Elçin: Özümü saxlaya bilmirəm, bəri başdan deyim ki, bu qəti surətdə yanlış sözdür.
Davamını Anar desin.
Anar: Qarabağ məsələsi başlayanda, Aqanbekyanın Parisdə «Humanite» qəzetində
çıxış etməsi xəbəri bizə gəlib çatanda buna münasibəti birinci olaraq Azərbaycan Yazıçılar
Birliyi bildirdi-Qorbaçova məktub yazdıq - ölkənin rəhbəri o idi,daha kimə yazmalı idik -
etirazımızı bildirdik. Sonra ikinci mətktubu yazdıq. Yanvar hadisələri noyabrda ola
bilərdi.Moskvada Ali Sovetdə məsələ müzakirə olunurdu ki, dəmir yolunda blokada
terrorizmə bərabər tutulsun. Bu o demək idi ki, burada olan rus, sovet qoşunları blokada
adı ilə gedib camaatı qıracaqdılar. Biz, o vaxtkı deputatlar, həmin qərarın qəbul edilməsinə
mane olduq.Əgər qəbul edilsəydi, bu dəhşətli hadisələr 1990-cı ilin yanvarında yox, 1989-
cu ilin noyabrında olacaqdı. Mən həmişə demişəm ki,siyasətçi deyiləm,özümü siyasətçi
saymıram.Sual verirlər ki,bəs niyə parlamentə seçilmisən. Deyirəm ki,mədəniyyət də
siyasət qədər əhəmiyyətli-dir. Parlamentdə mən mədəniyyət məsələləriylə məşğul oluram.
Siyasətçi olsaydım,hər çıxışımdan sonra özüm üçün xal yığardım. Amma xal yığmaq
istəmirəm, mən də başqa yazıçı yoldaşlarım da borcumuzu yerinə yetiririk. Bəlkə kifayət
qədər yetirməmişik, bəlkə bundan daha artıq etmək olardı. Xalqa yenə də borcumuz
var,onun borcundan heç vaxt çıxmaq mümkün deyil.Amma ki,ay filan vaxt passiv olublar,-
376
bunu niyə deyirlər? Demək passiv olmamaqçun, o vaxt Xalq Cəbhəsinin bəzi liderlərinin
dediklərini deməliydik? Yaxud, Vəzirovun, Mütəllibovun dediyini deməliydik? Biz həmişə
öz fikrimizi demişik,bunu biri bəyənib,biri bəyənməyib, biri qəbul edib, biri etməyib.
Dostları ilə paylaş: |