392
«Mən çox şadam ki,bu gün mənə növbə çatdı,çünkü hər dəfə lap əvvəldən gəlib
düyməni basıram,amma mənə növbə çatmır və məndə belə təsəvvür yaranır ki,bəzi deputat
həmkarlarım bu düyməni evdə basıb gəlirlər»
Yazıçı Anarın bu ironiyalı sözləri Milli Məclisin dünənki yığıncağında deputatları
yamanca güldürdü. Artıq bir neçə iclasdır ki,çıxış etmək imkanı ala bilməyən komissiya
sədri daha sonra mətləbə keçdi və çıxışına belə başladı: «Bu gün Şuşanın satılması
günüdür».O, Şuşada erməni əhalisinin yerləşdirilməsindən narahatlıq keçirdiyini söylədi.
«Bizim hörmətli Prezidentimiz deyir ki,Azərbaycanın ziyanına olan heç bir sazişə imza
atmayacaq.Buna inanırıq.Amma mənim qorxduğum odur ki,günlərin bir günü Ermənistan
iqtisadi vəziyyətinin ucbatından, ordumuzun güclənməsinin və dünya dövlətlərinin
təzyiqləri nəticəsində bizim istədiyimiz müəyyən güzəştlərə gedə bilər,yəni Dağlıq
Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verə bilər,amma Şuşa o zaman artıq
erməni şəhəri olacaq.Azərbaycan tərkibində ermənilərdən ibarət bir şəhər»
Millət vəkilinin təklifinə görə parlament bu məsələ ilə bağlı beynəlxalq
təşkilatlara,dünya parlamentlərinə müraciətlər etməlidir.O, bildirdi ki,sülh danışıqları
getdiyi bir zamanda demoqrafik dəyişikliklərə yol verilməsi qəbul olunmazdır.
Milli Məclisin sədri Murtuz Ələsgərov komissiya sədrinin Şuşa ilə bağlı fikirlərinə
münasibət bildirmədi.
(«525-ci qəzet», 9 may 2001)