Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə37/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   274
İCTİMAİ-SİYASİ ÇIXIŞLAR 

 

 

 



 

 

 



 

 



 

Sosializm quruluşunun Azərbaycan xalqınm taleyində oynadığı rolu şübhə altına 

almaq istəyən əcnəbi bədxahlara üz tutub deyə bilərik: Əgər faktlara vicdanla baxmaq 

iqtida-  rmız  varsa,  Sovet  Azərbaycanmm  bu  gününü  xalqımızın  Arazm  o  taymdakı 

hissəsinin aqibəti ilə müqayisə edin. Ana dılində ibtidai məktəbə belə həsrət qalan, ana 

dilində ən ki- çik qəzetin, kitabın nisgilini çəkən, hətta doğma dilinin özü belə dəyişmə, 

zorla qəbul edilmiş dil olduğu iddia edilən o taydakı Azərbaycanı Sovet Azərbaycanı ilə 

müqayisə edin. Hər səhərini ana dilində səslənən Dövlət himni ilə qarşıla- yan, elmini, 

tarixini,  mətbuatmı,  maarifıni,  ədəbiyyatım  və  sənətini  doğma  dilində  yaradan 

Azərbaycan xalqı, doğru- dan  da,  Şərqin qapısında  məşəl kimi  işıq saçmaqdadır.  İqti- 

sadiyyat,  sənaye,  kənd  təsərrüfatı,  elm  və  nıaarif  sahəsindəki  nailiyyətlər  sırasma 

ədəbiyyatımızın,  incəsənətimizin  uğur-  ları  da  daxildir.  Epik  romanlar,  dəzgah  rəsmi, 

monumental  heykəltəraşlıq  əsərləri,  simfonik  musiqi,  balet...  Bu  janrlar  inqilabdan 

əvvəlki  Azərbaycan  sənətiııdə  yox  idi  və  bu  janr-  lar  nıəhz  sovet  quruluşu  şəraitində 

Azərbaycan  sənətinin  mənimsədiyi  sahələrdir.  Və  sənətimiz  bu  yeni  sahələri  nəinki 

mənimsəmiş,  həm  də  qısa  tarixi  dövr  ərzində  bu  janrların  dünyanm  hər  yerindən 

görünən zirvələrini fəth etmişdir 

Azərbaycan xalqı halal zəhməti ilə dolanan, əlinin, beyni- nin qabarı ilə ruzisini 

qazanan,  quran,  yaradan,  işgüzar,  qeyrətli,  dostluqda  etibarlı  xalqdır.  Xalq  meşələri 

qıranlar  deyil,  şaqqama  gün  altmda  pambıq  tarlalarında  ağır  zəhmə-  tə  qatlaşanlardır. 

Xalq Xəzəri zibilləyənlər deyil, fırtınada, çovğunda dənizin dibindən neft çıxaranlardır. 

Xalq  -  axta-  ran,  düşünən,  əqidəsinə  sadiq  ziyalıları  imzalı  ya  imzasız  da-  noslarla 

ləkələməyə  çahşanlar  deyil,  mənəviyyat  çırağmı  ya-  şadanlar  və  qoruyanlardır.  Alver 

həvəsi ilə ölkənin ən ucqar şəhərlərinə daraşmış möhtəkiıiər əsasmda xalq haqqmda tə- 

əssürat  almaq  olmaz.  -  Ucsuz-bucaqsız  ölkəmizin  ən  müxtə-  lif  guşələrində  fədakar 

əməyi  ilə,  igidliyilə  başımızı  ucaldan-  lar  təmsil  edir  Azərbaycan  xalqmı.  Tümendə 

yeraltı  sərvət-  ləri  üzə  çıxaran  geoloq,  Baykanurda  kosmik  gəmiləri  səfərə  yollayan 

general, Ayda yeni krater kəşf edib adını Ay xəri- təsihdə əbədiləşdirən alim-astronom, 

Gürcüstanda  öz  həyatı  bahasma  28  insan  ömrünü  xilas  edən  gənc  əsgər...  Bunlar  və 

bunlar kimi insanlardır xalqın sifətini müəyyənləşdirənlər. 




 

5 oktyabr 1987-ci il  

Azərbaycan KP MK-nın və  

Azərbaycan SSR Ali Sovetinin təntənəli yığıncağında çıxışından 

 



Azərbaycan və Leninqrad sənət ustalarmm uğurlu yara- dıcılıq əməkdaşlığmdan 

çoxlu  misallar  gətirmək  olar.  Amma  dostluğumuzun  yüksək  və  işıqlı  səhifələriylə 

yanaşı, faciəvi və hətta tragikomik məqamları da olub. Mixail Zoşşenko qaba, ədalətsiz 

tənqidlərə məruz qalanda təcili surətdə Azərbaycanda onun anoloqunu axtarmağa başla- 

dılar və əlüstü tapdılar: Sabit Rəhman. 

Böyük  Şostakoviçə  nadan  hücumlar  başlanan  zaman  da 

Azərbaycanda  buna  reaksıya  verildı,  çox  axtarmaq  da  lazım  gəlmədi  - 

Qara Qarayev və Cövdət Hacıyev onun tələbələri idilər. Qara Qarayevin 

öz  dilindən  eşitdiyim  söhbəti  xatırlayıram.  O  damşırdı:  Şostakoviçə 

hücum  kampaniyası  başlananda  Cövdət  həyəcanla  yanıma  gəldi:  Karik, 

indi  bizim  işimiz  necə  olacaq-  dedi.  Qərara  gəldik  ki,  kitabı  açıb 

bəxtimizi  smayaq  (o  vaxt  Qara  müəllim  kitab  demişdi,  indi  başa 

düşürəm,  yəqin  ki,  Quram  nəzərdə  tuturdu  -  A.  ).  Bəli,  kitabı  açıb 

barmağımızı  bir  sətrin  üstünə  qoyduq.  Orda  belə  yazılmışdı:  Sizi  dəmir 

ağaclarla  döyəcəklər.  Q.  Qarayevin  ölümüııdən  çox  illər  sonra  mən  bu 

əhvalatı Cövdət müəllimə damşdım. Bır qədər qaradinməz və qaraqabaq 

adam olan Cövdət müəllim sərt şəkildə: - yox - dedi. Mən tutuldum, yəni 

doğrudanmı yaddaşım məni aldadır, belə söhbət olmayıb. Bir az sükutdan 

sonra Cövdət müəllim dedi: orda belə yazılmışdı «Sizi dəmir çubuqlarla 

döyəcəklər». 

İndi,  aşkarlıq  dövründə,  cəmiyyətin  demokratlaşması  dövründə  biz  həqiqi 

sənətin-  Şostakoviçin  və  Qarayevin,  Zoşşenkonun  və  Axmatovamn  bütün  keçəri 

məmurlar  üzərində  qələbəsini  də  bayram  edirik,  istəyir  bu  məmurlarm  əlində  dəmir 

ağaclar olsun, istəyir dəmir çubuqlar... 

 

1987-ci il 4 dekabr. 



Bakıda Leninqrad günlərinin təntənəli açılışında çıxışmdan 

Hörmətli  yoldaşlar!  Biz  elə  gərgin  günlər  yaşayırıq  ki,  dediyimiz  hər  sözün, 

etdiyimiz  hər  çıxışm  məsuliyyətini  duymalıyıq.  Odur  ki,  Babayanm  çıxışı  məni 

təəccübləndirdi  (Həmin yığıncaqda Stepanakertdən  Babayan familiyalı  bir  qadın  çıxış 



edərək  «Dağlıq  Qarabağ  Ermənistana  verilərsə,  erməni  xalqı  ömrii  boyu  Azərbaycan 

198 



xalqına  minnətdar  olar»  -demişdi-Anarın  dəqiqləşdirməsi).  Babayanm  burda,  belə  bir 

toplantıda  öz  fikrini  açıq  demək  qətiyyətini  dəyərlən-  dirsəm  də,  çıxışmı  tam 

məsuliyyətsiz, o cümlədən ermənı xalqma qarşı da məsuliyyətsiz çıxış hesab edirəm. Bu 

gün-  lərdə  Azərbaycan  yazıçıları,  ziyalıları,  mən  də  o  sıradan,  yuxu  nədi  bilmir, 

yataqxanalarda,  mitinqlərdə,  televiziyayla  çıxış  edir,  xalqı  sakitləşdirməyə  çalışırıq. 

Mənə  müxtəlif  rayonlardan  telefon  edirlər,  mən  də  hamıya  deyirəm  ki,  partiya  bu 

məsələni ədalətli həll edir, heç bir təxribata uymayın. Siz isə burda çıxış edib təxribat 

törədirsiniz,  bu  məsələyə  fəal  etiraz  edən  ağdamlıları  quldur  adlandırırsmız.  Əgər  öz 

xalqmızı  düşünürsünüzsə,  başa  düşürsünüzmü  ki,  bu  sayaq  sözlər  nə  kimi  nəticələrə 

gətirib  çıxara  bilər.  Axı  Ağdam  Dağlıq  Qarabağm  qonşuluğundadır,  əhalisi  Dağlıq 

Qarabağın  əhalisindən  artıqdır  və  sizin  «quldur»  adlan-  dırdığınız  adamlar  bu  şəhərin 

sakinləridir.  Burdan,  bu  yüksək  kürsüdən  bu  cür  sözlərinizdən  sonra  ağdamlılarm 

reaksiyası ağlımza gəlirmi? Siz partiyanm üzvüsünüz və bundan əvvəl nə kimi fikirlərin 

meydana atılmasmdan asılı olmayaraq partiyanm Dağlıq Qarabağm Azərbaycana nıən- 

sub  olması  haqqmda  qərarı  qəti  və  birmənalıdır.  Bundan  sonra  heç  bir  diskussiyaya 

ehtiyac  qalmır.  Deyirsiniz  ki,  Dağlıq  Qarabağ  Ermənistanla  birləşsə,  Azərbaycan 

xalqma  minnətdar  olarsız.  Yaxşı  onda  biz  də  məsələ  qaldıraq  ki,  Ermənistanm 

azərbaycanlılar  yaşayan  əraziləri  Azərbay-  cana  qatılsm,  axı  Ermənistanda  200  min 

azərbaycanlı  yaşayır.  Əgər  onlar  da  Ermənistandan  ayrılıb  Azərbaycanla  birləşmək 

istəsələr  buna  necə  baxarsız?  Reallığı  qəbul  etmək  lazımdır.  Sovet  Konstitusiyasıyla 

təsbit olunmuş respublika sərhədləri toxunulmaz və dəyişilməzdir. Boş yerə ehtirasları 

qızışdırmaym, baş tutmayacaq təkliflər irəli sürmək ağır nəticələrə səbəb ola bilər. . 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin