Hörmətli yoldaşlar! Azərbaycan xalqı çoxəsrlik tarixinin ən gərgin, həyəcanlı və
xalqımızm milli şüurunun, siyasi mütəşəkkilliyinin, öz haqlarma, hüquqlarma,
heysiyyətinə qahmar durmaq əzminin aydan-aya, gündən- günə yetkinləşdiyi,
möhkəmləndiyi bir dövrdür. Ali Sove- timizin bu sessiyası da tarixə düşəcək bir
Sessiyamızm ərəfəsində Azərbaycan KP MK-ya rəhbər- liyi və Xalq Cəbhəsi
nümayəndələrinin dönə-dönə görüş- mələri, fikir mübadiləsi, razılaşdırılmış birgə
bəyanat xalq tərəfindən sevinc və məmnuniyyət hissi ilə qarşılanmışdır. Xalqm bu
yekdil rəyi mərkəzə, səlahiyyətli orqanlara da olduğu kimi çatdırılmalıdır. Bu gün bizə
ən vacib, ən zəruri olan şey - birlikdir. Azərbaycanm ərazi bütövlüyünə qarşı yürüdülən
xam xəyallarla yanaşı, bizi başqa, bəlkə daha real və daha qorxulu bir təhlükə də
narahat etməlidir. Bu da xalqm mənəvi bütövlüyü məsəiəsidir.
Stalin rejimi Sovet xalqlarmı dədə-baba torpaqlarmda ev yiyəsi kimi yox, hər an
sürgün olunmaq vahiməsi ilə ürəyi səksəkəli yaşayan kirayənişinlərə çevirmişdi.
Müstəbit qə- zəbinə düçar ol'ub pəpə deyəndən məmə yeyəııəcən sürgün olunmuş
xalqlarla bir sırada qonşu respublikadan vaxtaşırı axm-axm çıxarılan azərbaycanhlarm
da adı çəkilməlidir. Stalin dövründə deyil, artıq bizim günlərdə azı 165 min
azərbaycanlmm yerindən-yurdundan didərgin sahnmasma siyasi qiymət verilməlidir.
Yeri gəlmişkən qeyd etmək istər- dim ki, bir qrup ziyalılarımızm təşəbbüsü ilə (onlarm
sıra- smda Xalq Cəbhəsinin nümayəndələri də var) bilavasitə qaçqmlarm problemləri ilə
məşğul olan bir komitə yarat- maq istəyirik və bu komitənin bəyanatmı Azərinforma
təq- dim etmişik. Xahiş edirik ki, bu bəyannamə yaxm zaman- larda respublika
qəzetlərində dərc olunsun.
Komitənin bir məqsədi də istər qaçqmlar problemi, istərsə də Dağlıq Qarabağ
problemiylə əlaqədar olan bir çox məsələləri dünyanm və ölkənin geniş ictimaiyyətinə
çatdırmaqdır. Bu məsələlərlə əlaqədar bütün dünyada nə qədər uydurmalar, yalan
xəbərlər, şayiələr yayıldığı sizə yaxşı məlumdur. Təəssüf ki, birtərəfli, qərəzli
informasiya mərkəzi qəzet və jurnal səhifələrinə, mərkəzi televiziya ekramna da yol
tapa bilir. Bizım Azərbaycaıı ziyälılanmn mərkəzi orqanlarda öz mövqelərini ifadə
etmək cəhdləri boğulur. Ya heç çap etmir, efırə buraxmırlar, ya da elə şəkildə kəsib
doğrayır, təhrif edirlər ki, tamam susmağı bundan üstün tutursan. Əlbəttə, on- suz da
gərilmiş əsəbləri bir az da qıcıqlandırmaq lazım deyil, amma aşkarlıq dövründə
mübahisə edən hər iki tərəfı dinlə- mək vacibdir. Həm də obyektivlik - orta mövqe
tutmaq deyil. Köhnə hekayələrimdən birində yazdığım bənzətməni xatırlat- dığımçün
üzür istəyirəm. Əgər biri qatığa ağ, o biri qara deyirsə obyektivlik o deyil ki, üçüncü
tərəf: "hər ikiniz haq- sızsmız - desin, - qatıq nə ağ, nə də qaradır, qatıq bozdur". Qatığm
boz deyil, ağ olduğunu demək vaxtı çatmışdır. Üçüncü tərəf, yəni Mərkəzi mətbuat,
Mərkəzi televiziya Dağlıq Qarabağ probleminə obyektiv qiymət vemıəli və faktları
təhrif etmədən, olduğu kimi şərh etməlidir. Xocahda tikilən mühüm obyektin -
toxuculuq fabrikinin inşası olduqca ləng gedir. Bu tikintinin başa çatdırılması 600-700
nəfərin işlə təmiıı olun- ması deməkdir. Hazırda Xocalıda məktəb, uşaq bağçası,
xəstəxana çatışmır. Yüz minlərlə pul xərclənməsinə baxma- yaraq Xocahnm yolları
düzəiməyib, birinci üz asfalt çəkilib, amma ikinci üz çəkilmədiyindəıı bütün xərclənmiş
vəsait ha- vaya sovrulmuş kimidir və buna da mane olan Xüsusi Komitədir. Cəmilli,
Meşəli, Daşbulaq, Həsənabad, Kosalar və başqa kəndlərin vəziyyəti daha da
acmacaqlıdır və bu kəndlərin hamısı Xocalıya ümid yeri kimi bixır
5
.
Bu barədə mənə yazanlar Ali Sovet qarşısmda məsələ qaldırıb təklif edirlər:
Ermənistandan, Dağlıq Qarabağm müxtəlif yerlərindən didərgin düşənlərin bir hissəsi
Xocalıda yerləşsin və bunun əsasmda Xocalmm baş planı tərtıb olun- sun. Xocalı kəndi
qəsəbə statusu alsın. Gələcəkdə DQMV tərkibində qalmaqla müstəqıl Xocalı rayonunun
yaradıl- ması məsələsi qaldırılsm.
Azərbaycan SSR Ali Sovetinin Sessiyasmda çıxışı
5sentyabr 1989
Dostları ilə paylaş: