105   106   107   108   109   ...   274
AZƏRBAYCAN.QAFQAZ - BARIT  ÇƏLLƏYİ 

 

Bakı, Xüsusi müxbirimiz Deni Leqra: 

Əvvəllər Bakıda azərbaycanlılar ya ermənilər,ruslar ya gürcülər yoxdu,hamı özünü 

bakılı adlandırırdı,Amma bu birlik 27 fevral hadisələrindən sonra parçalandı. 

Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi Anar Rzayev: - «Sümqayıt olmasaydı 

da,ermənilər  onu  uydurardılar»-deyir.A.Rzayev  qeyri-adi  ifadələri  sevir:  «Ermənilər- 

mazoxistdirlər-  deyir  -  -onlar  gərək  daima  kiminləsə  dalaşsınlar,ölüm  və  bədbəxtlik 

törətsinlər». 

Azərbaycanlılar da,ermənilər də bir məsələdə razıdarlar ki, Sumqayıt talanları təşkil 

olunmuşdu,  Ermənilərin  bu  işdə  əli  olduğuna  inanan  Rzayev  deyir  ki,  «Bu-    ermənilərin 

ciddi səhvi idi.Bu iş dini fanatizmin və fundamentalizmin əmələ gəlməsinə səbəb ola bilər 

və Azərbaycanın ikinci İrana çevrilmək təhlükəsi yarana bilər».  

 «Fiqaro» qəzeti  

22-23 oktyabr 1988  

 

Anarın  şərhi:  Qarabağ  məsələləri  təzə  başlananda  Bakıya  Fransadan  «Fiqaro» 

qəzetinin müxbiri gəlmişdi,mənimlə də görüşdü və mən dedim ki,Yerevandakı mitinqlərdə 

bəzi  çağırışlar,məsələn:  «biz  məcbur  edəcəyik  ki,sovet  əsgərləri  bizə  atəş  açsın»  yaxud 

«biz rus-türk-tatar xalqlarını erməni qanına bələyəcəyik» mazoxistcəsinə səslənir.Jurnalist 

isə «Fiqaro»da bunu  «Azərbaycan yazıçısı Anar deyir ki, bütün ermənilər mazoxistdirlər» 

- şəklində vermişdi. Bütün xalqı təhqir etmək adətimə ziddir və mən qəzetə təkzib yazdım. 

Amma ermənilər bundan gen-bol istifadə etdilər.Ali Sovetdə də Ambartsumyan(akademik 

yox,rektor,adını  unutmuşam)  kinayəylə  mənə  söz  atdı:  «Axı  biz  ermənilər  mazoxistik»  - 

dedi. 


- Mən belə söz deməmişəm - dedim, amma erməni xalqının özünün bu barədə fikri 

var. Ambartsumyan təəccüblə: 

-Nə fikir? -deyə xəbər aldı. 



379 

 

Vaxtliə erməni dili bilən bir tanışımdan eşitdiyim və dəftərçəmə yazıb əzbərlədiyim 



erməni  zərb-məsəlini  təkrar  etdim:  «Vor  teğ  hay,in  teğ  vay»  (yəni  harda  hay(erməni 

var),orda  vay  var).Ambartsumyanın  gözü  kəlləsinə  çıxdı.  Bir  kəlmə  də  demədən  dönüb 

getdi. 

«Gecə düşüncələri»ndən 

 

AFR-də olarkən Anar  «Hürriyyət» qəzetinin Frankfurt müxbiri Fatih Güllapoğluna 



geniş  müsahibə  vermişdir  (22  aprel  1989).Qəzetin  gələn  nömrələrinin  birində  isə 

müsahibənin qəzet tərəfindən verilən başlığına yaşıçının təkzibi dərc olunmuşdur: 



Mənimlə  reportaj  yaparan  qəzetəçi  arxadaşımız  xəbərində  bu  sorğuya  verdiyim 

cavablarımı  söylədiyim  şəkildə  yazmışdır.Ancaq    müsahibəyə    «Ermənilərə 

tokat»(«Ermənilərə sillə») deyə bir başlıq vermişdir.Başlıqda yer alan bu cümlə mənə aid 

deyildir.Qəzetin öz təşəbüsüdür..Mən xalqlara qarşı deyiləm və heç bir xalqı heç bir vaxt 

təhqir etmərəm» 

«Hürriyət» qəzeti 30 aprel 1989 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin