Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə42/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   274
SSRİ XALQ DEPUTATLARININ NÖVBƏDƏNKƏNAR V 

QURULTAYINDA ÇIXIŞ 

(31 avqust 1991) 

 

Hörmətli deputat yoldaşlar! 



Azərbaycan deputat heyətimiz qurultaya əməli təkliflərlə, əməli iş görmək arzusu 

ilə gəlmişdir. Yoldaşlarımızın çıxışlarından da bunu gördünüz. 

Mən  də  burada  tamam  başqa  təklif  və  mövzularla  çıxış  etmək  istərdim.  Lakin 

vəziyyət elə gətirdi ki, deputat heyətimiz bəyanat qəbul etməyə məcbur oldu. 

SSRİ  xalq  deputatları  qurultayında  millətlərarası  zəmində  münaqişələr 

Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  barəsində  ermənilərin 

əsassız  ərazi  iddialarından  başlanmışdır.  Millətlərarası  toqquşmalarda  tökülən  ilk  qan 

Qarabağda  həlak  olmuş  iki  azərbaycanlı  gəncin  qanıdır.  Dörd  il  ərzində  bu  münaqişə 

yüzlərlə adamın ölümünə bais  olmuşdur. 

Bu  gün,  bu  çox  mühüm  qurultayda,  İttifaqın  yeni  quruluşunun  əlamətləri 

müəyyən olunduğu bir vaxtda erməni separatçıları hələ qərarlaşmamış barışığı pozmağa 

hazır olan qızışdırıcı rolunu oynayırlar. SSRİ Ali Sovetinin çoxdan buraxdığı iyirminci 

çağırış DQMV Vilayət Sovetinin qərarı məhz belə tədbirdir. O, Azərbaycanın xəritəsini 

özbaşına  dəyişdirir,  mövcud  olmayan  Şaumyan  rayonunu  öz  tərkibinə  daxil  edir  və 

muxtar vilayətin əhalisinin azərbaycanlı hissəsinin iradəsinə etinasızlıq göstərir. 

Qarabağda  qan  tökülməsinin  məlum  ilhamçısı  Zori  Balayanın  bu  qurultaydakı 

çıxışı  növbəti  fitnəkarlıq  olmuşdur.  İki  xalqın  -  Azərbaycan  və  erməni  xalqlarının 

fəlakəti məhz onun qatı millətçi ideologiyasının mayası ilə yoğrulmuşdur. Onun çıxışı 

göstərir  ki,  avqust  qiyamı  hələ  qurtarmamışdır.  Azərbaycan  Respublikasının 

prezidentinə  onun  atdığı  böhtan  da  məhz  bu  ruhdadır.  Prezidentin  dediyi  sözlər  təhrif 

olunmuş  və  mətndən  yarımçıq  götürülmüşdür.  Yedək  maşınlarından,  silahdan  və 

sairdən  istifadə  olunması  haqqında  bütün  iftiralar  Rusiya  ilə  Azərbaycanın  arasında 

nifaq  salmaq  cəhdindən  başqa  bir  şey  deyildir.  Belə  bir  suala  cavab  verməkdən  yaxa 



qurtarmaq  istəyirlər:  erməni  yaraqlılarının  Bağanıs  Ayrım  kəndini  və  Azərbaycanın 

digər kəndlərini yerlə-yeksan etdikləri zəhmli, müasir silah haradan alınmışdır? 

Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanı istiqlaliyyət haqqında 

akt  qəbul  etmişdir.  Azərbaycan  Respublikası  milliyyətindən,  dini  etiqadından  asılı 

olmayaraq  bütün  vətəndaşların  hüquqlarına  və  azadlıqlarına  təminat  verir.  Ölkə 

tarixinin bu məsuliyyətli məqamında biz qurultayda sədrlik edənlərdən tələb edirik ki, 

millətlərarası  ədavəti  qızışdırmaq  üçün  göstərilən  hər  cür  cəhdlərin  qarşısını  alsınlar, 

qurultayı  öz  başlıca  vəzifələrindən  yayındıran  məsələlərin  müzakirəsinə  yol 

verməsinlər. 

Nadir, bəlkə də yeganə imkandan istifadə edərək Ermənistan deputat heyətinə və 

Gürcüstan deputat heyətinə müraciət etmək istəyirəm: gəlin, keçmişin dərslərini,  1918-

20-ci illərin tarixini unutmayaq. 

Hamımız  müstəqillik  istəyirik.  Üç  Zaqafqaziya  respublikası  yalnız  o  zaman 

müstəqil ola bilər ki, onların arasında sülh və həmrəylik olsun. Bu respublikalardan biri 

digəri  ilə,  yaxud  ikisi  üçüncüsü  ilə  öcəşəndə  isə  bizim  nə  müstəqilliyimiz,  nə  də 

azadlığımız olacaqdır. Gəlin bu barədə birlikdə   düşünək.  




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin