Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN İLK İCLASINDA



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə46/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   274
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN İLK İCLASINDA 

SƏDRLİK EDƏN ANARIN MƏCLİSİN AÇILIŞINDA ÇIXIŞI 

 

Hörmətli cənab Prezident! 

Hörmətli xanımlar və cənablar! 

Müstəqillik  dövründə  seçilmiş  ilk  Parlameııtimizin  ilk  ic-  lasmı  aparmaq  şərəfini 

mənə etimad etdiyiniz üçün hammı- za dərin təşəkküriimü və minnətdarlığımı bildirirəm. 

Eyni zamanda fürsətdəıı istifadə edib bütün seçicilərimizə, yəni Azərbaycan xalqına dərin 

təşəkkürümüzü bildirmək istəyi- rəm. Xalq bizə inanıb, çalışmahyıq ki, bu inam qırılmasm. 

Bizə  inanmayanlar  da  var,  çalışaq,  onları  da  inandıraq,  inandıraq  ki,  yeganə  məqsədimiz 

Azərbaycanımızm bu günü və sabahı yolunda çalışmaqdır. Bizim fikirlərimiz müxtəlif ola 

bilər,  əqidələrimiz  müxtəlif  ola  bilər,  dünyagörüşümüz,  fəlsəfi  baxışlarımız  müxtəlif  ola 

bilər. Amnıa bizi birləşdirən amal bizi ayıran cəhətlərdən üstündür. Bu amal isə Azərbay- 

cam  sonsuza  qədər  müstəqil  görmək,  Azərbaycan  dövlətçi-  liyini  möhkəmləndirmək, 

Azərbaycanm  işğal  olunmuş  tor-  paqlarmı  qaytarmaq,  ərazimizin  bütövlüyünü  təmin 

etmək, qaçqmlarımızın yurd-yuvalarma qayıtması, iqtisadiyyatımı- zı düzgün yolla inkişaf 

etdirmək, ordumuzu güclü etmək, mədəniyyətimizi, maarifımizi yüksəltməkdir. 

Və bütün bunlar yalnız demokratiya şəraitində ola bilər. İn- qilab bir gün içində baş 

verə bilər, çevriliş bir gecədə ola bilər. 

Amma  demokratiya  bir  gündə,  bir  gecədə  baş  verən  iş  deyil.  Xalqların  təcrübəsi 

göstərir  ki,  cəmiyyət  illərlə,  bəzən  əsrlərlə  addım-addım,  pillə-pillə,  büdrəyə-büdrəyə, 

yıxılıb dura-dura demokratiya yolu ilə inkişaf edir və bizim yolu- muz da bu yoldur. 

Pillə-pillə, addım-addım Azərbaycanda demokratiyam bərqərar etmək yoludur. 

Bu  gün  biz  müstəqil  dövlətimizi  18-20-ci  illərdəki  Azər-  baycan  Demokratik 

Respublikasınm varisi qəbul ediriksə, o 

dövrün,  o  respublikanm  acı  taleyindən  də  ibrət  dərsi  götür-  məliyik.  Yəni  bizi 

istəməyən  xarici  qüvvələr  o  zaman  bu  dövləti  devirə  bildilər  ki,  onun  içində  daxili 



198 

 

çaxnaşmalar, parlamentində çəkişmələr oldu və xalqın bütövlüyü pozul- du. Bu bizə dərs 



olmalıdır. 

Mən  əminəm  ki,  fikir  müxtəlifliyi,  demokratiya,  plüra-  lizm,  çoxsəslilik  şəraitdə 

Azərbaycan  parlamenti  bütün  xal-  qımıza  siyasi  mədəniyyəti,  siyasi  davranışı,  bir-birini 

başa  düşmək,  dinləmək,  mübahisə  edərək  belə  düşmən  olmamaq  mədəniyyətini  təlqin 

edəcəkdir  və  Milli  Məclisimizin  bu  əx-  laqı,  bu  davranışı  bütün  cəmiyyətimizə  sirayət 

edəcəkdir, o cümlədən, mətbuatımıza da. Bu beş il ərzində xalqm gözü qarşısmda keçəcək 

ictimai həyatımız hər kəs üçiin layiqli ör- nək olmalıdır. 

Bu böyük və nəcib işdə Uca Tanrı bizə yar olsun. 



(24 noyabr 1995) 

 

 

 




199 

 

MƏDƏNİYYƏT QANUNU QƏBUL EDİLƏRKƏN ÇIXIŞINDAN 



-Hörmətli  sədr,  hörmətli  deputatlar,  hörmətli  qonaqlar,  kütləvi  informasiya 

vasitələrinin  hörmətli  nümayəndələri!  Axır  ki,  biz  "Mədəniyyət  haqqmda  Qanun"u  Milli 

Məclisin müzakirəsinə çıxarırıq. Bu Qanun uzun müddətdir hazır- lanıb. Hələ keçnıiş Milli 

Məclisdən  qalmış  və  yeni  seçkilər-  dən,  yeni  Milli  Məclisin  üzvü  olandan  sonra, 

mədəniyyət  komissiyası  yaranandan  sonra  ilk  gündən  bu  komissiyada  "Mədəııiyyət 

haqqmda Qanun" və başqa qanunlar hazırlan- mağa başlandı. 

Bu  işi  biz  Milli  Məclisin  sosial  mədəni  qanunvericilik  şöbəsi  ilə  bir  yerdə 

hazırlamışıq. Bu qanun ən azı 10-12 dəfə komissiyada müzakirə olunub. Başqa qanunlar da 

hazır- lanıb, məsələn, tarix və memarhq haqqında, kino haqqında, kitabxanalar haqqmda, 

bütün  bu  qanunlar,  demək  olar  ki,  hazırdır.  Amma  biz  belə  hesab  edirik  ki,  birinci 

«Mədəniyyət haqqında Qanun» təqdim edilməlidir, çünki bu mədəniyyət sahəsində təməl 

qanundur,  əsas  qanundur.  O  Qanun  təqdim  ediləndən  sonra,  müzakirə  ediləndən  sonra, 

sizin  fikrinizi  biləndəıı  sonra  biz  o  biri  qanunları  da  yaxm  zamanlarda  Milli  Məclisə 

təqdim  edəcəyik.  Onu  deyim  ki,  bu  Qanunun  müzakirəsində  bizim  Mədəniyyət  Nazirliyi 

çox fəal iştirak edib. Bizim hüquqşünaslar, maliyyə işçiləri və əlbəttə, yarıdıcı təşkilatlarm 

-  Rəssamlar  İttifaqı,  Yazıçılar  Birliyi,  Bəstəkarlar  İttifaqı,  Teatr  işçiləri,  Kinemato- 

qrafçılar  İttifaqları,  Azərkinovideonun  nümayəndələri,  bir  sözlə,  çox  geniş  ictimaiyyətin 

nümayəndələrinin  iştirakıyla  müzakirələr  olub  və  indi  bu  qanunu  sizin  diqqətinizə 

çatdırırıq.  Bu  qanunun  əhəmiyyəti  haqqmda  danışmağa  məncə  ehtiyac  yoxdur.  Burada 

toplaşan adamlar hamısı ziyalılardır. Onlara Mədəniyyətin əhəmiyyətini izah etmək lazım 

gəlmir.  Mən  yalnız  bir  şeyi  xatırlatmaq  istəyirəm,  Sovet  rejimində,  sovet  dönəmində 

Azərbaycanı  qoruyan  amillərdən  biri,  yeganəsi  yox,  ancaq  biri.  Nə  mənada  qoruyurdu? 

Mədəniyyət  Azərbaycan  dilini  qorudu,  mə-  dəniyyət  Azərbaycan  dilini  assimilyasiya 

təhlükəsindən xilas etdi. Mədəniyyət Azərbaycan mənəviyyatmı qorudu, mədəniyyət milli 

ruhumuzu  və  milli  dəyərlərimizi  qorudu.  İndi  elə  bir  dövr  gəlib  ki,  Azərbaycan  özü 

Mədəniyyəti  qorumalıdır.  Mədəniyyət  Azərbaycanı  qorudu,  indi  müs-  təqil  Azərbaycan 

dövləti,  o  cümlədən  Azərbaycanm  Ali  qanunvericilik  orqanı  olan  Milli  Məclis  də  mədə- 



200 

 

niyyətimizə qahmar çıxmalıdır. Çünki mədəniyyətimizin bu saat maddi çətinlik ucbatmdan 



dağılması, məhv ol- ması təhlükəsi var. Bunu hamımız bu gün dərk etməliyik. Məsələn, bir 

neçə gün bundan qabaq biz «Meşələr haqqında Qanunu»u müzakirə elədik. Mədəniyyət də 

müəyyən mənada meşələr kimi milli sərvətdir, qırıldı, onu təzədən bərpa eləmək çox çətin 

məsələdi.  Ona  görə  mə-  dəniyyətimizi  qorumaq  üçün,  ona  müəyyən  yardım  gös-  tərmək 

üçün,  biz  bu  Qanunu  hərtərəfli  müzakirə  elədik.  Bəzən  mübahisələr  etməli  olduq.  O 

cümlədən  maliyyə  işçiləri  ilə, hüquqşünaslarla bəzi  məsələləri dəqiqləşdirdik. Bu  şəkildə 

sizə təqdim etməyi lazım bildik. Hər bir mətndə müəyyən nöqsanlar tapmaq olar. Nöqsan 

da yox, tutalım bir fikri hərə bir cür ifadə eləyə bilər. 

Yəqin ki, bu Qanunun mətnində hansı fikri isə başqa şə- kildə də ifadə eləmək olar. 

O da məqbul sayıla bilər və bizim ifadə etdiyimiz şəkildə də qəbul edilə bilər. Ona görə 

məniııı xahişim odur ki, Qanunun hərfinə, mətndəki üsluba yox, əsasən onun mahiyyətinə 

diqqət  yetirəsiniz.  Bir  cəhət  var  ki,  burada  ünıumi  sözlər  də  yer  alıb,  bu  da  təbiidir. 

Qanunlarda ümumi sözlər də olur. Məsələn, belə bir nıaddə var ki, hər kəs kitabxanalardan 

istifadə  edə  bilər.  Bu,  Qanunda  yazıl-  masa  da,  kitabxanaya  getmək  istəyən  gedəcək, 

getmək istə- məyən getməyəcək. Kinoya da həmçinin, muzeyə də hənıçi- nin. Yaxud hər 

kəsin  təxəllüs  qəbul  eləmək  haqqı  var.  Bu  qanun  olmayanda  da  Polad  -  mənim  dostum 

Polad Bülbül- oğlu soyadmı qəbul etmişdi. 

Yusif - Yusif Səmədoğlu təxəllüsünü qəbul eləmişdi. Mən də familiyanıı atıb, ancaq 

Anar yazırdım. Yəni Qanun olsa da, olmasa da bunları eləmək olar. Amma bu Qanunun elə 

maddələri  var  ki,  o  bizim  mədəniyyət  işçilərinin  sosial  təmi-  natını,  ümumiyyətlə, 

mədəniyyət  obyektlərinin  statusunu  müəyyənləşdirmək,  onları  qanun  vasitəsilə  təsbit 

eləmək  iiçün  çox  vacibdir.  Ona  görə  də  mənim  sizdən  xahişim  o  ola-  caq  ki,  gəlin  bu 

Qanunu  müzakirə  eləyək,  amma  yubatma-  yaq.  Prosedura  məsələsi  var:  Birinci  oxunuş, 

ikinci  oxunuş,  üçüncü  oxunuş.  Amma  gəlin  məsələni  çox  uzatmayaq,  məsə-  lənin 

uzanması  xeyirə  deyil.  İndiyə  qədər  uzanmasmın  səbə-  bi  biz  deyilik,  komissiya  deyil, 

indiyə qədər uzanmasınm sə- bəbi odur ki, biz bunu çox ciddi şəkildə müxtəlif təşkilatlar- 




201 

 

la,  müxtəlif  yaradıcılıq  birlikləri  ilə,  nazirliklərlə,  idarələrlə  müzakirə  eləyərək  sizin 



qarşınıza çıxartmaq istəyirdik. Mən xahiş edərdim ki, bu işi yubatmayaq. 

 

*** 



Hörmətli  deputatlar,  mən  üzr  istəyirəm  ki,  ikinci  dəfə  danışıram.  Amma  bu  qanun 

bizim  komissiyada  hazırlan-  dığı  və  burada  toxunulan  məsələlər  çox  ciddi  olduğu  üçün 

bəzi fikirləri və bəzi nöqtələri bir də aydmlaşdırmaq istəy- irəm. Əvvəla, mən bütün çıxış 

edənlərə təşəkkür edirəm. 

Bununla bərabər, mən bəzi şeyləri demək istəyirəm. Bu qanunu çox genişləndirmək, 

yəni burada hər şeyi əhatə eləmək mümkün deyil. Məsələn, burada belə bir təklif səs- ləndi 

ki, bizim göllər, gölməçələr, filan da qanuna salm- sın. Doğrudur, bizim meşələr də qırılır, 

ağaclarımızı da qırırlar, bu da bir təhlükədir, bu da həyəcan təbili çalın- malı bir məsələdir. 

Amma bunlarm hamısını mədəniyyət qanununda əhatə eləmək mümkün olmaz. Bu, yəqin 

ki, başqa sahələrin qanunlarmda əks olunmalıdır. Ona görə bunu nə genişləndirmək olar, 

nə  də  daraltmaq  olar.  Çünki  mədəniyyət  abidələri  belədir  ki,  bunları  heç  bir  təsisata  aid 

eləmək olmaz. 

Mən də hamımız kimi qəti əminəm və buna heç bir şübhəm  yoxdur ki, gec-tez və 

çox  tez,  bizim  o  işğal  olun-  muş  torpaqlarımız  qayıdacaq.  Azərbaycanm  əbədi  tor- 

paqlarıdır  bu  və  oradakı  abidələri  də  biz  yenidən  həyata  qaytarmalı  olacağıq.  İndi  o 

abidələrin  vəziyyəti  haqqmda  məndə  məlumat  azdır.  Yəni  mən  bilirəm  ki,  o,  düşmən 

əlindədirsə,  düşmən  buna  qayğı  göstərmir.  Ola  bilsin,  dağıdıb.  Yəqin  bizim  əlaqədar 

kəşfiyyat orqanlarmda da- ha dəqiq məlumatlar var. Yaxşı olardı ki, onlar bu barədə bizə 

məlumat  versinlər  və  bu  abidələrin  işğal  olunmuş  torpaqlarda  nə  vəziyyətdə  olduğunu 

bilək.  Onlarm  bərpa-  sı  gələcəyin  məsələsi  olsa  da,  onun  təməlini  bu  giin  qoy-  nıaq 

lazımdır.  Çünki  gec-tez  biz  onlara  sahib  duracağıq,  yiyələnəcəyik.  Amma  görək  işğal 

olunmamış  ərazimizdəki  abidələrin  biz  bu  gün  qeydinə  qalırıqmı?  Qarabağ  abidələ-  ri 

hamımız üçün əzizdir. O biri tərəfdən də Naxçıvandakı Qarabağlar abidəsi əzizdir, amma 



202 

 

maliyyə vasitələri ol- madığmdan o abidədə bərpa işləri tamamlana bilmir və onun da uçub 



dağılmaq təhlükəsi var. 

Qanunda biz siyahmı təqdim eləmirik. Qanunda prinsipi təsdiq edirik ki, gələcəkdə 

belə  bir  siyahı  olsun  və  bunu  Mil-  li  Məclis  təsdiq  eləsin.  İndi  biz  təsdiq  olunmamış 

siyahmı bura nə cür çıxara bilərik? Gərək əvvəl qanunda təsdiq olunsun ki, belə bir siyahı 

olmalıdır. Ondan sonra da bu si- yahmı Milli Məclisə təqdim edək. 

Qanun bu şəkildə təsdiq olunarsa, onların siyahısı Milli Məclisə çıxarılaraq, xalqm 

gözü  qarşısmda  göstəriləcək  ki,  bax,  bu  600  abidə  dünya  əhəmiyyətli  abidədir. 

YUNESKO-  ya  qalsa, YUNESKO  bəlkə bunu  15  ildən  sonra təsdiq  edə- cək. Amma  biz 

özümüz  bu  abidələri  dünya,  ölkə  əhəmiyyətli  abidələr  sayırıq,  ona  görə  də  bunların 

siyahısmı Milli Məc- lisdə təsdiq edirik. 

Nizami muzeyindən dedilər. Mən Nizami nıuzeyi müdiri- nin məktubunu almışam. 

Yazır ki, muzeyin dirəkləri çürüyür, uçmaq təhlükəsi var. Yəni deyirəm, bizim hələ pay- 

taxtımızda olan abidələri belə təhlükələr gözləyir. Bunu da nəzərə almaq lazımdır. 

 

 




203 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin