Müxbir: Elçin müəllim,bunlar sizin xatirənizdə necə qalıb?
Elçin: Anar artıq bu barədə danışdı, Əlbəttə,indi danışdıqca o müdhiş hadisələrin
hamısı təfərrüatı ilə gözümün qabağına gəlir.Anar sonrakı mərhələdən danışdı.
Xatirimdədir,yanvarın 18-də-yəni hadisə yanvarın 19-dan 20-nə keçən gecə baş verdi -
amma ayın 18-də biz Girenko ilə görüşdük. Orada Anar da iştirak edirdi.Mən sual etdim
ki,Azərbaycanda fövqəladə vəziyyət olacaq,yoxsa yox?Onun dediyi sözlər indi də yaxşı
yadımdadır.Dedi ki,Azərbaycanda nəinki fövqəladə vəziyyət,heç komendant saatı da
olmayacaq.O vaxt mən «Vətən» cəmiyyətində işləyirdim. Rəhmətlik professor, dostumuz
Araz Dadaşzadə ilə birlikdə oraya getdik. O zaman «Vətən» cəmiyyətinin bir teleksi var
idi. Yanvarın 20-dən 25-dək olan dövrdə bu teleks Azərbaycan və xarici ölkələr arasında --
mən Moskvanı da,başqalarını da nəzərdə tuturam,-yeganə ünsiyyət vasitəsi idi.Rəhmətlik
Araz mənim otağımdan Moskvaya çoxlu zənglər etdi.Mən və işçilərimiz bu işlə
fədakarcasına məşğul olub telekslə material verirdik,Ancaq əlimizdə material çox az
idi.Biz Anarın dediyi o müraciəti -hansı ki,Akademiyada da çıxış edib onu oxumuşdu - ona
əsaslanaraq yanvarın 20-də «Vətən» cəmiyyətində tez xüsusi bir bəyanat qəbul etdik və
başladıq bunları yaymağa.
Müxbir: Üzr istəyirəm,bunların hamısına mən qulaq asmışam. «Azadlıq»
radiosunda Mirzə Xəzər onları kifayət qədər tez-tez verirdi, gəlin sessiyadan danışaq.
Elçin: Sessiyanı yazıçılardan İsmayıl Şıxlı,Bəxtiyar Vahabzadə aparırdı, orada
Anarın bir neçə dəfə çıxışı oldu, mən də bir neçə dəfə çıxış etdim. Orada bir komissiya
375
yaradıldı. O komissiyada Anar da,mən də, Bəxtiyar müəllim, İsmayıl Şıxlı da var idi.
Komissiya ona görə yaradılmışdı ki,həm bəyanat qəbul edilsin,həm də sessiyanın qərarını
yazsınlar.Həmin bəyanat haqqında indicə Anar danışdı. Mən çox təəsüf, təəccüb edirəm ki,
həmin lentlər bu cür yox olub. İndi heç nə tapmaq mümkün deyil. Onlar Azərbaycan
xalqının tarixidir. Burada söhbət ayrı-ayrı adamlardan və onların çıxışlarından getmir.Bu
ümumi bir tarixdir.
Müxbir: Anar müəllim, söhbətinizin əvvəlində dediniz ki, o vaxtlar ziyalıları
eşitmək istəmirdilər. Təbii ki, xalqın ziyalılardan umacağı çoxdur. Amma o vaxtlar başqa
bir iddia da var idi ki, bəzi partiya liderləri,özlərini güya siyasi xadim adlandıran şəxslər
deyirdilər ki,ziyalılar öndə olmur,xalq hərəkatından gizlənirlər, yəni passiv mövqe tutublar.
Ziyalılara irad tuturdular ki, onlar respublikanın ictimai-siyasi həyatından kənardadırlar.
Dostları ilə paylaş: |