1990-cı İLİN QANLI YANVAR FACİƏSİNİN GUNAHKARLARI VƏTƏN
VƏ XALQ QARŞISINDA CAVAB VERMƏLİDİRLƏR
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və
Respublika Baş nazirinin müavini Elçin Əfəndiyev ilə müsahibə
Müxbir(İsmayıl Ömərov):Hər ikinizi buraya dəvət etməkdə məqsəd 22 yanvar
tarixli fövqəladə sessiyasının işi barədə söhbət açmaqdır. Hər ikiniz o vaxt həmin
sessiyanın iştirakçısı olmusunz,çıxış etmisiniz. Təəssüflər olsun ki, həmin sessisyanın işini
əks etdirən lentlər çox azdır, ona görə də istərdik ki, o sessiya barədə məlumat verəsiniz.
Anar:Bu sessiyadan danışmazdan əvvəl o,dövrdəki hadisələri yada salmaq
lazımdır.20 Yanvar faciəsindən qabaq qabaq Elçin də,mən də,Bəxtiyar Vahabzadə
də,İsmayıl Şıxlı və başqa ziyalılarımız da hər şeyi etməyə çalışırdıq ki, o hadisə baş
verməsin.Yəni imkanımız daxilincə hökumətlə,vəzifəli adamlarla söhbət edirdik ki, Bakıya
qoşun yeridilməsinə heç bir vəchlə imkan yaratmyın.Xalq hərəkatının liderləri ilə söhbəti
edirdik ki, əgər bunun qarşısını almaq mümkün olmasa,camaatı tankların qabağına yalın
əllə çıxarmaq olmaz.Nəhayət,o vaxt burada Moskvanın çox yüksək nmayənlələri də vardı
(Primakov, Girenko) Söhbət zamanı onlara da izah edirdik ki, belə bir hadisə baş
verərsə,bu böyük faciə olar və çox ağır nəticələrə gətirirb çıxarar.
Təəsüf ki,o vaxt həmişə olduğu kimi,ziyalıların sözünü eşitmədilər. Bu hadisələr
qurtarandan sonra da ilk günahlandıralanlar ziyalılar oldu,hər şeyin günahını ziyalılarda
gördülər.O hadisələr olan kimi,həmin gecə mən rus dilində 9 səhifədən ibarət
«BEDA»(«Musibət») adlı yazı yazdım.
Yanvarın 21-də səhər biz indiki Prezident Sarayının qarşısındakı mitinqə gəldik,mən
də,Elçin də,başqaları da orda çıxış etdik. Bunlan sonra biz akademiyada toplaşdıq.İclası
mən aparırdım. Gecə yazdığım mətnin yüzdən artıq surətini çıxarıb o vaxtkı SSRİ-
deputatlarına. Yazıçılar Birliklərinə və sair yerlərə göndərdik. Orada belə qərara
372
gəlindi,belə bir ümumi fikir oldu ki,sessiya çağrılısın.Bəxtiyar müəllim gedib bunu radio
ilə elan etdi.
Fövqəladə sessiya axşam saatlarında başladı və bütün gecə öz işini davam etdirdi. O
vaxtkı komendant saatına görə bu,qanunsuz iş idi.Yəni əsgərlər gəlib bizim hamımızı
tutub apara bilərdilər. Buna baxmayaraq sessiyadan heç kim çıxıb getmədi.İndi belə
söhbətlər danışırlar ki, sessiyadan heç kimi buraxmırdılar. Amma getmək istəyən çıxıb
gedə bilərdi. Heç kim getmədi, hamı axıradək qaldı. Orada mən iki təklif etdim,onlardan
biri deyəsən lentdə qalıb.Bu təklif şəhidlərin xatirəsini yad etmək barədə idi,ikinci təklifim
isə dünya parlamentlərinə və BMT-yə müraciət etmək idi.Biz rəhmətlik Elmira
Qafarovanın kabinetində oturduq,mən diktə etdim,televiziyanın işçisi Rafiq Savalan yazdı.
Sonra mən həmin müraciəti sessiyanın kürsüsündən oxudum.Amma çox təəssüf edirəm
ki,kimsə qəsdən,bilərəkdən,yaxud bilməyərəkdən, səliqəzislikdən, ya da cinayətkarcasına
- bütün bu lentləri pozdurub, onların az bir hissəsi qalıbdır. Halbuki bu bizim tariximizdir.
Həmin tarix hələ bu gün də yazılmır,gələcəkdə yazılacaq, bəzi şeylər var ki,gələcəkdə
açılacaq.
Məsələn, mən sizə şərti olaraq deyə bilərəm ,biz xarici bir dövlətdə yüksək vəzifə
tutan adamın adını çəkmirik ki,bu dövlətlə münasibətlərimiz pozulmasın, amma əslində o
adam bu işdə iştirak edib.Ona görə də vaxt gələcək, bunlar tamamilə açılacaq,açıq
deyiləcəkdir.Tarix üçün çox vacibdir ki,sənədlər qalsın.Bilirsiniz,indi mən görürəm ki, bəzi
adamlar öz rolunu qabartmaq istəyir, «mən belə etmişəm,elə etmişəm»- deyir.Şəxsən mən
bunu istəmirəm.Mən özümü nə milli qəhrəman elan etmək, nə təbliğ etmək istəyirəm.O
vaxt mən bir Azərbaycan deputatının, ziyalısının edə biləcəyi işi görməyə çalışırdım. Mən
o vaxt mitinqlərdə,məsələn,1988-ci ildə,fevralda keçirilən birinci mitinqdə çıxış etmişəm.
Sonra o vaxtkı Mərkəzi Komitənin,hazırki Prezident Sarayının qarşısında keçirilən
mitinqdə,elə həmin gün çıxış etdim. Ümumiyyətlə,belə mitinqlərdə 6-7 dəfə,nəyayət
yanvarın 20-də keçirilən mitinqdə çıxış etmişəm. Bunların heç birinin lenti qalmayıb,guya
heç belə olmayıb.Yaxşı,mən bunu şöhrət məqsədi ilə demirəm,olmayıb-olmayıb. Amma bu
hadisələrdə iştirak etməyən adamlar görürsən çıxırlar ki,mən belə etdim,elə etdim,
373
şərəfdən,qeyrətdən danışırlar. Halbuki elə adamların şərəfə,qeyrətə dəxli yoxdur.Bir adam
ki,öz atasının qeyrətini çəkə bilmir, o şərəfdən,qeyrətdən necə danışa bilər? Amma
ki,danışır. Deyir ki,mən belə yazdım, elə yazdım, belə dedim və sairə. Ona görə də mənə
elə gəlir ki, bu sənədlər saxlansaydı,onlar səhlənkarcasına,cinayətkarcasına məhv edilmə-
səydi,kimin nə vaxt nə etdiyi də daha aydın görünərdi,bilinərdi.
Müxbir: Anar müəllim,mən sizinlə tamamilə razıyam,yəni o sənədlər bizim ən
yaxın tariximizin canlı salnaməsini yaratmaq üçün idi. Çoz təəsüflər olsun ki,hansı bir
qüvvənin təzyiqi iləsə onlar məhv edilib. Bəlkə də məhv edilməyib,gizlədilib.
Anar: Bəlkə də SSRİ KQB-sinin,respublika KQB-sinin arxivlərində sənədlər
haradasa qalıb. Məsələn,mən sizə bir faktı deyim. Rəhmətlik Xəlil Rza həbsxanada
yatarkən mən Moskvada Lefortova türməsinə getdim və onunla görüşdüm. O vaxt mən
SSRİ deputatı idim. Lefortovada mən müstəntiqdən soruşdum ki niyə Xəlil Rzanı burada
bu qədər saxlayırsınız? Dedi ki, o qədər çıxışlar edib,indi biz bunların hamısını tərcümə
edirik. Xəlil mənə «igid»- deyirdi. Dedi ki, igid,mən bilməzdim - nə qədər çıxış
etmişəm,hamısını çəkiblər. Dedim.bəs sən nə bilirdin. Demək ki, o çıxışların hamısını
çəkiblərmiş,indi də tərcümə edirlərmiş, ona görə də bax,o yazığı orada o qədər saxladılar.
Müxbir: Anar müllim,gəlin sessiyanın işinə qayıdaq. Xahiş edirəm, əgər
xatırlayırsınızsa,deyin,o vaxt müəyyən qüvvələr var idi,bu sessiyanın çağrılmasına mane
olmaq istəyirdilər ki, guya yetərsay yoxdur. Amma sonra məlum olub ki,zəng edib
deputatları çağırıblar,yetərsay olub,gecə hamınız orada qalmısınız və sessiya
keçirilib.Bəlkə siz xatırlayasınız,orada kimlər çıxış ediblər hakim dairələrldən. Mərkəzi
Komitənin üzvlərindən, nazirlərdən, hansılar bu sessiyanın çağrılmasına mane olurdular və
yaxud kimlər bu sessiyanın çağrılmasına can atırdılar.
Anar:O sesiyada Mərkəzi komitədən kimin iştirak edib-etmədiyini deyə
bilmərəm,çünki yadımda deyil.Amma yadımdadır ki, yazıçılarısmıh orada çox fəal iştirak
edirdilər. Sessiyanı əvvəlcə Bəxtiyar müəllim,sonra İsmayıl Şıxlı aparırıdı. Elçin orada bir
neçə dəfə çıxış etdi,mən çıxış etdim. Yadımla qalan bunlardır. Hökumət adamlarından isə
yadıma gəlir, Elmira Qafarova, Həsən Həsənov orada ididər. Onlar çıxış etmədilər.
374
Müxbir: Dünən biz müsahibəmizə o vaxtkı sessiya iştirakçılarından iki nəfəri dəvət
etmişdik. Onların hər ikisi belə fikir söylədilər ki,Mərkəzi Komitənin üzvlərindən və
hökumət dairələrindən olan adamlar ancaq sessiyanın işini pozmaq xatirinə gəlmişdilər.Bu
fikrə sizin münasibətiniz?
Anar: Mən bu barədə bir şey deyə bilmərəm ki,kimsə oraya sessiyanı qəsdən
pozmağa və yaxud pozmamağa gəlmişdi.Lakin sessiya oldu.Sonra biz sədrin otağına
qalxdıq,bəzi sənədləri hazırladıq,müzakirə etdik,yazdıq,tərtib etdik. O sessiyada nə
mümkündürsə,etdik.
Dostları ilə paylaş: |