369
ANAR: 1988-ci ilin yayında Qorbaçov Azərbaycandan və Ermənistandan bir qrup
SSRİ deputatıyla görüşdü.O vaxt mən SSRİ deputatı deyildim.Bu görüşdə Ermənistan
Yazıçılar Birliyinin sədri Vardges Petrosyan çıxış edərək Qorbraçova müraciətlə Anarı
Qarabağ məsələsiylə əlaqədar Azərbaycanda millətçilik hisslərini qızışdırmaqda,
ermənilərə qarşı düşmənçilikdə ittiham etmişdi.Mirzə İbrahimov onun cavabını
vermiş,məni müdafiə etmişdir.Az sonra Ermənistan Yazıçılar Birliyinin yeni sədri Raçiya
Ovanesyan Moskvaya,SSRİ Yazıçılar İttifaqına məktub göndərərək mənim ermənilərin
əleyhinə və Lenin milli siyasətinə zidd fəaliyyətimi muzakirə edib,məni ittiham etməyə
çağırırdı.Elə bu vaxt Əkrəm Əylislinin «Drujba narodov» jurnalının Baş redaktoru
S.Baruzdinlə məktublaşması həmin curnalda dərc olundu.Məktubunda Əkrəm iddia edirdi
ki, uşaqlıqdan beynəlmiləlçi olduğuna görə öz həmkarları arasında boğulur,başqa
millətlərə öz millətindən daha artıq inanır.Bu yalnız məni arxadan vurmaq deyildi,həm də
öz xalqının ağır günlərində ona qarşı təxribatdı..Bununla əlaqədar olaraq Azərbaycan
ictimaiyətində Əkrəmə qarşı hiddət və qəzəb hissləri Anara da şamil edilirdi ki,ona qarşı
tədbir görmür.O vaxt Əkrəmin özü də fikrinin curnalda təhrif olunduğunu,əvvəlcədən
oxusaydı belə bir mətnin dərcinə razılaşmayacağını deyirdi. Yazıçılar İttifaqında Plenum
deyil, müşavirə keçirilərkən Əkrəmi nəinki Yazıçılar İtttifaqının katibliyindən,hətta
İttifaqın üzvlüyündən belə çıxarmağı təklif edənlər vardı.Mən bunun qarşısını alaraq «biz
burda istedadlı yazıçı Əkrəmi deyil,onun bir yanlış yazısını,bəlkə də redaksiya tərəfindən
təhrif olunmuş mətnini müzakirə edirik»-dedim..Bu sözlər «Ədəbiyyvat qəzeti»ndə də
dərc olunub. «Drujba narodov»a göndərdiyimiz məktubda jurnalın Baş redaktoru
S.Baruzdin də ağır ifadələrlə qınanırdı. S.Baruzdinin baş ucalığıdır ki,o bu məktubu
readktə etdiyi jurnalda olduğu kimi çap etdi.
Əkrəm Əylisli də o vaxt bütün bu məsələləri düzgün qiymətləndirirdi və həmin
hadisədən iki il sonraya qədər Yazıçılar İttifaqının katibi vəzifəsində qalaraq mənimlə
əvvəlki normal,hətta dostluq münasibətlərini saxlayırdı. 1991-ci ildə Yazıçıların 1X
qurultayında gözlənilməz halda mənə qarşı çıxış etdikdən sonra daha bizim bir yerdə
işləməyimiz mümkün olmadı.
370
Çox illər keçəndən sonra isə Əkrəm Əylisli dəxli oldu-olmadı, hər çıxışında,hər
müsahibəsində bu hadisələri tamamilə başqa cür yozmağa başladı,guya mənim onu az qala
məhv etmək istəməyim kimi sərsəm fikirlər söylədi.Yazıçılar Birliyi bu iftiraları dəfələrlə
təkzib etməli oldu.