Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə35/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   274
XAQANİ, 25 

 

Yetmiş ildir ki,Azərbaycan Yazıçılar təşkilatı  Xaqani küçəsində,25 nömrəli evdə 



yerləşir.  

Xaqani küçəsi Bakının mühüm özəlliklərə  malik  küçəsidir.Məhz bu küçədə bir 

neçə Yaradıcılıq İttifaqı,bir neçə mədəniyyət ocağı fəaliyyət göstərir. 

Xaqani  küçəsinin  o  başında  -  Rəsul  Rza  və  Nigar  Rəfibəyli  küçələri  kəsişdiyi 

yerdə  məşhur  Kitab  passajı  yerləşir.Mən  bu  kitab  pasajının  üstündəki  evin  üçüncü 

mərtəbəsində, atamın mənzilində  böyümüşəm və  ilk kitabları da aşağıdakı dükandan 

almışam. 

Xaqani küçəsinin bu başından o başına gedən yol  - müyyən mənada elə mənim  

ömür yolumdur.Kitab passajından bir tin o yana Xaqani küçəsində Səməd Vurğun adına 

Rus Dram Teatrı yerləşir. Bu teatrda mənim iki pyesim tamaşaya qoyulub.Teatrla bitişik 

binada,indi  İraq  səfirliyi  olan  binada,vaxtilə  Memarlar  İttifaqı  yerləşirdi.  1967-ci  ildə 

«Qobustan»  toplusu  yaradıldı  və  mən  onun  baş  redaktoru  təyin  olundum.  Memarlar 

İttifaqı redaksiyamızı qonaqpərvərliklə qəbul etdi,işləməyimiz üçün iki otaq ayırdı. 

Bu  binayla  üzbəüz  Teatr  Xadimləri  İttifaqı  və  Aktyor  evi  yerləşir.Sonralar 

«Qobustan» redaksiyası Aktyor evinə köçdu,bir müddət sonra isə mən Teatr cəmiyyəti( 

o vaxt belə adlanırdı) sədrinin birinci müavini  seçildim. 

Xaqani  küçəsiylə  bir  tin  də  getsək  Rəssamlar  İttifaqının  qarşısına  gələcə-yik. 

Yazıçılarla  rəssamlar  arasında  sıx  dostluq  əlaqələri  var,tez-tez  bir-birimizin 

tədbirlərində  iştirak  edirik.  Eynilə  Xaqani  küçəsi  27  nömrəli  binada  yerləşən,qapı 

qonşumuz  Bəstəkarlar  İttifaqıyla  da  mehriban  münasibətlərimiz  var.  Azərbaycan 

bəstəkarlarının  bir  çox  mahnıları,opera  və  operettaları  şairlərimizin,  yazıçılarımızın 

iştirakıyla  yaranıb.  Bəstəkarlar  İttifaqına  bitişik  bina  M.F.Axundzadə  adına  Dövlət 

kitabxanasıdır.Buradakı 

zəngin  kitablıqda 

bizim 

əsərlərimiz 



da 

qorunub 


saxlanılır,oxuculara  çatdırılır.  Burada  oxucularla  görüşlərdə,ayrı-ayrı  tədbirlərdə 

yazıçılar fəal iştirak edir. 

Sözümün  canı  isə  əlbəttə  Xaqani  küçəsində  25  nömrəli  evdə  yerləşən  Yazıçılar 

Birliyidir.Bu  il  təşkilatımız  yaranmasının  75  ilini  qeyd  edir.Bu  yetmiş  beş  ilə  nəzər 




salanda  Yazıçılar  İttifaqının  tarixində  şərəfli,qürur  doğuracaq  səhifələrlə  yanaşı, 

uğursuz illərin acıları da yada düşür.Şükür ki, 37-ci ilin o amansız,qəddar toplantıları bu 

binada  keçirilməyib.Doğrudur,sonrakı  illərdə  də  burada  qalmaqallı  iclaslar  az 

olmayıb.Yadımladır,hələ  Yazıçılar  İttifaqında  işləmədiyim  vaxtlarda  buradaki  bir 

toplantıda  çıxış  edərək    demişdim  ki,  mənim  dünyada  qorxduğum  bir  yer  varsa,o  da 

Yazıçılar  İttifaqının  bu  Natəvan  klubudur.Çünki  yeniyetməlik  dövründən    burada  

keçirilən  iclaslara  gələrdim  vü  burada  KİMLƏRİN    KİMLƏR  haqqında  NƏLƏR 

dediyini yada salanda,doğrudan da vahimələnirsən. 

Amma  nə  olur  olsun,əsəb  gərginliyi  də,yersiz  didişmələr  də,  bir-birinə  atılan 

daşlar  da  zaman  keçdikcə  unudulub  gedir,  yalnız    həqiqi  ədəbi  meyyarlar  və  ədəbi 

dəyərlər  qalır.  1991-ci  ildən  etibarən  Birlik  adlanın  Yazıçılar  İttifaqının  fəaliyyətində 

hər  halda  işıqlı  cəhətlər  qaranlıq  məqamlardan  qat-qar  çoxdur.Sover  dövründə  ən 

nüfuzlu 

ictimai 


təşkilat 

kimi 


Yazıçılar 

İttifaqı 

hər 

zaman 


dilimizin,mənəviyyatımızın,milli  varlığımızın  keşiyində  durub,  xalqımızın      mühüm 

taleyüklü məsələləri meydana çıxanda ən gur  səslənən yazıçı sözü olub.1990-1991-ci 

illərdə Azadlıq meydanına gedən yollar  bir çox hallarda Yazıçılar ocağından başlanır.O 

illər  Xalq  hərəkatının  önündə  ilk  növbədə  Azərbaycan  yazıçıları  gedirdilər.Amma 

ondan  qabaqki  illərdə  də  xalqın  milli  şüurunun  yetkinləşməsində,  həqiqi  mənəvi 

dəyərləri  mənimsəməsində  şeirimizin,  nəsrimizin,  dramaturgiyamızın,  tənqidimizin 

müstəsna rolu var. Unudulmaz Öndərimiz Heydər Əliyev çıxışlarında bu cəhəti dönə-

dönə qeyd edib. 

Çox  çətin  vaxtlarda  Yazıçılar  təşkilatına  rəhbərlik  edən  insanların  xidmətlərini 

unutmaq  olmaz.Mən  onların  adlarını  hörmət  və  ehtiramla  çəkirəm:  Məmmədkazım 

Ələkbərli,Seyfulla  Şamilov,Səməd  Vurğun,Rəsul  Rza,Süleyman  Rəhimov,Mirzə 

İbrahimov,Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı… 

1987-ci  il  iyunun  18-də  Yazıçılar  İttifaqının  plenumunda  mən  təşkilatın  rəhbəri 

seçiləndən  sonra  iş  kabinetimdə    İttifaqa    müxtəlif  illərdə  rəhbərlik  etmiş  bu  doqquz 

yazıçının  portretləırini  asdım.Onların  yanında  bir  portret  də  asılıb  -  1993-cü  ildən 

Birliyin  Birinci  katibi  vəzifəsini  icra  edən,vaxtsız  itirdiyimiz  əziz  dostumuz,gözəl 

yazıçımız Yüsif Səmədoğlunun portreti. 



Bu  gün  yazıçılar  Birliyinin  Birinci  katibi  vəzifəsini  başqa  bir  istedadlı 

sənətkarımız,Xalq  şairi  Fikrət  Qoca  icra  edir,  Onunla  və  Yazıçılar  Birliyinin  digər  üç 

katibi  -  Arif  Əmrahoğlu,Çingiz  Abullayev,Rəşad  Məcidlə,sədrin  müavini  Nazim 

İbrahimovla  -  bəziləriylə  uzun  illər,bəziləriylə  son  illər  tam  anlaşıqlıq  və  səmimi 

əməkdaşlıq şəraitində işləyirik. 

Yazıçılar Birliyinə rəhbərlik etdiyim 22 il həm mənim tərcümeyi halımda, həm də 

Yazıçılar  Birliyinin  tarixində  yəqin  ki,ən  çətin  illər  idi.Bu  illər  ərzində  biz  bir-biriylə 

daban-dabana zidd olan, iki çox fərqli ictimai quruluşda yaşadıq və fəaliyyət göstərdik - 

Sovet  sistemində  və  Azərbaycanımızın  müstəqilliyi  dövründə.  Kökündən  dəyişən 

ictimai-siyasi  anlayışlar,iqtisadi  durum,mənəvi  iqlim    şəraitində    Yazıçılar  Birliyinin 

yaradıcı təşkilat kimi sifətini və bütövlüyünü qoruyub saxlamağa çalışdıq və buna nail 

olduq. Qarabağ məsələsi ortaya atılan kimi buna qarşı ilk etiraz səsini qaldıran ictimai 

təşkilat  Yazıçılar  Birliyi  oldu.O  vaxtki  mərkəzə-  Moskvayaölkə  rəhbərliyinə 

göndərdiyimiz  məktublar,    müraciətlər,  Azərbaycan,  Moskva,  Türkiyə  televiziya 

kanallarıyla çıxışlarımız, Respubilka, Rusiya,Türkyiə, bəzi Avropa ölkələri mətbuatında 

çap etdirməyə nail olduğumuz yazılarla Azərbaycanın haqq səsini dünyaya çatdırmağa 

çalışırdıq  və  xalqımızı  ayıq-sayıq  olmağa  çağırırdıq.Xalq  o  vaxtki  iqtidardan  əlini 

üzəndə  yolunu  Yazıçılar  Birliyinə  salırldı.  Gündə  neçə-neçə  qaçqını,köçgünü  qəbul 

edir,onların  problemlərini  imkanlarımız  daxilində  həll  etməyə  cəhd  göstərirdik,  bir 

qismini Şüvəlandakı Yaradıcılıq evində yerləşdirirdik.  

Kommunist  partiyasından  başqa  heç  bir  siyasi  partiya  fəaliyyət  göstərmədiyi 

illərdə  Yazıçılar  Birliyi  siyasi  məsələlərə    fəal  müdaxilə  etməyi  də  öz  boynuna 

götürmüşdü.1990-cı  ilin  Qanlı  yanvar    müsibəti  haqqında,  Xocalı  faciəsi  haqqında 

Moskva mətbuatı vasitəsiylə dünyaya car çəkən də Azərbaycan Yazıçılar Birliyi oldu. 

Hazırki dövrdə siyasi partiyaların fəaliyyt göstərdiyi,müxtəlif ictimai qurumların 

bolluğu,mətbuat  və  söz  azadlığı  dövründə  Yazıçılar  Birliyi  xalqımızın  taleyüklü 

problemlərindən yayınmadan əsas diqqətini yaradıcılıq məsələlərinə yönəldir.Yazıçılar 

Birliyi  öz  üzvlərinə  də  onların  partiya  mənsubiyyəti  və  siyasi  əqidələri  baxımından 

deyil,yaradıcılıq  nöqteyi-nəzərindən  yanaşır.Yəqin  elə  buna  görə  də  Moskvanın, 

Rusiyanın, əksər keçmiş sovet respublikalarının Yazıçılar təşkilatlarından fərqli olaraq 




bizim  Birliyimiz  dağılmadı,  parçalanmadı,  bölünmədi,  əmlakını  hərraca  çıxarmadı. 

Əgər sovet dövründə dörd filialımız( o cumlədən erməni yazıçılarının Dağlıq Qarabağ 

filalı) vardısa indi Azərbaycanın bütün bölgələrini,o cümlədən Qarabağı əhatə edən  on 

bir  filialımız  var,  Naxçıvan  filialı  Yazıçılar  Birliyi  stutusu  alıb.  Moskvada,  Borçalıda, 

İstanbulda şöbələrimiz fəaliyyət göstərir. 

Mədəniyyət nazirliyiylə şərikli orqan olan «Ədəbiyyat və incəsənət» qəzeti  indi 

yalnız  Yazıçılar  Birliyinin  orqanı  -  «Ədəbiyyat  qəzeti»dir.Son  zamanlar  «Ədəbiyyat 

qəzeti»nin  bazasında  rus  dilində  aylıq  «Mir  literaturı»  qəzeti  də  nəşr  olunur.Əvvəllər 

yalnız  Mədəniyyət Nazirliyinin orqanı olan  «Qobustan» toplusu indi  ancaq Yazıçılar 

Birliyinin  nəşridir.Ənənəvi    «Azərbaycan»,  «Literuturnı  Azərbaycan»,  «Ulduz» 

jurnallarına «Qobustan»dan başqa  «Dünya ədəbiyyatı», «Körpu», «Mütərcim» topluları 

da  əlavə  olunub.Azərbaycan  Yazıçılar  Birliyinin  israrlı  və  inadlı  səyləriylə    Yazıçılar 

Birliyi  nəzdində  Tərcümə  və  ədəbi  əlaqələr  Mərkəzi  yaradıldı.  Mərkəzin    ilk  sədri 

görkəmli alim və tənqidçi, rəhmətlik Aydın Məmmədov Mərkəzin işini Yazıçılar Birliyi 

rəhbərliyiylə    qarşılıqlı  hörmət  və  əməkdaşlıq  şəraitində  qurmuşdu.  Mərkəz    dünya 

ədəbiyyatının bir çox örnəklərini orijinalın dilindən çevirir,ayrıca kitablar şəklində və ya 

«Xəzər» toplusunda nəşr edir. 

Birliyimiz  Rusiyanın,  Tükiyənin,  Ukraynanın,  Gürcüstanın,  Polşanın, 

Rumıniyanın  yazıçı  təşkilatlarıyla  əlaqələr  saxlayır,  qarşılıqlı  nəşrləri  təşkil 

edir.Moskvanın  «Drujba  narodov»  jurnalı,  heç  sovet  dövründə  də  baş  tutmamış 

təşəbbüsdə  bulundu-    bir  nömrəsini  bütünlüklə  Azərbaycan  ədəbiyyatına  həsr 

etdi.Azərbaycan  Yazıçılarının  əsərləri    Türkiyənin  müxtəlif  jurnallarında  dərc  olunur, 

kitablarımız  qardaş  ölkədə  nəşr  edilir.  Azərbaycanda  da  bir  çox  Türk  yaşıçılarının 

kitabları    Yazıçılar  Birliyinin  təşəbbüsüylə  və  maliyyə  yardımıyla  çap  olunub.Son 

illərdə  Yazıçılar  Birliyi  Nazım  Hikmətə,Çingiz  Aytmatova  həsr  olunmuş  kitabları,rus 

dilində  üç  cildlik  Azərbaycan  şeiri  antologiyasını  və  başqa  samballı  nəşrləri  meydana 

çıxarmışdır.Azərbaycan yazıçıları müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir və bir 

sıra  xarici  yazıçıları  Azərbaycana  dəvət  edirik.  Nizamnaməmizə  son  qurultaylarda 

edilən əlavəyə görə dünyanın bir sıra ölkələrinin görkəmli yazıçıları o cumlədən Çingiz 

Aytmatov, Oljas Suleymenov, Cavad Heyət Birliyimizin fəxri üzvü seçilmişlər. 




Birliyimizin  ilk  fəxri  üzvu  isə  Ümummilli  liderimiz  Heydər  Əliyev  oldu.Sovet 

dönəmindən sonra və 1993-cü ilə qədər təşkilatımız maddi baxımdan çox çətin dövrlər 

yaşadı. Binamızın Birinci mərtəbəsini icarəyə verərək jurnallarımızı, qəzetmizi saxlaya 

bildik. 


Heydər  Əliyev  ikinci  dəfə  hakimiyyətə  gələndən  sonra  Yazıçılar  Birliyinin  özü 

də,onun  ədəbi  orqanları  da  dövlət  büdcəsinə  qəbul  edildi  və  beləliklə  ədəbi 

mətbuatımız,deməli  ədəbiyyatımız  və  dolayısıyla  ədəbi  dilimiz  xilas  olundu.  Əvvəlki 

qurultaylarda  iştirak  edən    Heydər  Əliyevi  vəzifə  başında  olmayanda  da  1X 

Qurultayımıza  dəvət  etdik  və  o,  qurultayda  iştirak  etdi.1997-ci  ildə  X  qurultayımızda 

Azərbaycanın Prezidenti kimi çıxış edən Heydər Əliyev bu faktı minnətdarlıq hissiylə 

xatırlayırdı.Heydər  Əliyevin  Azərbaycan  Yazıçılar  Birliyinin  fəxri  üzvü  seçilməsində 

onun  illər  boyu  ədəbiyyat  məsələləri  haqqında,ayrı-ayrı  klassik  və  müasir 

yazıçılarımızın yubileylərində etdiyi dəyərli çıxışları və məruzələri də nəzərə   alınırdı. 

Ulu  öndərimizin  yolunu  layiqli  şəkildə  davam  etdirən  hörmətli  prezidentimiz 

İlham Əliyev də yazıçıların və Yazıçılar Birliyinin problemlərinə daima böyük diqqətlə 

və  qayğıyla  yanaşır.Təklifimizlə  Tərcümə  Mərkəzinin  büdcəyə  salınması,  binamızın 

əsaslı  şəkildə  təmir  olunması,  70  nəfər  yazıçıya,o  cümlədən  20  gəncə  təqaüdlər 

verilməsi bu diqqətin və qayğının bariz örnəyidir. 

Gənclərlə işi Yazıçılar Birliyi  fəaliyyətinin ən mühüm  sahələrindən biri sayır. X 

və X1 qurultaylarda Birliyin gənclər üzrə katibləri seçildilər,Yazıçılar  Birliyində Elçin 

Hüseynbəylinin  rəhbərliyi  ilə  Gənclər  şurası  yaradıldı,  «Ulduz»  jurnalı  bütünlüklə 

gənclərin ixtiyarına verildi. 

Aydın  dərk  edirik  ki,gənclər  ədəbiyyatımızın  gələcəyidir.  Bu  gələcəyin  necə,nə 

qədər  sağlam  və  xalq  üçün  gərəkli  olması  isə  əhəmiyyətli  dərəcədə  bizlərdən  -yaşlı 

nəslin nümayəndələrindən asılıdır.Biz bu missiyanı layiqincə yerinə yetirməyə çalışırıq. 

Xaqani 25…Əvvəllər İttifaqın sıravi üzvü kimi gəlib getdiyim bu binaya son 22 il 

ərzində məsul vəzifə sahibi kimi gəlirəm.Neçə nəsil böyük yazıçılarımızın ruhu yaşayan 

bu  binanın  pilləkanlarıyla  qalxarkən  düşünürəm  ki,  divarlar,daşlar  insan  ömründən 

etibarlıdır.Bizdən  əvvəlkilər  getdiyi  kimi,bir  gün  biz  də  gedəcəyik  və  bizdən  sonra 

gələnlər də gedəcək. 




Bina  isə  qalacaq.Yalnız  memarlıq  abidəsi  kimi  yox,mənəviyyat  ocağı  kimi 

nəsillərlən  nəsillərə  keçəcək.Nəsil-  nəsil  insanların  görüşdüyü,bəzən  sevindiyi,  bəzən 

incidiyi,bəzən  küsdüyü,bəzən  barışdığı  bir  məkan  kimi  ömür  sürəcək.  Xaqani  25 

nömrəli  ev  də  şəhərimizin  tarixi  yerlərindəndir  və  bu  ünvan  daima    ədəbiyyatımızın 

müqəddəs məbədi kimi yaşıçların adıyla bağlı yaşayacaq. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin