29 noyabr 2009
AZƏRBAYCAN YAZIÇILAR TƏŞKİLATININ 75 İLLİYİNƏ HƏSR
OLUNMUŞ TƏNTƏNƏLİ TOPLANTIDA MƏRUZƏ
(16 dekabr 2009)
Hörmətli tədbir iştirakçıları!Əziz qonaqlar!Xanımlar və cənablar!
Ədəbiyyatımızın, mədəniyyətimizin böyük bayramını Yazıçılar Təşkilatının 75
illiyini Sizinlə birlikdə qeyd etməyimizdən şərəf və qürur duyuruq.Bir saat bundan
qabaq iki gün davam edən Beynəlxalq « Sərhədsiz söz» forumunun işini
tamamladıq.Hörmətli Prezidentimiz İlham Əliyevin dəstəyi və yardımıyla keçirilən hər
iki tədbir - həm forum, həm bu yubiley təntənəsi bir çox cəhətdən əlamətdar
hadisədir.Əvvəla ona görə ki,Azərbaycan və onun paytaxtı- bu il islam mədəniyyətinin
paytaxtı olan Bakı - regionun nüfuzlu mədəni mərkəzlərindən biri kimi,bir çox mühüm
xalqlarası tədbirləri yüksək səviyyədə keçirməyə qadirdir,ikinci cəhət isə hər iki tədbirin
yazıçıların ünsiyyət ehtiyacından, qarşılıqlı əlaqələr yaratmaq istəyindən,bir-biriylə
görüşmək, söhbətləşmək,müəyyən lahiyələri müzakirə etmək arzusundan doğulur.
Bəzi başqa ölkələrdə olduğu kimi Azərbaycanda da əhli-qələmlərin bir araya
gəlmək, məclislər qurmaq istəyi ən azı X1X əsrdən bəri təşkilatı cəhətdən də
formalaşmışdır.Qarabağda,Gəncədə,Bakıda,Şamaxıda,Naxçıvanda,Şəkidə,Lənkəranda,
Qubada şeir məclisləri hələ X1X əsrdə və XX əsrini əvvəllərində fəaliyyət
göstəriblər.Bunlardan ikisini xüsusi qeyd etməyə dəyər.Sonuncu müstəqil Qarabağ xanı
İbrahim xanın nəvəsi, şairə və rəssam Xurşid Banu Natavanın yaratdığı «Məclisül -
üns» və şair,musiqiçi,rəssam,alim Mir Möhsun Nəvvabın yaratdığı «Məclisül
Fəramuşan» Azərbaycan ədəbiyyatı və müsiqisinin beşiyi Şuşanın qaynar mədəni
həyatının bariz örnəkləridir.
XX əsrin əvvəllərində Azərbaycanın ədəbi həyatı əsasən iki curnalın - eyni ildə -
1906-cı ildə nəşrə başlayan «Molla Nəsrəddin» və «Fyüzat» curnallarının ətrafında
formalaşır.Mirzə Cəlil Məmmədquluzadənin Ömər Faiqin fəal əməkdaşlığıyla çıxardığı
«Molla Nəsrəddin» curnalı böyük Mirzə Ələkbər Sabir, Ə.Haqverdiyev, Ordubadi,
Qəmkusar, Əli Nəzmi, Üzeyir Hacıbəyli kimi şairlər, nasir və publisitlər yetişdirdi.
Əlibəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan «Fyuzat» jurnalının səhifələrində
Məhəmməd Hadinin, Abbas Səhhətin ,Hüseyn Cavidin,Abdulla Şapiqin istedadları
parladı.
İstər «Molla Nəsrəddin», istərsə də «Fyüzatın» müxtəlif üslublarla, müxtəlif
yollarla ifadə etdiyi amallar -azadlıq,müstəqillik,demokratiya amalları 1918-ci il
mayısın 28- də Şərqdə və Türk dünyasında ilk cumhuriyyətin - Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasıyla yeni vüsət tapdı.Bu dövrdə milli ruhda,İstiqlalı
tərənnüm edən şeirlər,dram əsərləri,publisist yazılar meydana çıxdı, yazıçıların «Yaşıl
qələmlər» adlı təşkilatı yarandı.Həmin təşkilat sovet dönəmində də bir neçə il
fəaliyyətini davam edərək köhnə dövrün qocaman yazıçılarını birləşdirirdi.Eyni
zamanda yeni dövrün öz yaradıcılıq təşkilatı «Qızıl qələmlər» yarandı, Elə həmin illərdə
AZAP Azərbaycan proleter yazıçıları assotsiatsıyası fəaliyyətə başlamışdı.Bu proses
bütün
sovetlər
ölkəsində
gedirdi.Moskvada
Prolektult,RAPP,
LEF,
konstuktivistlər,imacinistlər və başqa ədəbi cərəyanlar müxtəlif qruplar şəklində
fəaliyyət göstərirdilər.
Nəhayət, 1934-cü ildə ölkə miqyasında və hər bir respbikada bütün bu təşkilatlar
birləşdirilərək vahid Yazıçılar İttifaqı yarandı. Bu ideyanın Maksim Qorkidənmi,
Stalindənmi gəldiyi barədə mübahisə etmək olar.Hər halda belə bir təşkilatın
yaranmasında Maksim Qorkinin öz niyyəti, Stalinin öz niyyəti olub. Böyük yaşıçı
Maksim Qorki həqiqətən də ədəbi həyatı bir mərkəzə bağlamaq istəyirdi, bu mərkəzin
yazıçıların yaradıcılıq problemləri, nəşryyat, qəzet, jurnal problemlərindən məişət
problemlərinə qədər bir çox məsələlərdə onlara qayğı göstərəcək,onlar üçün geniş
imkanlar açacaq təşkilat kimi düşü-nürdü. Stalinin niyyəti isə bir növ Ədəbiyyat
Nazirliyi yaratmaqla ədəbiyyatı partyiaının nəzarəti altında saxlamaq idi.Təsadüfi deyil
ki, məsələn elə bizim Azərbaycan Yazıçılar İttifaqından fərqli olaraq SSRİ Yazıçılar
İttitfaqına müəyyən vaxtlarda ədəbiyyata heç bir dəxli olmayan Şeirbakov və
Polikarpov kimi partiya funksionerləri də rəhbərlik etmişlər.,Ümumillitiffaq Yazıçılar
Qurultaylarında Partiya rəhbərləri Buxarin, Jdanov məruzələr ediblər.
Doğrudur, Azərbaycani Yazıçılarının Birinci qurultayında da şeir üzrə Partiya
işçisi, özü də Azərbaycan dilini bilməyən erməni Çubar məruzə etmişdir, amma hər
halda İtttifaqımızın rəhbərlərinin hamısi şairlər, nasirlər, tənqidçilər olub. Çox çətin
vaxtlarda Yazıçılar İttifaqına rəhbərlik edən insanların xidmətlərini unutmaq olmaz.
Mən böyük hörmət və ehtiramla onların adlarını çəkmək istəyirəm: Məmmədkazım
Ələkbərli, Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirzə
İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı.
Təşkilatımızın 75 illik tarixinə nəzər salarkən Azərbaycan Yazıçılar İttiifaqının
keçmişində şərəfli,qürur doğuracaq səhifələrlə yanaşı,uğursuz illərin acıları da yada
düşür.30-a qədər Azərbaycan yaşıçısı 37-ci ilin repressiya qurbanları olmuş,güllələnmiş,
sürgün edilmişlər. Bu, İttifaqşımızın o vaxtki üzvlərinin üçdə biridir. 1988-ci ildə
keçmiş Sovet İttifaqında ilk olaraq biz Yazıçılar Birliyində respressiya qurbanları
yazıçıların -xatirə lövhəsini asdıq.Bu lövhədə -27 yazıçımızın adları həkk olunub.
Amma o dövrün mətbuatını vərəqlədikdə görürük ki, repressiya olunanlar arasında həm
millətçilikdə, pantürkizmdə, antisovetçilikdə ittiham olunan şəxslərin adları var,həm də
onlara bu ittihamları verən bəzi tənqidçilərin. Elə həmin ildə başqalarına ittiham
verənlərin bir çoxu həmin ittihamlarla tutuldular, sürgün edildilər, güllələndilər.Çünki
repressiyaları heç bir məntiqlə izah etmək mümkün deyil. Cavidi, Cavadi
millətçilikdə,pantukrçülükdə ittiham edirdilər, amma bu iltihamçıların özləlri də
repressiya qurbanı oldular, «oxu tar, səni kim unudar» şeirini yazan istedadlı şair
Mikayıl Müşfiqi də güllələdilər, tarı qadağan edən Xalq komissarını da…
Taleyin qismətiylə ədəbiyyatımıza vurulan bu ağır zərbələrə rəğmən, istedadlı
şairlərimizin, yazıçılarımızın böyük bir qismi ədəbiyyatımızı sönməyə, məhv olmağa
qoymadılar, bütün çətinliklərə sinə gərərək dilimizi, mənəviyyatımızı, milli varlığımzı
yaşada, ədəbiyyatımızı poemalarla, romanlarla, dram əsərləriylə, şeir və hekayələrlə,
tənqidi məqalələrlə, publisist yazılarla zənginləşdirdilər.
Kəsərli yazıçı sözü İkinci Dünya müharibəsi illərində bütün xalqlara qənim
kəsilmiş faşizm təhlukəsiylə mübarizədə mühüm rol oynadı. Yazıçılarımızın bir çoxu
əlində silah müharibə cəbhələrində vuruşdu,bir qismi hərbi müxbir kimi cəbhə
qəzetlərində çalışdı,bəziləri də əsgərlərlə görüşlərdə onları döyüşə ruhlandırdı.
1945-1946-cə illərdə Azərbaycan yaşıçıları Gənubu Azərbaycanda milli şüurun
oyanmasında böyük xidmətlər göstərdilər.Qısa bir müddətdə elə bir şərait yaranmışdı
ki, Sovet
Azərbaycanının şairləri,yazıçıları Gənub mövzularına müraciət edərkən ən dərunu
milli duyğularını,vətənpərvərlik hisslərini parlaq və səmimi şəkildə ifadə edə
bilirdidilər.
Müharibədən sonra ədəbiyyatımıza bir sıra istedadlı yazıçılar nəsli gəldi.
Sovet dövründə əhəmiyyətli dönüş illəri 60-cı illərdən sonra başlandı.Bu zaman
bütün sovet cəmiyyətindəki ilıq əsintilər, buzların əriməsi ədəbiyyata,sənətə təsir
etməyə bilməzdi. Əlbəttə ədəbiyyatın yeni mövzulara, yeni qəhrəmanlara, yeni ifadə
vasitələrinə müraciət etməsini yalnız 60-cı illərdə ədəbiyyata gələn nəsillərin
yaradıcılıqlarıyla bağlamaq düz olmaz. Daha yaşlı nəsldən olan yazıçılar da bu
yeniləşmə prosesisndə fəal iştirak edirdilər. Sanki onların da ikinci nəfəsi açılmışdı.
Amma təbii ki,bu yeniləşmə prosesinin əsas yükünü altımışıncılar nəsli daşıyırdı.
Nə yazıq ki, az sonra bu siyasi-ictimai ab-hava yeni «buz dövrüylə», sonralar
durğunluq adlandırılan dövrlə əvəz olundu. Nə forma,nə məzmun baxımından ötən
dövrlərə qayıtmaq istəməyən yazıçılar - yeni çətinliklərlə qarşılaşdılar.
Bu proses Moskvada müəyyən dərəcədə dissident hərəkatına təkan verdi.
Azərbaycanda bu dövrdə Moskvadakı kimi ənənəvi anlamda dissident ədəbiyyatı
adlana biləcək prosesin nəzərə çarpmamasının bir səbəbi o idi ki,paytaxtda bu
yazıçıların hər addımı,hər hərəkəti dünya mətbuatının diqqət mərkəzində idi.
Azərbaycanda belə hərəkətlər xəbər-ətərsiz ötüşə bilərdi.
Amma ikinci,daha vacib səbəb o idi, bu dövrdə Azərbaycana rəhbərlik edən
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda bütün danoslara və
deyicilərə baxmayaraq heç kəs dissident elan olunmadı.Artıq müstəqillik dövründə bu
barədə açıq danışan Heydər Əliyev xatırlayırdı ki,ona vaxtilə nə qədər xəbərçilik
edirlərmiş, «flan şair - millətçidir,filan yaşıçı pantür-kistdir,flankəsin özü də
antisovetdir,babası da sovet hakimiyyətinin düşməni olub və s. H.Əliyev isə bu
şeytançılıq edənlərə,çuğulçulara deyil,haqqında danos verilən mətnlərlə, - əsərlərlə,
jurnallarla, tamaşalarla tanış olurdu və özü dediyi kimi, görürdü ki, burada deyilənlər
deyil, xalqa, onun milli şüurunun yetişməsinə yönəlmiş gərəkli fikirlər və meyllər var.
Doğrudan da, Sovet dövründə ən nüfuzlu ictimai təşkilat olan Yazıçılar İttifaqı
hər zaman dilimizin, mənəviyyatımızın, milli varlığımızın keşiyində durub, xalqımızın
mühüm taleyüklü məsələləri meydana çıxanda ən gur səslənən yazıçı sözü olub.
1990-91-ci illərdə Azadlıq meydanına gedən yollar, Milli müstəqillik, Azadlıq
uğrunda mübarizənin ilk addımları Yazıçılar təşkilatından başlanırdı.
Hazırki dövrdə siyasi partiyaların fəaliyyət göstərdiyi,müxtəlif ictimai qurumların
bolluğu,mətbuat və söz azadlığı dövründə Yazıçılar Birliyi xalqımızın taleyüklü
problemlərindən yayınmadan əsas diqqətini yaradıcılıq məsələlərinə yönəldir. Yazıçılar
Birliyi öz üzvlərinə də onların partiya mənsubiyyəti və siyasi əqidələri baxımından
deyil, yaradıcılıq nöqteyi-nəzərindən yanaşır. Elə buna görə də Mosvanın, Rusiyanın,
əksər keçmiş sovet respbilkalarının Yazıçılar təşkilşatlarından fərqli olaraq bizim
Birliyimiz dağılmadı, parçalanmadı, əmlakı hərraca çıxarılmadı.
Ara-sıra Yazıçılar Birliyinə yersiz iradlar tutmağı əsas məqsədlərinə çevirmiş
bəzi qəzetlərdə «Yazıçılar Birliyi lazımdırmı»yaxud «Yazıçılar Birliyi kimə lazımdır»
kimi mənasız suallar gündəmə çıxarılır. Özü də ən qəribəsi odur ki, bu sualları ortaya
atanlar ya Yazıçılar Birliyindən çıxdıqlarını bəyan edən-lərdir ya heç vaxt bu təşkilatın
üzvü olmayanlar.Əgər bu təşkilata heç bir dəxliniz olmadığınizi iddia edirsinizsə onun
hər işi niyə sizi bu qədər maraqlandırır,narahat edir?
Hələ 1997-ci ildə X Qurultayımız ərəfəsində belə söz-söhbətlər qızışdırılarkən
Ümummilli liderimiz Heydər Əliyevin gənc Yazıçılarla görüşdə dediyi sözlər bütün bu
iddialara ən tutarlı cavab oldu. Heydər Əliyev deyirdi:
«Yazıçılar İttifaqı xalqımıza nə qədər böyük fayda verib.İndi durub deyək ki,bu
Yazıçılar Birliyi lazımdır,ya lazım deyil? Şübhəsiz ki,indi sərbəstlikdir, hərə öz fikrini
deməlidir,bu da tam təbiidir.Amma mən öz fikrimi deyirəm, əlbəttə ki,Yazıçılar Birliyi
lazımdır….Mən hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyi keçən qurultaydan indiyə
qədər çox iş görübdür.Yazıçılar Birliyini qoruyub saxlayıb,onun parçalan-
masına,dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi də böyük sınaqlardan keçib.
Görürsünüz bu altı ildə Azərbaycanın başına nə işlər gəlibdir, Yazıçılar Birliyi də bütün
bu sınaqlardan,imtahanlardan keçibdir.Ona görə də şəxsən mən belə hesab edirəm ki,
bünü yüksək qiymətləndirməliyik. Yazıçılar Birliyinə rəhbərlik edən şəxslərin
fəaliyyətini yüksək qiymətlənldirmək lazımdır»
Yeri gəlmişkən, bu il «Ədəbiyyat qəzeti»nin nəşrə başlamasının da 75 yaşı tamam
olur.
İnsan ömrü kimi qəzetin də 75 yaşı bir ahıllıq,müdriklik dövrüdür.Hər bir insan
kimi qəzetin də səhvləri,büdrəmələri ola bilər.Amma «Ədəbiyyat qəzeti» də eyni çətin
illərin sınaqlarından keçmiş,öz təmkinini, mötədilliyini, mötəbərliyini saxlaya bilmiş
qəzetdir.Bəziləri bu qəzetdən sensasiyalı, qalmağallı yazılar gözləyirsə, qəzet bu
bayağılığa getmir,öz ədəbi sifətini saxlamağa çalışır,Qəzet Ədəbiyyatın güzgüsüdür.
Əgər istedadlı,ciddi yazıçılar bu qəzetdən uzaq duracaqlarsa,onu qınamğa haqları
yoxdur,əksinə ən yaxşı yazılarını bu qəzetdə çap etdirməklə qəzetimizin səviyyəsini də
qaldıra bilərlər.
«Ədəbiyyat qəzeti»nə Ümummilli liderimizin verdiyi yüksək qiyməti də
unutmamalıyıq. Heydər Əliyev deyirdi:
«Ədəbiyyat qəzet»nin nəşr olunması çox yaxşı bir haldır və mən bunu həmişə
dəstəkləmişəm,kömək etmişəm, bündan sonra da kömək edəcəm..Onu da deyim ki,mən
Moskvada yaşayarkən işlədiyim zaman,həm də işləmədiyim zaman «Ədəbiyyat
qəzeti»ni daim alırdım.Azərbaycanın bütün qəzetlərini alırdım,amma «Ədəbiyyat
qəzeti»ni xüsusi oxuyurdum…Ona görə də mənim bu qəzetə çox böyük hörmətim
olubdur.Və qəzet də həqiqətən bizim xalqımız üçün çox xidmətlər göstəribdir. Çox
yaxşı ki, bu qəzet də indi çıxır».
Bu dəyərli sözlərə yalnız onu əlavə etmək istəyirəm ki, son zamanlar «Ədəbiyyat
qəzeti»nin bazasında rus dilində aylıq « Mir literaturı» qəzeti də nəşr olunur.Fürsətdən
istifadə edib mən «Ədəbiyyat qəzeti»nin əməkdaşlarını, müəlliflərini və oxucularını
qəzetin 75 illiyi münasibətiylə ürəkdən təbrik etmək istəyirəm.
Yazıçılar Təşkilatının başqa qocaman və nisbətən gənc nəşrləri də var. Ənənəvi
«Azərbaycan» , «Literaturnı Azerbaycan»,«Ulduz» jurnallarına «Dünya ədəbiyyatı»,
«Körpü», «Mütərəcim» topluları və ən son günlərdə Türk dünyası ədəbi əlaqələrini
ehtiva edən «Çinar» toplusu da əlavə olunub.Qırx il bundan qabaq Mədəniyyət
nazirliyinin orqanı kimi nəşrə başlayan «Qobustan» toplusu indi yalnız Yazıçılar
Birliyinin orqanıdır.Bizim israrlı və inadlı səylərimizlə Yazıçılar Birliyi nəzdində
Tərcümə və ədəbi əlaqələr Mərkəzi yaradıldı. Mərkəz dünya ədəbiyyatının bir çox
qiymətli örnəklərini orijinalların dillərindən birbaşa çevirir,kitablar şəklində və
«Xəzər» toplusunda nəşr edir.
Əvvəllərdə qeyd olunan sınaq illərində,sovet dönəmində və müstəqilliyimizin
1993-cü ilinə qədər təşkilatımız maddi baxımdan çox çətin dövrlər yaşadı. Binamızın
birinci mərtəbəsini kirayə verərək jurnallarımızı, qəzetimizi saxlaya bildik. Heydər
Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Yazıçılar Birliyinin özü də,onun ədəbi
orqanları da dövlət büdcəsinə qəbul edildi və beləliklə ədəbi mətbuatımız, deməli
ədəbiyyatımız və dolayısıyla ədəbi dilimiz xilas olundu.
Sonrakı illərdə bizim müraciətimizlə və Prezident İlham Əliyevin yardımıyla
Tərcümə və Ədəbi əlaqələr Mərkəzi də büdcəyə qəbul olundu.
Ədəbi orqanlarımızın, bütün bu nəşrləri himayə edən Yazıçılar Birliyinin də
maddi çətinliklərdən xilas olması ədədbiyyatımızın yeni uğurlarının rəhni oldu.
Yalnız son dövrın ədəbi məhsullarına nəzər salsaq aydın görərik ki,bu illərdə
geniş ədəbi ictimaiyyətin,oxucuların marağına səbəb olan bir çox dəyərli poemalar,
romanlar, şeilər, hekayələr,publisist yazılar,tənqidi məqalələr işıq üzü görüb. Qocaman
yazıçımız İsa Muğanna gənclik şövqüylə yeni qiymətli romanlar meydana çıxarıb. Xalq
Yazıçısı Elçinin romanları, povestləri, hekayələri yalnız Azərbaycanda deyil, Türkiyə,
Rusiya mətbuatında da maraqla izlənir,onun kitabları Moskvadan, Türkiyədən başqa,
Ruminiyada, digər ölkələrdə də çap olunur, pyesləri Türkiyə səhnələrində tamaşaya
qoyulur.
Rüstəm İbrahimbəyovun pyesləri Moskvanın və neçə-neçə xarici ölkənin
tearlarında uğurla tamaşaya qoyulur. Kamal Abdullanın romanları Türkiyədə,
Moskvada, Polşada, Fransada, Braziliyada nəşr olunub. Odur ki, bəzən Azərbaycan
ədəbiyyatı Biləcərdən (bəziləri insafa gəlib Yevlaxdan) o yana keçmir deyənlərə ABŞ-
ın, Fransanın, Brazirliyanın, bir çox Avropa ölkəsinin hər halda Biləcəridən də,
Yevlaxdan da o yana olduğunu xatırlatmaq lazım gəlir. Özü də bu sözü bəzən elə
adamlar deyir ki, ömründə Azərbaycan dilində Azərbaycan yazıçısının bircə səhifəsini
də oxumayıb. Bir söz ədəbiyyatımız Biləcəridən keçib Braziliyaya gedib çıxmışdır.
Çingiz Abdullayevin romanları dünyanın 28 dilinə çevrilib, müxtəlif ölkələrdə
milyon tirajlarla nəşr olunub. Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin,
Məmməd İsmayılın, Abbas Abudllanın, Zəlimxan Yaqubun gənc şair Səlim
Babullaoğlunun Türkiyədə nəşr olunmuş kitabları bu ölkənin dövrü mətbuatında da
rəğbətlə qarşılanıb. Füruzə Məmmədlinin, Akif Əhmədgilin, Qəşəm Nəcəfzadənin, gənc
şairlərdən Qulu Ağsəsin, Əkbər Qoşalının, Elxan Zalın, İlqar Fəhminin şeirləri də
Moskvada, Avropa ölkələrində, Türkiyədə, İranda nəşr olunur.
Son dövr nəsrimizin uğurları sırasında Mövlud Süleymanlının,Sabir
Rüstəmxanlının, Natiq Rəsulzadənin, Aqil Abbasın, Elçin Hüseynbəylinin roman,
povest və hekayələri Türkiyədə, Rusiyada, Polşada, Ukraynada nəşr olunmuşlar. Qadın
yazıçılarımızdan Sara Oğuzun və Afaq Məsudun hekayələri ABŞ-da,Afaq Məsudun
yazıları habelə Avstriyada da dərgilərdə nəşr olunub.Əgər bütün bunlar çağdaş
ədəbiyyatımızın uğurları sayılmırsa mən bilmirəm onda uğur nəyə deyərlər?
Heç sovet vaxtında da baş verməmiş əlamətdar bir hadisə -- Moskvada «Drujba
narodov» jurnalının bütün bir nömrəsinin yalnız Azərbaycan ədəbiyyatına həsr
olunmasıdır. Ukraynada çıxan «Kievskaya Rus» jurnalının da bir nömrəsi bütünlüklə
Azərbaycan ədəbiyyatına həsr edilib. Türkiyədə «Qardaş qələmlər» dərgisinin hər
nömrəsində Azərbaycan yazıçılarının yazılarına geniş yer verilir. Sevindirici haldır ki
,gənc yazıçılarımız əsərlərindən ibarət olan almanaxlar da Türkiyədə, Polşada,
Ukraynada, Rusiyada, Gürcüstanda nəşr olunur, istedadlı cavanlarımız get-gedə daha
geniş miqyasda tanınırlar.
Yazıçılar Birliyinin təşəbbüsüylə yaradılmış «Bayatı» kitab dükanında gənc
yazarların imza günlərində onların kitablarına böyük oxucu marağı hamımızı
fərəhləndirir. Bütün bu faktlar ədəbiyyatımızın Azərbaycanın özündə maraq
doğurmaqla yanaşı, beynəlxalq aləmdə də səslənməsinə təkzib olunmaz sübutdur.
Adətən çağdaş ədəbiyyatımızda dəyərli əsərlər yaranmayıb iradına cavab
verərkən bəzi yazıçılar ilk öncə və ancaq öz əsərlərini xatıladırlar. Gördüyünüz kimi
mən bu son illərdə geniş şöhrət tapmış ədəbi əsərərimizin mümkün qədər geniş
panoramını göstərməyə çalışdım. Amma bəzi qəzetlərin köşə yazarları, daha doğrusu
küçə yazarları mənim bütün əsərlərimi inkar edib öz səviyyələrinə endirib aşağılamağa
çalışanda, yaxud«Anar axır illər heç nə yazmır» deyəndə məcburam ki,ədalət və insaf
naminə bəzi faktları xatırladım.
Son illərdə yazdığım «Qırmızı limuzin» hekayəsi ABŞ-da, Polşada, Ruisyada
(«Drujba narodov» jurnalında və kitabımda), Türkiyədə nəşr olunub. «Otel otağı»
povestim Turkiyədə, Rusiyada çap edilib, əsasında mərhum rejissorumuz Rasim
Ocaqov film çəkib. Qeyri təvazökarlıq kimi görünsə də görkəmli alimimiz Nizami
Cəfərovun bu əsər haqqında fikrini gətirməliyəm. Nizami yazır ki, «Otel otağı»
Azərbaycan ədəbiyyatının XX əsrin sonunda yaratdığı ən möhtəşəm obrazdır və dünya
ədəiyyatının böyük nümunələriylə bir sırada durur. «Ağ qoç, qara qoç» Bakıda,
Moskvada, (kitabımda və «Drujba narodov» jurnalında), Türkiyədə (ayrıca kitab
şəklində və «Orta Doğu» qəzetində silsilə şəklində), Rumıniyada(ayrıca kitab şəklində),
eləcə də ingilis, alban və qazax dillərində çap olunandan sonra haqqında Azərbaycan,
rus, türk, rumın mətbuatında 30-dan artıq məqalə çıxıb. Əgər bütün bu faktlara gözünü
yumub, qulağını tıxayan, işi-peşəsi yalnız tanınmış yazıçıları və hər uğurlarına
qısqandığı istedadlı gənc yazıçıları sancmaq, zəhərləmək olan birisi, mən bunu əsər
saymıram -deyirsə, sual olunur, yaxşı sənin özünü, sözünü bir sayan varmı ki, sən də
kimisə ya nəyisə saymayasan.
Qəribədir ki, bəzən bir-birinə qarşı qatı müxalif mövqedə duranlar,o cümlədən
bəzi iqtidar qəzetlərinin və bəzi müxalifət qəzetlərinin yazarlarını Yazıçılar Birliyinə,
ümumyən çağdaş ədəbiyyatımıza, bəzən hətta klassiklərimizə də eyni bədxah, inkarçı
münasibət birləşdirir. Yaxşı ki, heç olmasa Yazıçılar Birliyinə qarşı qərəzli
münasibətlərində konsensusa gələ bilirlər.
Əlbəttə, belə bayram günündə bu sayaq atmacalara cavab verməyin bəlkə də yeri
deyil, amma əvvəl axır bütün bu ucuz təxribatlara bir dəfə cavab vermək lazımdır axı.
İşıqlı bir insan olan Nəcəf Nəcəfovun yaratdığı «Azadlıq» qəzetində indi yuva salmış
üç-dörd nəfər köşə yazarının işi-peşəsi Azərbaycan ədəbiyyatına, tanınmış
yazıçılarımıza, Yazıçılar Birliyinə, konkret olaraq mənə böhtan atmaqdır. Əgər
«Azadlığın» bir nömrəsində mənə qarşı yazı yoxdursa, deməli o gün qəzet çıxmayıb.
Belə birisi açıq yazır ki, biz şər atdığımızı, böhtan atdığımızı bilirik, bunu bilə-bilə
edirik ki, o adamların, təzyiqi qalxsın, şəkəri artsın, biz də bir az rahat olaq. Görün nə
qədər bədbəxt məxluqdurlar ki, həyatlarının ən böyük sevinci və rahatlığı başqalarının
qanını qaraltmaqdır. Başqalarını əsəbləriylə oynamağı qarşılarına ulu məqsəd kimi
qoyanları rahatsız edən, qanlarını qaradan da Azərbaycanımızın, o cümlədən
ədəbiyyatımızın hər uğurudur. Yazıçılar Birliyinin hər uğurlu tədbiridir. Bu qədər
nüfuzlu əcnəbi qonağın iştirakıyla yüksək səviyyədə keçən tədbir də bunların yuxusunu
qaçırıb, «Azadlıq» qəzetinin adını belə çəkmək istəmədiyim həmin paparatsilər(onları
jurnalist adlandırmağa adamın dili gəlmir) dərhal qələmə sarılıb açıq təxribata əl atıblar.
Mənim, ayın 14-də Natavan klubunda 60 nəfərin iştirakıyla keçirilən Mətbuat
konfransında məhz belə küçə yazarlarına aid dediyim sözdəri başqa ünvana yönəltmək
- dələduzlduğun ən bariz örnəyidir.Özlərinin Yazıçılar Birliyinə heç bir dəxlləri
olmadıqları halda, daima bütün dərdləri- azarları Yazıçılar Birliyidir, guya
Azərbaycanın başqa heç bir problemi qalmayıb. Heç bir haqları olmadan Yazıçılar
Birliyinin daxili məsələlərinə qarışır, Qurutlayımızın haçan keçiriləcəyi,rəhbərliyə
kimin gedib kimin gələcəyi haqqında bir-birindən əcaib şayiələr uydurur, sonra da
başlayırlar öz iftiralarını müzakirə etməyə.
Onu da deyim ki, müxalifətə ən böyük ziyanı məhz belə mətbuat səhifələrində
dərc olunan yalan-palanlar vurur. O qədər yalan yazırlar ki, doğru sözlərinə də inanan
qalmır.
Mən sarıdan onları daim qıcıqlandıran odur ki, mən həmişə - o, iş başında olanda
da, olmayanda da böyük Heydər Əliyevi yüksək qiymətləndirmişəm.
Elə hey təkrar edirlər Anar Heydər Əliyev haqqında «Qalib gəldi,qalib getdi»
yazıb.Bəli, belə yazmışam,həmişə də bu fikirdə olmuşam.Onun bü dünyadan qalib kimi
getdiyini kim inkar edə bilər? Sizin fikrinizcə o Azərbaycana bəla gətirirb,mənim
fikrimcə o, Azərbaycanı bəlalardan xilas edib. 93-cü il hadisələrini - Azərbaycanın
parçalanma
təhlükəsini,vətəndaş
müharibəsini,
qardaş
qırğınını
nə
tez
unutdunuz,sizlərin özünüzün də son xilas yolu kimi Heydər Əliyevə üz tutmağınız nə
tez yadınızdan çıxdı? Bəli, o bü dünyadan heç kəsə məğlub olmadan getdi, nə
Qorbaçovun intriqaları onu yıxa bildi, nə erməni lobbisinin və onlara züy tutan bəzi
özümüzünkülərin ciddi cəhdləri, nə də sizin nökərçilik etdiyiniz sahiblərinizin gücsüz
təşəbbüsləri… Bilirəm ki, bü çıxışımdan sonra hər nömrəsində məni sancan «Azadlıq»
qəzeti bəlkə bütün nömrəsini mənə qarşı föhş və böhtanlarla doldurdu. Olsun, əllərindən
gələni beş qaba çəksinlər.
Tarix heç nəyi unutmur. Gec- tez tarix qarşısında cavab verməli olacaqlar və
ləkəli adlarını heç vaxt təmizə çıxara bilməyəcəklər. Mən ömrüm boyu ədəbiyyatımızın
sağlam qüvvələrinə inanmışam və arxalanmışam, ədəbiyyatımızın gələcəyini də məhz
istedadlı, sağlam qüvvələrlə bağlamışam. Elə dünən Filarmoniyada poeziya gecəsində
şeir oxuyan 23 yaşlı Qismət adlı şairin necə hərarətlə qarşılandığının şahidi olduq.
Qismətin dünən oxuduğu elə tək bir bu şeiri özlərini ədəbiyyata zorla sırımağa
çalışanların neçə-neçə cızma-qarasına dəyər.
Yazıçılar Birliyi gənclərin sağlam yolla inkişaf etmələri üçün əlindən gələni
əsirgəmir..
Son iki qurultaylarımızda Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibləri seçilmiş,
Gənclər Şurası yaradılmış, «Ulduz» jurnalı bütünlüklə cavanların ixtiyarına verilmişdir.
Keçən qurultayımız ərəfəsində Yazıçılar Birliyinin rəhbərliyiylə görüş zamanı
Prezident İlham Əliyev bu məsələni xüsusi vurğuladı. O dedi:
«Son illər ərzində Yazıçılar Birliyinin fəaliyyəti çox uğurlu olmuşdur, xüsusilə
gənc yazıçılara böyük diqqət göstərilib, çoxlu işlər görülmüşdür. Bütün görülən işlərə
görə sizə öz minnətdarlığımızı bildirirəm…»
Mən də bu günkü tədbirdən istifadə edərək hörmətli Prezidentimizə
minnətdarlığımızı bildirmək istəyirəm. Elə dünənki və bugünkü tədbirlərin
keçirilməsində yardımına görə, Yazıçılar Birliyinin binasının əsaslı təmirini təmin
etdiyinə görə, 70 yazıçıya, o cümlədən 20 gənc yazıçıya Prezident təqaüdləri verildiyinə
görə.
Qəribədir ki, bəziləri özləri bundan da yüksək təqaüdlər ala-ala, başqa yazıçıların
təqaüd almalarına etiraz edirlər. Nə isə…
Bütün
çətinliklərdən
keçə-keçə,bütün
sınaqlara
sinə
gərə-gərə,
dövlətçiliyimizə,mənəvi dəyərlərimizə sədaqətinə görə aramsız hücumlara məruz qala-
qala, yalnız öz ədəbi vicdanımıza və xalqımızın rəğbətinə arxalana-arxalana, bütün
istedadlara -- yaşlı olsun,cavan olsun -həmişə böyük diqqət və qayğıyla yanaşa-
yanaşa,canlı bir orqanizm kimi yaşaya-yaşaya Azərbaycan Yazıçılar Birliyi 75 illik
ömrünü yola salıb 76 yaşına qədəm qoyur.
Əminik ki,ədəbiyyatımız millətimizə, müstəqil dövlətimizə layiq bir şəkildə
inkişaf edəcəkdir. Birliyimiz də həmişə olduğu kimi öhdəsinə düşən bütün vəzifələri
namusla yerinə yetirəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
Dostları ilə paylaş: |