Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə38/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   274
Aııarın şərhi. Moskvarıın yiiksək rütbəli partiya funksio- nerlərinin iştirak etdiyi 

bu  yığıncaqda  mən  Qarabağ  konflikti  başlayanda  bəri  ilk  dəfə  olaraq  Ermənistanda 

yaşayan  azər-  baycanlıların  məsələsini  qaldırdım.  Zənnimcə,  o  vaxt  bu  məsələni 

vurğulamaq  ermənilərin  ərazi  iddialarına  ən  tutarlı  cavab  olardı.  Dağlıq  Qarabağda 

ermənilərin  Muxtar  Vilayət  statuslan  olduğu  halda,  Ermənistan  ərazisində  kompakt 

yaşayan  azərbaycanhların  heç  bir  qurumu  yox  idi.  Sonralar  SSRI  Ali  Sovetinin 

iclaslarında mən bu barədə dəfələrlə demişdim. 



Bakıdakı  fəallar  yığıncağında  çıxışımdan  sonra  isə  Azər-  baycan  KP  MK 

bürosunun o vaxtkı üzvlərindəıı biri mərıə irad tutdu. -Biz indi Qarabağ problemini həll 

etməyə  çalışırıq,  sən  isə  Zəngəzur  məsələsirıi  ortaya  atırsan.  -Bu,  bizim  erməni 

iddialarına qarşı ən giiclii kontr-arqumeııtimizdir- dedim. Təəssüf ki, o vaxt məni eşidən 

olmadı. Bir qədər sonra isə ermənilər bütüıı azərbaycanlıları Ermənistandan qəddarca- 

sına qovdular və bu «kozır» əlimizdən çıxdı). 

 

1988-ci il 24 fevral. 



Azərbaycan KP MK-da   

Sov. İKP MK Siyasi biirosu üzvlüyünə namizəd  

P. Denıiçev və MK katibi Razumovskinin iştirak etdikləri  

Partiya fəalları yığmcağmda rus dilində edilən çıxışm tərcüməsindən. 

 

 

 



 


BİZ DEMƏSƏK, KİM DEYƏCƏK? 

Deputat yoldaşlar! 

Ömrümdə  ilk  dəfə  yüksək  deputat  kürsüsündən  çıxış  edərkən  həyəcan 

keçirməyim  təbiidir.  Bu  həyəcan  həm  də  onunla  bağlıdır  ki,  biz  respublikamızm, 

xalqımızm həyatm- da həyəcanlı günlər yaşayırıq və bir də bu həyəcan onunla bağlıdır 

ki,  Azərbaycan  SSR  Ali  Sovetinin  bu  sessiyası  bəl-  kə  də  heç  bir  başqa  sessiyaya 

bənzəmir - bu gün biz xalqımı- zm tarixi, beynəlmiləl münasibətlərimiz, ümumən bütün 

öl- kəmizdə gedən son dərəcə mühüm ictimai-siyasi proseslərin taleyi üçün vacib olan 

qərarı  təsdiq  etməliyik.  Söhbət  yalnız  iki  qonşu  Qafqaz  respublikasmm  indiki  və 

gələcək münasi- bətlərindən getmir, söhbət həm də yenidənqurmanm, aşkar- lığm ciddi 

smağmdan, demokratikləşmənin hansı istiqamət- də irəliləməsindən gedir. 

Söhbət gedən Dağlıq Qarabağ məsələsi - əslində uydurul- ıııuş bir problem, - yəni 

tarixən - hənı inqilabdan əvvəlki min illik tariximiz boyu, həm də inqilabdan sonrakı 68 

il  ər-  zində  yalnız  və  yalnız  Azərbaycanm  tərkibinə  daxil  olan  Qa-  rabağın  nədənsə 

birdən-birə  başqa  respublikaya  hədiyyə  ve-  rilməsi  problemi  haqqmda  Sov.  İKP 

Mərkəzi Komitəsi, Si- yasi Büro dəqiq, müstəqim, birmənalı qərarlar çıxarmışdır və bu 

gün bizim Ali Sovetin yeganə partiyalı qərarı bu möv- qedən olmalıdır. 

Sovet respublikaları arasmda inzibati sərhədlərin dəyişdi- rilməsi məqbul deyil və 

xalqlar dostluğunun möhkəmlənmə- sinə xidmət etmir, əksinə, bu dostluğa yalnız xələl 

gətirə  bi-  lər:  bu  Qorbaçov  yoldaşm  müraciətində  deyildiyi  kimi  Azər-  baycan  və 

erməni xalqlarmm xeyrinə deyil. . 

Dağlıq  Qarabağda  yaşayanlarm  bir  çoxu  tarixi  abidələ-  rin  baxımsızlığmdan, 

mədəniyyət  evlərinin,  məktəblərin,  ki-  tabxanaların  yarıtmaz  vəziyyətindən 

şikayətlənəndə  biz  qə-  ribə  bir  məntiqlə  izahat  veririk  ki,  Azərbaycanm  bəzi  başqa 

regionlarmda həmin sahələrdə vəziyyət bundan da betərdir. 

Doğrudan  da  qəribə  məntiqdir  və  bu  «məntiq»in  çox  haqlı  cavabı  var:  başqa 

rayonlar,  regionlar  belə  vəziyyətlə  barışır,  biz  isə  barışmaq  istəmirik.  Axı  haqlı  olaraq 

şikayətlənəndə  ki,  nadir  tarixi  və  memarlıq  abidəsi  Qanzasor  monastırmm  indiki 

vəziyyəti,  təmiri,  bərpası  qənaətbəxş  deyil,  buna  belə  bəraət  qazandırmaq  olarmı  ki, 

başqa bir nadir tarixi və me- marlıq abidəsi - Naxçıvandakı Qarabağlar kompleksinin in- 




diki  vəziyyəti,  təmiri  və  bərpası  ondan  da  pis  vəziyyətdədir.  Yox  olmaz.  Neçə  ildir 

Bakmın  və  Naxçıvanm  ziyalıları  bu  məsələni  qaldırır,  ancaq  dünya  mədəniyyət 

abidələri  kata-  loqlarma  düşmüş  Qarabağlar  abidəsinin  bərpası  əvvəlki  ki-  mi  ləng 

gedir.  Mən  bu  günlərdə  Koroğlu  heykəlinin  açılışıy-  la  əlaqədar  olaraq  Naxçıvana 

getmişdim.  Muxtar  respubli-  kada  abadlıq  və  mədəniyyət  sahəsində  görülən  bir  çox 

xeyir- li işləri məmnuniyyətlə qeyd etmək istərdim. Məşhur Mömi- nə xatunun bərpası 

da,  Cavid  muzeyinin  və  Cavid  poeziya  teatrmm  fəaliyyəti  də,  İliç  rayonunda  Cəlil 

Məmmədquluza- də muzeyinin açılması da, Naxçıvanda böyük mədəniyyət saraymm 

yaranması da, bir sıra başqa işlər də adamda qürur və fərəh hissi oyadır. Yeri gəlmişkən, 

mən  Naxçıvan  Muxtar  respublikasmm  rəhbərliyinin,  partiya  və  sovet  işçi-  lərinin, 

zəhmətkeşlərinin  Ermənistanm  qonşu  rayonlarm-  dan  axm-axm  gələn  adamlarm 

yerləşdirilməsində, Şirazlı kəndinin çadırlarda yaşayan mindən artıq sakininə, tibb, ər- 

zaq  və  sairə  sahələrdə  yardım  göstərilməsində  fədakarlığma  görə  ürəkdən  gələn 

minnətdarlığımı  bildirmək  istəyirəm.  Amma  Qarabağlar  kompleksi  kimi  sənət 

incilərinin  nə  seh-  rə,  nə  tilsimə  düşdüyünü  bilmirəm.  Bilmirəm,  niyə  onun  tə-  miri, 

bərpası illər boyu uzanır. 

Deputat seçildiyim Yardımlıyla əlaqədar respublikanm bir çox başqa rayonlarma 

aid  edilə  biləcək  bir  məsələ  haq-  qmda  da  danışmaq  istərdim.  Bu  da  hələ  qaz 

çəkilməmiş ra- yonlarımıza qaz kəməri çəkilməsi məsələsidir. Torpağımızm sərvəti olan 

qazm nəinki Azərbaycam, həm də qonşu res- publikaları səxavətlə təmin etməsi bizdə 

qürur hissi oyadır. 

Amma bu hissə bir nisgil, bir inciklik də qarışır: nə üçün be- lə yeraltı sərvəti olan 

torpağm  bu  yeraltı  sərvətindən  səmə-  rəli  istifadə  edə  bilmirik  və  torpağm  yerüstü 

sərvətlərinə tə- cavüz edirik. Məlumdur ki, qaza əli çatmayan rayonlarm sakinləri istər-

istəməz  yanacaq  üçün  başqa  vasitələrdən  isti-  fadə  edirlər  və  bu  da  bir  çox  hallarda 

meşələrimizin qırılma- sına, tələf olmasma səbəb olur. 

Ümumiyyətlə,  biz  şeirlərimizdə,  ədəbi  əsərlərimizdə  təbıə-  ti,  dağları,  bağları, 

meşələri, çayları vəsf etməyi xoşlayırıq. Amma real həqiqətdə təbiətin qorunmasma ən 

çox biganə olanlar bəlkə elə bizik. 

202 



Belə  olmasaydı,  nə  Xəzərin  hələ  qarşıdakı  faciəsini  gözlə-  məzdik,  nə  Kürün 

çirkab  və  zəhərli  sularla  bulandırılmasma  dözərdik,  nə  Tuğay  meşələrinin,  Sultanbud 

meşələrinin acı aqibətinə ağı deyərdik. Və bu meşə qırğmı azmış kimi lap yeni acı bir 

xəbər.  Srağagün  Şuşadan  aldığım  həyəcanlı  tele-  qramlarda  deyilir  ki,  Şuşa  təbiətinin 

füsunkar  meşəsi  -  qə-  dim  Topxana  meşəsinin  30  hektara  qədər  sahəsi  buldozerlər 

vasitəsilə zalımcasma qırılır. (Bu ərazı Əskəran rayonuna tabedir). Deyirlər ki, burada 

yonca əkiləsidir. Mən başa düşə bilmirəm - Dağlıq Qarabağlılar - istər ermənilər, istərsə 

də  azərbaycanhlar  bu  torpağı  doğma  diyarları,  müqəddəs  yurdları  sayırlar.  Doğma 

diyarm,  miiqəddəs  torpağm  qədim  meşələrinə  qıymaq,  qırmaq  hansı  məntiqə,  hansı 

insafa,  hansı  vicdana  sığır.  Deyirlər  ki,  bu  günlər  Dağlıq  Qarabağ  əhalisi  tamam  tətil 

edir.  İşə  çıxmır.  Bəs  belə  olan  surətdə  kaş  o  buldozer  sürənlər  də  tətilə  qoşulub 

işləməyəydilər, nıeşələ- ri kor qoymayaydılar. 

Deputat yoldaşlar! 

Respublikamız  ölkəyə  verdiyi  neftlə,  pambıqla  fəxr  edir,  amma  Xəzərsizliyin, 

meşəsizliyin,  təmiz  susuzluğun,  təmiz  havasızlığm  ölkəyə  vurduğu  -  bəli,  tək 

Azərbaycana deyil, bütün regiona, bütün ölkəyə vurduğu ziyan barədə düşünü- rükmü? 

Torpağımızm  zəhərli  dərmanlarla,  gübrələrlə  şikəst  edilməsi  haqda  hərdənbir  tənbəl-

tənbəl deyinirik, o halda 

ki,  haray  çəkmək,  akademik  Həsən  Əliyevin  təbirincə  desək  «həyəcan  təbili» 

çalmaq gərəkdir. 

Respublika kənd təsərrüfatmda ildə 30 min ton kimyəvi zəhərdən və 300 min ton 

mineral  gübrələrdən  istifadə  olu-  nur.  Bütün  bunlarm  nəticəsində  bir  hektara  düşən 

kimyəvi  zəhər  üzrə  respublikamız  birinci  yerdədir.  Şərəfli  rekorddur!  Zəhərli 

ximikatlarm  orta  illik  yükü  pambıqçılıq  və  üzümçülük  rayonlarmda  ölkənin  başqa 

regionlarma nisbə- tən dəfələrlə artıqdır. Bu rəqəmlərin arxasmda nə durur? Nə görmək 

istəyirsənsə  o!  Pambıq  planları,  öhdəliklər,  zəfər  ra-  portları,  təntənə,  alqış,  gurultu 

görmək  istəyirsənsə  o!  Hə-  min  rayonlarda  ürək-damar  xəstəliklərinin,  mədə-bağırsaq 

xəstəliklərinin və başqa xəstəliklərin azı iki dəfə artdığım gö- rə bilirsənsə o. Erkən uşaq 

ölümləri, qadmlarm ana olmaq qabiliyyətinin məhdudlaşması, şikəst doğulmuş uşaqlar - 



zə- fər raportlarmm bu tərəfı də var və bu gün aşkarlıq şəraitin- də biz bunu deməsək, 

kim deyəcək və haçan deyəcək? 

Pambıq,  üzüm  planları  torpağımızm,  əhalinin  real  im-  kanlarıyla 

uyğunlaşdırılmaymca,  bütün  bunlar  da  olacaq,  saxtakarlıq  da,  yalan  da,  rüşvət  də, 

pripiska da. 

Deputat yoldaşlar! 

Problemlərimiz  çoxdur  və  onlarm  barəsində  çox  danış-  maq  olar.  Ümid  etmək 

istəyirəm ki, həm ölkəmizin, həm respublikamızm həyatmda  yeni dövr başlanır və bu 

məsələ- lər haqqmda tək bir danışıqla kifayətlənməyəcəyik, real dəyişikliklər olmalıdır 

və olacaq. 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin