Balaş Abbaszadə,
«Anlamaq dərdi»
«Respublika» qəzeti 14 noyabr 1990
MƏDƏNİYYƏT DƏ İSTEHKAMDIR, QALADIR
Hörmətli yoldaşlar, xanımlar və bəylər!
Mən uzun illər boyu işlətdiyimiz «yoldaşlar» sözündən də, son dövrlərdə daha
çox dəbdə olan «xanımlar və bəylər» müraciətindən də təsadüfən istifadə etmirəm. Hələ
«Kitabi-Dədəm Qorqud» dastanlarında dost, həmdəm, arxadaş anlamında işlənən
«yoldaş» sözünə istehzayla yanaşmağa ixtiyarımız olmadığı kimi, bütün dövrlərdə
qadına hörmət əlaməti kimi «xanım» deməyimiz də təbiidir və kimlərə görəsə «bəy»
ifadəsini də lağa qoymağa haqqımız yoxdur. «Bəy» deyəndə biz qüdrətli Mirzə Cəlil
qələminin damğaladığı qurbanəlibəyləri düşünmürük. Həsən bəy Zərdabilərin, Əli bəy
Hüseynzadələrin, Əhməd bəy Ağayevlərin, Əlimərdan bəylərin, Nəsib bəylərin,
Əbdürrəhim bəylərin, Üzeyir bəylərin işıqlı surətlərini xəyalımızda canlandırırıq. Bu
gün bu mədəniyyət məclisində müqəddəs sələflərimizin adlarını xatırlamağım da əbəs
deyil. Çünki xalqın ən ağır gunundə onun təsəllisi, dayağı, guvənc yerlərindən biri,
bəlkə ən önəmlisi keçmişin parlaq simaları, tariximizin şərəfli səhifələridir. Bəzən
xalqın son müdafiə qalası, son istehkamı - onun mədəniyyəti, dili, mənəviyyatı olur.
Amma bu gün xalqımızın bu sınaq illərində bizi ağrıdan, dərdimizə dərd artıran
itkilərimiz-torpaqlarımızın, şəhər və kəndlərimizin işğalı, axıdılan qanlar, çöllərdə
sərkərdan qalmış qaçqınların müsibəti və başqa bəlalarımızla birlikdə həm də
mədəniyyətimizin böhranı, ona qarşı etinasızlıq və sayğısızlıqdır. Mədəniyyətə
məsuliyyətsiz münasibət xalqın yalnız keçmişinə deyil, gələcəyinə də məsuliy-yətsiz
münasibət deməkdir. Əlbəttə, başa duşürük ki, bu gun dövlətimizin qarşısında ölüm-
dirim səviyyəsində problemlər durur. Amma belə bir zamanda bu cür mötəbər məclisi
toplanmasının mədəniyyət problemlərinin həlli yolunda bir dönüş nöqtəsi olacağına
inanmaq istərdim.
Düşmən torpağımıza təcavüz etmədən çox-çox əvvəllər mədəni sərvətlərimizə,
tariximizə qarşı hucumlar təşkil etdi. Tariximizi ya danmaq, ya azdırmaq istədi, tarixi və
memarlıq abidələrimizə ortaq çıxdı, musiqimizi,
folklorumuzu qa- rət edib öz malı kimi
qələmə verməyə cəhd göstərdi. İftixar etdiyimiz tarixi şəxsiyyətlərimizə əli çatmayanda,
onları lə- kələmək üçün dəridən-qabıqdan çıxdı. Babək, Qaçaq Nəbi, Nərimanov
haqqmda ədəbi əsərlər, filmlər
yaradılarkən o vaxtkı mərkəzə -
Moskvaya danoslar yazan, həm
bu şəx- siyyətləri damğalamağa, hənı də
onlar haqqmda əsər yara- danları, onlarm adlarım əbədiləşdirən dövlət xadimlərini
lə- kələməyə səy göstərən erməni millətçiləri qarşılarma dəqiq məqsəd qoyurdular.
Azərbaycan xalqmı tarixsiz, mədəni və mənəvi dəyərlərsiz, böyük şəxsiyyətlərə malik
olmayan bir xalq kimi qələmə vermək istəyirdilər. Bu - illərdən bəri apa- rılan ideoloji
təxribat idi və mənhus niyyətlərin gerçəkləşmə- si üçün real şərait yarananda
Azərbaycanı layiqli təmsil edə biləcək dirilərin də növbəsi çatdı, bu qara ernıəni
siyahısma real gücə malik olan siyasi xadinılərimizin və nüfuzlu ziyalı- larımızın adları
düşdü. Yə nə yazıq ki, bu məkrli düşmən hiylələri çox vaxt, hörmətli yazıçımız İsmayıl
Şıxlınm bizə xatırlatdığı bir xalq ifadəsində deyildiyi kimi «sapı özümüzdən olan
baltalar» vasitəsilə edilirdi. Keçmiş SSRİ- nin ən yüksək siyasi mövqeyində olan
yeganə azərbaycanlı Heydər Əliyevə qarşı kampaniyalar da belə təşkil olunurdu. SSRİ
Ali Sovetində o zaman Azərbaycanm həqiqətlərini öl- kəyə və dünyaya çatdıra biləcək,
ən yüksək kürsüdən söz deyə bilən deputatlarımız - onlarm sırasmda mən ilk olaraq
mərhum dostlarım Tofiq İsmayılovun, Vəli Məmmədovun, Vaqif Cəfərovun adlarını
çəkmək istəyirəm - bu sayaq göz- dən salmırdı.
Xalqa bər-bəzəkli şüarlar və gurultulu çağırışlarla deyil, acı və sərt həqiqətlərlə
müraciət etmək istəyən ziyalılarımız da beləcə pisikdirilir, təhqir olunur, çeşid-çeşid
yazılı və şi- fahi böhtanlara məruz qalırdı. Bəzən adama elə gəlirdi ki, sanki
düşmənlərimizin - erməni millətçilərinin yazdığı ssena- rini biz özümüz epizod-epizod,
ardıcıllıqla həyata keçiririk. Bu xalqı ağsaqqalsız, ziyalısız qoymaq istəyirik. Bu həm də
bizim milli əxlaqımıza qarşı çinayət idi, çünki yazılmamış milli əxlaq kodeksində
həmişə ağsaqqal sözünə hörmət olub. Məhz bu ənənəni alt-üst edib dağıtmaq
istəyirdilər.
Ziyalılarımıza qarşı uydurma ittihamlardan biri də guya onlarm seyrçi, passiv
mövqe tutmaları haqqmda böhtan idi.
Xalq Cəbhəsi müxalifətdə olduğu zaman o vaxtkı res- publika rəhbərliyilə mənim
bütün söhbətlərimdə - bəzən be- lə söhbətlərə imkan olurdu, xüsusilə, Moskvada Ali
Sovetin iclasları zamanı daha çox imkan olurdu, mən hər zaman Xalq Cəbhəsini
220
221
müdafiə etməyə çalışırdım, real bir qüvvə kimi Xalq Cəbhəsiylə hesablaşmağa
çağırırdım, onlarla sağlam dialoq qurulmasmı təklif edirdim. Və bu gtin də mən Xalq
Cəbhəsinin iqtidara gələnə qədər Azərbaycanm milli azadlıq hərəkatında xidmətlərinin,
rolunun iistündən qələm çəkmək istəmirəm və gələcəkdə də Xalq Cəbhəsini parla-
ment, təkrar edirəm Parlament müxalifəti kimi görmək is- təyirəm. Amma iqtidara
gələndən sonra Xalq Cəbhəsi, tə- əssüf ki, çox səhvlər etdi. Bu səhvləri bilirsiz də,
deyilib də, təkrar etmək istəmirəm. Amma ən ciddi səhvlərindən biri, mənə elə gəlir ki,
ziyalılarla düzgün münasibət qura bilmə- mələri oldu. Ziyalılara qarşı nə isə bir
qısqanclıq vardı. Guya ziyalılar kinıinsə şöhrət payma ortaq çıxacaqdı. Bu soyuqluq,
ögey münasibət tək ayrı-ayrı ziyalılara deyil, ümumiyyətlə, mədəniyyətimizə olan
münasibətdə özünü gös- tərirdi. Və o zaman da yenə biz öz sözümüzü deyirdik. Si- yasi
repressiyalar, təqiblər başlananda, bu təqiblərin bunıe- ranq kimi qayıdıb təqibçilərin öz
başıııa gələcəyi barədə de- dik və belə də oldu. Dilimizin adım dəyişəndə etirazımızı
bildirdik, dilimizi ən yüksək səviyyədə ləhcə adlandıranda etirazımızı bildirdik. Bunlara
da qulaq asan olmadı. Və nə- hayət 1992-ci il oktyabrm 23-də Azərbaycan ziyalılarmm
böyük bir qrupu - «Mədəniyyətimiz təhlükə qarşısındadır» harayı ilə mətbuatda çıxış
etdi. Dövlətin mədəniyyət sahələ- rinə etinasızlığmm ədəbiyyatımıza, sənətimizə
sağalmaz ya- ra vuracağı barədə xəbərdarlıq etmək istəyirdik. Çünki mə- dəniyyət elə
şeydir ki, onun fasiləsi ola bilməz. Yəni «hələlik dayanm, iki ildən sonra
mədəniyyətimizi davam etdirərik». Mədəniyyət bitən, boy atan ağac kimidir, kəsdin,
qurtardı getdi. Bazar iqtisadiyyatına keçid dövründə ədəbi jurnalları- mız, qəzetimiz
maliyyə çətinlikləri ucbatmdan bağlanacaq- sa, kitab nəşri yalnız kommersiya
meyarlarıyla tənzinılənə- cəksə, deməli, ədəbiyyatımız da olmayacaq. Mən Yazıçılar
Birliyini təmsil etdiyim üçün bu məsələni daha qabarıq şə- kildə çatdırmaq istəyirəm.
Bu gün nəşr, çap çətinlikləriylə əlaqədar olaraq elə vəziyyət yarana bilər ki, XX əsrin
so- nunda Azərbaycan ədəbiyyatmın yazılı dövrü bitib tükənə bilər. Yenidən şifahi
ədəbiyyat dövrünə keçə bilərik, sözümüzə bir az zarafat qatıb desək, nasirlərimiz şifahi
nağıllar danışmağa, şairlərimiz əllərinə saz alıb şifahi şeirlər söyləməyə məcbur ola
bilərlər. Yəni belə getsə, bu bir həqi- qətdir ki, yazılı ədəbiyyat -jurnallar, qəzet, kitablar
vasitə- silə yaranan Azərbaycan ədəbiyyatı olmayacaq. Mən təklif- lərinıi yazılı şəkildə
vermişəm, təkliflərimdən biri budur ki, dövlət ədəbiyyatımızı bu maliyyə
böhranlarmdan qorumalı- dır. Bu dövlətin sədəqəsi deyil, dövlət səhiyyəyə, təhsilə və-
sait ayırdığı kimi, ədəbiyyatı da yaşatmaq iiçün ona maddi yardım etməyə borcludur.
Bu ilin axırmacan jurnallarımızı və qəzetimizi saxlamaq üçün Nazirlər Soveti
vəsait ayırıb, sağ olsunlar, amma gələn il Yazıçılar Birliyinin mətbuat orqanları dövlət
büdcəsinə qəbul olunmasalar, onlarm bağlanmaq təhlükəsi tamamilə realdır.
Azərbaycan bu gün doğrudan da tarixinin ən ağır günlə- rini yaşayır və çoxları
kimi mənim də bu ağır günlərdən qur- tarmaq ümidlərim Heydər Əliyevin rəhbərliyə
gəlməyi ilə bağlıdır. Tək kiçik qonşumuzun - ermənilərin yox, böyük qonşularımızm da
siyasi oyunlarını yaxşı bilən, dünya siya
səti miqyaslarmda düşünən, zəngin təcrübəyə malik olan, siyasi addımlarında yüz
ölçüb bir biçməyi bacaran Heydər Əliyev bəlkə də bu ağır günlərdə Azərbaycanımızm
son şan- sıdır. Tarixi şəxsiyyətləri müqayisə etmək düzgün deyil: am- ma ölkələrin
düşdüyü tarixi situasiyalarm müəyyən oxşarlıq- ları olur. Türkiyənin ən ağır günlərində
tarixin meydana çı- xardığı böyük bir şəxsiyyət - Atatürk Türkiyəni həm xilas etdi,
qurtardı, həm də qurdu, gələcəyini sağlam demokratik əsaslar üzərində müəyyənbşdirdi.
Əlbəttə, tək əldən səs çıx- maz. Amma müxtəlif əqidslərə sahib olan siyasi xadimlərin
birgə səyinə, ziyalılarm real yardımına əsaslanan yeni rəh- bərliyin Azərbaycanı həm
qurtaracağma, həm də quracağı- na inanmaq istəyirəm, yəni bu gün biz XXI əsr
Azərbayca- nını xoşbəxt bir ölkə kimi görmək istəyiriksə, onun bu xoş- bəxtliyi yalnız
müstəqillik, demokratiya yolunda ola bilər, demokratik mexanizmlərin və institutların
saat kimi dəqiq işlədiyi bir şəraitdə ola bilər.
(Azərbaycan Respublikası Prezidentinin solahiyyətlərini icra edən,
Ali Sovetin sədri HEYDƏR ƏLİYEVİN ziyalılarla görüşündə
Anaı ın çıxışı
Dostları ilə paylaş: |