Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 4.05 Mb.
PDF просмотр
səhifə44/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   44

AZƏR ABDULLAYLA müsahibədən. 

 «525-ci qəzet»  5 avqust 1999 



Anarın  şərhi:  Doğrudan  da  belə  bir  hadisə  olmuşdu.  O  gün  redaksyadan  sonra 

Toğrul  Nərimanbəyovla  görüşməliydim,  amma  evə  gedib  ayaqqabımı  dəyişməyə  vaxt 

qalmırdı. Toğrula məsələni izah etdikdə, zarafatla dedi ki, bir-iki gün belə taykeş ayaqqabı 

geyinsən, bəziləri düşünəcək ki, yəqin bu təzə dəbdir və bu dəbə riayət edəcəklər.  

 

AİLƏ ÜZVLƏRİNİN SÖZLƏRİ: 

 

Əzizim, oğlum, qardaşım, mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam, 



yoldaşım Anar bala! 

Nə  üçün  bu  qədər  nigaranlıq  keçirirsən?  Məgər  sən  atanın  həyatda  ilk  qədəm 

qoyduğu  gündən  mübarizələrdən,  həyatın  sınaqlarından,  illərin,  günlərin  imtahanından 

keçdiyini  bilmirsənmi?  Nə  üçün  mənim  gücüm,  davamım,  dözüm  və  iqtidarım  haqqında 

sən  şübhə  edirsən?  Niyə  nigaransan?  Məgər  mən  inandığım,  seçdiyim  həyat  və  sənət 

yolunda  azmı  ədəbi  və  qeyri-ədəbi  mığmığaların  sancaqlarını  görmüş,  dızıltısını 

eşitmişəm? 


626 

 

 Paxıllar  zümrəsinin,  nadanlar  dəstəsinin,  talantsızlar  güruhunun  tənə  daşları  hansı 



sənətkarı yolundan qaytara bilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindən 

olduğuma şübhə edirsən? 

 Anarım, mən axır günlər yumoristik şeirlər yazıram. Bu son hadisələrə mənim necə 

baxdığıma sübut deyilmi?… 

…Oğlum!  İnsan  anlamağa  qadirdisə,  heç  bir  məhrumiyyət,  çətinlik,  zərbə  onu 

sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, 

«özünü bəyənən ağam vay!» qəbilindən gəlməsin. Mən söz gəzdirən ədəbi fahişələrin nə 

üçün  belə  etdiklərini  anlamasaydım,  qəzəblərinə  səbəb  olan  nədir  bilməsəydim,  bügünki 

yeni  ədəbi  cərəyanın,  xüsusilə  Azərbaycan  şeirində  hər  gün  daha  artıq  bir  qüvvətlə 

səslənən  yeni  şeirin  müarizlərinin  bir  sıraya  toplandığını  anlamasaydım  bəlkə  də  məyus 

olar, ruhdan düşərdim. Bütün bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım 

üçün bu hadisələr(əgər bunları hadisə adlandırmaq olsa) məndə bir təbəssümdən, bəlkə də 

təəsüfdən başqa bir şeyə səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə özümdə 

hər zaman olduğundan artıq qüvvət hiss edirəm. 

…Yeni  şeirlər  yazıram.  Gələcək  yarış  və  mübarizələrə  qüvvət  toplayıram.  Sən 

bilirsən  ki,  yarışı  qazana  bilmək  üçün  biz  üçqat  artıq  layiq  olmalıyıq.  O  gün  səninlə 

danışanda  mən  səsində  bir  məyusluq  çaları  duydum.  Nə  üçün?  Son  zamanlar  işləyə 

bilmirdim.  Fikrimi  toplaya  bilmirdim,  səninlə  danışandan  sonra  elə  bil  qəlbimə  sakitlik, 

fikrimə  tam  aydınlıq  gəldi.  Oturub  yazmağa  başladım.  Bu  sikldən  olan  birinci  şeiri  sənə 

göndərirəm. 

Kim nə desə inanma. Sənin atan kefi kök, damağı çağ, əlində hələ gücünü, axtarışını, 

yeni boyalarını itirməmiş bir qələm olaraq «Bənzəyir bir qocaman dağə ki, dəryada durar». 

…Məni  Balakən  rayonundan  deputatlığa  namizəd  veriblər.  Həyat    belədir,  oğlum, 

gün çıxır, göy buludlanır, yaz olur, qış olur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu 

istilər,  soyuqlar,  işıqlar,  qaranlıqlar  içində  yolunu  İnsan  kimi  keçsin.  Bəlkə  də  ədəbi 

mığmığalar  bu  sözləri  oxuyub  «yenə  də  mücərrəd  İnsan»  -  deyə  dızıldayacaqlar.  Olsun. 

Konkret heyvan olmaqdan mücərrəd İnsan olmağın nəyi pisdir? 


627 

 

Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm. 



RƏSUL (R.Rza) 

 

Anarın şərhi: 1962-64-cü illərdə Moskvada Ali Ssenari kurslarında oxuduğum vaxt 

atam məni bir neçə Bakı qəzetinə abunə yazdırmışdı. Hər həftə «Ədəbiyyat və incəsənət» 

qəzeti gəlirdi və hər həftə bu qəzetin səhifələrində atamın «Rənglər» silisilə haqqında bir-

birindən  rəzil  və  cahil  yazılar  çıxırdı.  Atamın  mənə    yazdığı  məktub  da  bu  hadisələrlə 

bağlıdır. Anamın məktubu da həmin illərdə Moskvaya yazılıb. 

Anarım! Səni anadan olduğun gün münasibətilə təbrik edir, bağrıma basır, bərk-bərk 

öpürəm.  26  il  əvvəl  sən  yox  idin,  mən  tək  və  kimsəsiz  idim.  Sonra  sən  dünyaya  gəldin, 

təsəvvür  edə  bilmiəyəcəyin  qədər  sevinc  gətirdin,  ümid  və  məna  gətirdin,  sağ  ol  oğlum, 

dostum və yoldaşım… 

…Anarım, hərənin bu dünyada bir ehtirası var, mənimki yalnız əməkdir, çox kiçik 

yaşlarımdan  zəhmətə  öyrəşdiyim  üçün  işsiz  dayana  bilmirəm.  Ömürmün  bir  hissəsi  yazı 

masası arxasında qalın-qalın kitabların tərcüməsi,ya mütaliəsi ilə keçib, zalım ürək vəfasız 

çıxdıqdan sonra isə mən  mətbəxə,piltə başına keçmişəm. Mən havayı çörək yeməmişəm. 

Əgər  paltar  təknəsinin  arxasında,piltə  başında,  yaxud  yazı  stolumun  arxasında  ölsəm, 

özümü  ən  xoşbəxt  adam  hesab  edərdim.  Bu  günə  qədər  heç  kəsə  yük  olmamışam,  bu 

gündən  sonra  da  olmaq  istəmirəm.  Bu  sözlərin  səmimi  olduğuna  inan.  Bilmirəm  bunları 

sənə  nə  münasibətlə  yazıram,  ancaq  üzündəki  istehzalı  təbəssümü  görürəm.  Əgər  yersiz 

söhbətdirsə bağışla. Zemfiraya çoxlu salam…Öpürəm bərk-bərk. 

Anan NİGAR (N.Rəfibəyli) 

10 mart 1964 

 

 «Ardı  yaşanılır!».  Əlbəttə,  həyat  davam  edir.  Bu  kitabda  adı  yad  olunanların  bir 



çoxu  dünyasını  dəyişsə  də,  öz  qiymətli  irsləriylə  mənəviyyatımızda  indi  də  böyük  rol 

oynayır- - yaşayırlar: Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəsul Rza, Nigar Rəfibəyli… Elm, 

sənət, mədəniyyət aləmində mühüm işlər görmüş şəxsiyyətlər… 


628 

 

Düzü  mən  əməkdar  elm  xadimi,  sənətşünaslıq  doktoru,  professor  Zemfira  xanım 



Səfərovanı  müsiqişünas  kimi  tanıyırdım.  Amma  onun  hələ  üstəlik  nəsrdə  qələm  sahibi 

olduğunu  bilmirdim.  «Sən  beləsənmişsən?  Afərin  sənə!»  deməkdən  özümü  saxlaya 

bilmədim.  Kitabda  Zemfira  xanımın  dolaşdığı  Aləm-  bir  ədəbiyyat,  incəsənət,  musiqi 

aləmidir.  Bu  təbiidir,  axı  ,  o  özü  alimlikdən  başqa  həm  də  musiqidən  yoğrulmuş  bir 

xanımdır. 

Zemfira xanım şəxsi həyatını, ailəsini elə bir məhəbbətlə, sədaqət və inamla təqdim 

edir ki, bunların bu gün çox tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Axı o, üç 

Xalq  şairi  və  nasirinin  -  Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin,  Anarın  ailəsində  yaşayıb  və 

yaşayır. Ona Rəsul müəllim kimi qayınata, Nigar xanım kimi müdrik qayınana, Anar kimi 

ömür-gün  yoldaşı  nəsib  olub.  Yadımdadır,  bir  dəfə  görüşdə  bir  tamaşaçı  Anara 

məhəbbətdən  sual  verdi.  Anar  qısa  və  aydın  bir  cavab  verdi,  təxminən  belə  dedi:  Yeddi 

yaşımdan bir qızla bir partada oturmuşuq, indi də həmin qız evimizdədir. Bu, böyük Rəsul-

Nigar məhəbbət dastanının davamı kimi səslənən ünsiyyət, səmimi bağlılıq hər ikisinin  -

Anarla  Zemfiranın  məktublarında,  müsahibələrində  çağlayr.  Hər  qadın  öz  baş  yoldaşına 

məhəbbətini belə şükranla yad etməz. Kitab bir növ «Sizsiz»liyin davamıdır sanki. 

ƏZİZƏ CƏFƏRZADƏ 

«Ardı yaşanılır»  

« 525-ci qəzet» 25 may 2000 

 

Cavan olanda Anar hər şeyi mənə danışardı. Anarı «Kirpi»yə vuranda özümə yaman 



dərd  eləmişdim.  Sonra  belə  qərara  gəldi  ki,  yersiz  tənqidləri,  mətbuatda  yazılanları  nə 

mənə desin,nə də göstərsin. Amma yenə xəbər tuturdum. Axır illərdəsə özüm deyirəm ki, 

yenə  mənə  xəbər  çatdı,  özün  ver,  oxuyum,  görüm  nə  yazıblar.  Yenə  də  Anarın  ünvanına 

söylənilən ədalətsiz fikirlər, böhtanlar mənə elə   «Kirpi»dəki həmin yazı kimi təsir edir. 

Həm  də  onun  bu  böhtanlara,çıxışlara  cavab  yazakən  itirdiyi  vaxta,enerjiyə  heyfim  gəlir. 

Deyirəm,  niyə  belə  şeylərə  fikir  verirsən?  Bu  cavabların  əvəzinə  təzə  əsər  yazsan  daha 



629 

 

yaxşıdır.  Mənə  deyir  ki,yox,  Zemfira,  gərək  bu  böhtan  cavabsız  qalmaya,bizdən  sonra 



tarixlə maraqlananlar mənim  cavabımı da oxumalıdırlar. Fikirləşirəm ki, düz deyir. 

Evin  işini  həmişə  özüm  görmüşəm.  Bizim  evimiz  də  ki,  daim  qonaq  -qaralı  olur. 

İndiki  məşhur  yazıçıların,  rəssamların,  bəstəkarların  ən  yaxşı  məclisləri  bizim  Vaqif 

küçəsindəki  yarızirzəmi  evimimzdə  qurulardı.  Son  kitabımın  təqldimatında  Elçin  çıxış 

edərkən  dedi  ki,  vaxtilə  Anargilin  evi  gənc  incəsənət  adamlarının,  yazıçıların  klubuna 

bənzəyirdi. İndi görün biz həmin məclislərimizlə Zemfiranın vaxtını nə qədər almışıq. 

Şadam  ki,Anar  həmişə  məni  başa  düşüb,məni  təkcə  mətbəxə,  ailəyə  bağlamayıb. 

Görəndə ki, işləyirəm, yazıram, məni işimdən ayrımayıb. Rəhmətlik Nigar xala da həmişə 

deyərdi  ki,  üç  övladımdan  heç  biri  elmin  ardınca  getmədisə,  heç  olmasa  gəlinim  elm 

yolunu tutdu. 



ZEMFİRA SƏFƏROVANIN  

Gülər Cahandarlı ilə müsahibəsindən. 

«Zaman» qəzeti, 1999  

 

   Ömrümün  yalnız  yeddi  ilini,  yəni  məktəbə  gedənə  qədər  Anarı  tanımamışam. 



Sevincli,  şirinli,  həm  də  qüssəli,  acılı  altmış  illik    ömrümüzün  əlli  üç  ilini  Anarla  birgə 

keçirmişik.  Orta  məktəbi  bir  yerdə  oxumuşuq,  sonra  o,  universitetə,  mənsə 

konservatoriyaya  daxil  olmuşuq.  Yeddi  il  görüşmüşük,  bu  yeddi  ilin  son  iki  ilini  nişanlı 

olmuşuq. Sonra evlənmişik, 36 ildir ki, evliyik, iki balamız, üç nəvəmiz var. (indi nəvələri 

dörddür-red.). 

Nazım  Hikmətin  xoşbəxtlik  haqqında  məşhur  kəlamını  tez-tez  yad  edirlər, 

xoşbəxtlik  işə  sevinclə,  həvəslə  getmək  və  evə  sevinclə,  həvəslə  qayıtmaqdır.  Mən  də 

deyərdim ki, işə gedəndə də xoşbəxt oluram, evimizə qayıdanda da. 

Mən  Anarı  həm  ailədə  -  iç  mühitdə,  həm  də  kənarda  müşahidə  edirəm.  Anar 

insanlara  ancaq  yaxşılıq  eləməyə  gəlmiş,  bəlkə  də  göndərilmiş  nadir  insanlardandır.  Bu 

fikri  əlli  üç  il  çox  yaxından  tanıdığım  insan  haqqında  deyirəm.  Bəzən  onunla 

razılaşmadığım  məsələlər  olur,  aylar,  illər  ötəndən  sonra  görürəm  ki,  yenə  də  Anar 



630 

 

haqlıymış. Hərdən hirslənib deyirəm ki, bəsdir ona-buna yaxşılıq elədin, bir az da özünü 



düşün, səhhətinə fikir ver. Onsuz da bunu bilən yoxdur. Anarsa belə cavab verir: «Balığı at 

dəryaya, balıq bilməsə də Xalıq bilər». Evdə, qohumlar arasında, işlədiyi yerdə Anar elə 

bir  mühit,  elə  bir  aura  yaradır  ki,  onun  ətrafındakı  adamlar  da  yaxşılaşır,  yaxşılaşa 

biləyənlər həmin mühtdən öz-özünə uzqlaşırlar. 

Səyahətlərdə  olmuşuq,  başqa  yerlərdə  daha  gözəl,  daha  rahat  yaşamaq  imkanımız 

olsa da, Anar Bakısız, Azərbaycansız dayana bilməyib, üzü, fikri, düşüncəsi həmişə vətən 

sarı  olub.  Vətənimizin,  xalqımızın  sevinci,  kədəriylə  yaşayıb,  mən  onu  həmişə  oxuyan, 

mütaliə  edən,  yazıb-yaradan,  dincəlmədən  çalışan  görmüşəm.  Məzuniyyətə  çıxıb 

dincəlməyə  gedəndə  belə  gecələr  yatmayıb,  səhərəcən  elə  öz  hekayələri,  povestləri, 

məqalələri üstündə çalışan ğörmüşəm. O, yazıb yaratmaq üçün dünyaya gəlib. Qələmindən 

çıxan hər cümləsi mənim üçün dəyərli və əzizdir. O, mənim üçün canlı ensiklopediyadır. 

Bəzən zarafatla gənc müğənnilərin, kino artislərinin adını soruşuram, deyirəm, bəlkə cavab 

verə bilmədi, onların da adını bilir… 

 «Görkəmli  adamların  həyatı»  seriyasından  Üzeyir  bəy  Hacıbəylinin  həyat  və 

yaradıcılığına  aid  ikimizin  birgə  kitabımız  çıxmalıydı.  Anarın  ideyası  idi,  Moskvadan 

sifariş  də  almsışdıq.  Məlum  hadisələrdən  sonra  bu  məsələ  yarımçıq  qaldı,  ancaq  dahi 

bəstəkarın ruhu qarşısında borcumuzut verə bildik. Anar bu dahi şəxsiyyət barəsində film 

çəkdi,  mənimsə  onu  həsr  elədiyim  monoqrafıyam  çıxdı,elmi  kütləvi  kitabım  yeddi  dilə 

tərcümə olundu. 

Anar  dorstluqda  bütöv,  sədaqəlti  adamdır,  hər  yerdə,  istənilən  səviyyədə  ailəsinə, 

dostuna, qohumuna, tanışına və xalqına başucalığı gətirən insandır. Onu deyim ki, mənim 

üçün ikinci doktorluq işini yazıb bitirmək belə Anar barəsində danışmaqdan asan olardı. O, 

mənim həyat yoldaşım, sirdaşım, məsləkdaşımdır. Mən ona çətin, çox-cəhətli fəaliyyətində 

yeni uğurlar arzulayıram.  



ZEMFİRA SƏFƏROVA 

 «Yazıçı» qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışında. 

Mart 1998.  


631 

 

 



Anar  məndən  beş  yaş  böyükdür.  Bacı-qardaş  münasibətindən  başqa  biz  həm  də 

dostuq.  Mənim  iyirmi,  Anarın  iyirmi  beş  yaşı  olana  qədər  ata  evində  olmuşuq. 

Valideynlərimdən  sonra  o  mənim  yol  göstərənim  olub.  Ruhən  çox  yaxınıq.  Hekayələrini 

ilkin mənə oxuyub. Hər hansı bir iş görəndə o mənim məsləhətçim olub. Ondan uzaqda hər 

hansı  bir  addımı  atanda,  bir  iş  tutanda  «bu  məsələyə  Anar  necə  baxar?»  düşünmüşəm. 

O,mənim  üçün  vicdan  ölçüsü,  vicdan  kriteriyasıdır.  Ağlıma  gətirə  bilmərəm  ki,  Anar  öz 

xeyri, öz mənafeyi üçün kiminsə haqqını tapdalasın. Nöqsanı da ola bilər, çünki insandır. 

Ancaq Anar mənim gözümdə peyğəmbərdir. 



FİDAN RƏSUL QIZI (Anarın bacısı) 

 «Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart. 

 

-Mənim  dünya  ilə  işim  yoxdur.  Mən  dünya  ilə  birgə  yaşayıram.  Hərəmiz  özümüz 



üçün.Məndə  dünyanı  dəyişmək  qüdrəti  yoxdur.  Anar  belə  deyil,  onda  passionarlıq 

güclüdür.  Bu  cəhətdən  o  atama  oxşayıb,  mən  isə  anama.  Anam  sahib  olduqları  ilə 

kifayətlənən qadın idi. Anar mənə çox deyir ki, yazmalıyam. Amma mən içimdə yazmaq 

üçün nəyinsə çatışmadığını hiss edirəm. 



-Xoşbəxt gülüşümüz   

Səslənəcək cənnətdə. 

Qorxusuz, itkisiz,ölümsüz cənnətdə. 

Siz yazmısınız .   

-İraqda yazmışam. Anamdan sonra Bakı həyatı mənimçün dözülməz idi, elə İraqa da 

bu səbəbdən getdim. Həmin şeiri onun ad günü ərəfəsində yazmışam, onda qəribə bir hiss 

keçirirdim, ilham desəm, təmtəraqlı səslənər, elə bil kimsə bu şeiri mənim qulağıma-dedi. 

Mən də yazdım. Qayıdandan sonra Anara oxudum. O şeiri məndən alanda tapşırdım ki, heç 

kimə göstərməsin. «Sissiz» əsəri çıxan ərəfədə Anar gəldi, bir saat mənə ürək-dirək verdi 

ki, özümü ələ alım. Ürəyim düşdü, dedim,görəsən nə olub? Sən demə, şeiri kitaba salıbmış. 

Məndə yaratmaq üçün qığılcım var, hərdən çırtıltısı eşidilir. 


632 

 

-İndi o şeir sizə necə təsir edir? 



-Kövrəlirəm.  O  itkilərdən  sonra  özümü  daxilən  xəstə  hiss  edirəm.  Elə  bil  içimdə 

nəsə  kəsilib  atılıb.  Bu  indi  də  belədir.  Bizim  ailənin  üzvləri  bir-birlərini  hamı  kimi 

istəməyiblər,  bizim  sevgimizdə  nə  isə  artıqlıq  var  idi.  Anam  heç  vaxt  işləməyib,  həmişə 

bizimlə olub. Atam uzunmüddətli səfərlərə gedib gəldiyindən onu daha az görmüşük. Mən 

anama o dərəcədə bağlı olmuşam ki, hətta ailə qurandan sonra da hər gün yanına qaçırdım. 

Anam haqqında danışmaq mənim üçün ağırdı… 

-Kimdir özünə hörmət edən adam? 

-Ora-bura vurnuxmayan, yəni meyllərə görə dəyişməyən adam. Özünə hörmət edən 

adam dünən kommunist olubsa bu gün «mənfur kommunist» ifadəsini işlətməməlidir. 

-Axırıncı dəfə hansı filmə baxmısınız? 

-«Təhminə»  filminin  baxışına  getmişəm.  İnliyədək  Anarın  filmlərindən  biri  də 

mənim ürəyimə yatmayıb. Ssenari ilə ekran eyni şey deyil. Kitabda əsas sözdür,filmdə isə 

aktyor  oyunu,operator  işi,intonasiya,qrim,  texniki  cəhəti  demirəm.  Hətta  ploynkanın 

keyfiyyəti  belə.  Doğrusu  bu  dəfə  də  pis  gözləyirdim,gözlədiyimdən  yaxşı  çıxdı,buna 

sevinirəm. Keçən il bu vaxt fikirləşirdim ki, indi belə bir faciələr baş verdiyi zamanda bu 

intim dram kimi maraqlandıracaq?   

Etiraz etməyəcəklərmi? İndi filmə baxandan sonra onu dəhşətlər içərisində bulağa, 

təmiz, şəffaf bir bulağa bənzədirəm. Demə dünyada məhəbbət də varmış, qan, nifrət yox, 

insanın  təbiətinə  daha  məhrəm,  doğma  hisslər  varmış,  bu  hisslərə  görə  əzab  çəkmək  də 

olarmış.  Bu  film  sakit,qansız  günlərə  bir  xatırlatmadır,  o  günlərə  qayıdışdır.  Demə  belə 

şeylər də olurmuş. 

FİDAN  RZAYEVANIN  Aynur Bəşirli ilə müsahibəsindən  

«Dalğa» qəzeti 2-8 fevral 1993  

 

Mənə elə gəlir ki, dünyada ondan yaxşı qardaş ola bilməz. 



TƏRANƏ  RƏSULQIZI (Anarın bacısı) 

«Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998, mart 



633 

 

 



Mənim üçün ən gözəl atadır, onunla fəxr edirəm. O, mənim böyüyüm, ağsaqqalım, 

həm də dostumdur, istər Bakıda olanda, istərsə də başqa məmləkətlərdə  - Suriya, Liviya, 

Türkiyədə  işləyəndə  şəxsi  məsələlərimlə,  yaxud  işimlə  bağlı  hər  hansı  bir  məsələ 

qarşısında duruxanda - tərəddüd edəndə atamdan məsləhət almışam, düzgün yolu mənə o 

göstərib. Ondan gözəl ata ağlıma gətirə bilmirəm. 

TURAL ANAROĞLU 

«Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart  

 

Mən  bu  dünyada  atam  kimi  səmimi,  alicənab,  nəcabətli  bir  insan  tanımıram. 



Atamdan  başqa  onu  bir  ziyalı  kimi  də  duyuram,atamı  düşünərək  hər  hansı  bir  addım 

atıram. Allah atamı bəladan, şərdən,böhtandan qorusun. 



GÜNEL ANARQIZI 

 «Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart  

  

 

 


634 

 

ÖMRÜN  ŞEİRDƏN   KEÇƏN  ANLARI 

 

Gənclik bir də geri dönməz, ha səsləyək, ha çağıraq, 



Ulduzlar da bir-bir sönür, qalıbdı ancaq son çıraq. 

Qürbətin həsrəti başqa, mənimki belə gətirdi, 

Öz elimdə, məmləkətdə, məmləkətdən oldum iraq. 

 

*** 



 

Ölümdən o yana kənd yox,axırıncı kəndə çatdıq, 

Bir vaxt necə umudluyduq,o kənd uzaqdı, çox uzaq. 

Bu bir doğru,bir həqiqət,düz deyibdi Nazım Hikmət 

Nə ölümdən qorxmaq ayıb,nə də ki ölümdən yazmaq.. 

 

Taksi gəncliyimə apararmısan, 



Keçmiş ünvanları axtararmısan. 

Bircə gün, bircə an geri dönsəydim, 

Zamanın hökmünü sındırarmısan? 

 

*** 



 

Taksi gəncliyimə apararmısan, 

Ötən illərimi qaytararmısan. 

Bu özləm, bu həsrət üzdü qəlbimi 

Məni bu həsrətdən qurtararmısan? 

Sayqacda rəqəmlər ötdü yaşımı, 

İllər də yollar tək geridə qaldı. 

Saçları ağarmış bəyaz başımı  



635 

 

Arxaya baxmağa qaldırarmısan? 



 

Taksi gəncilyimə apararmısan, 

İtən sevdaları arayarmısan. 

Zaman qürbətinə düşmüşəm indi, 

Məni öz vaxtıma çatdırarmısan? 

 

*** 



 

Ey dünya, gidi dünya, 

Üzün ikidi dünya. 

Namərdi əzizlədin, 

Yıxdın igidi dünya. 

 

Qəlbim mənə qalx deyir



Yan-yörənə bax -deyir. 

Hay-küy səni üzməsin, 

Kütlə hələ xalq deyil. 

 

*** 



 

Üstüsmə yüz çirkab atdı hər yetən cahil, avam,  

Bu qədər böhtana, föhşə gəl görüm eylə davam. 

Qədirbilməz bir mühitdə eylədim ömrü tamam

Haqqa qahmar durmağa cürət, cəsarət görmədim. 

 

*** 



 

636 

 

Şüurlara fikir əkdim



Çox vaxt bu meydanda təkdim. 

Çəkən bilər nələr çəkdim, 

Keçən keçdi,olan oldu. 

 

*** 



 

Dağların qarından ağ bəyaz döşün, 

Üstünə yıxılıb öləsim gəlir. 

Ünvanı unutdum, yolu itirdim, 

Yenidən qapına gələsim gəlir. 

 

Axşamlar qaralıb gecə olacaq, 



Ulduzların sayı neçə olacaq,  

Dünyanın axırı necə olacaq, 

Bax bunu yamanca biləsim gəlir. 

 

Özgələrçün əlləş, çalış, 



Özün üçün yaşamamış, 

Yaşamağa başlamamış, 

Öldüyüm üçün ağlaram. 

 

Doğma Qarabağın gen qucağında, 



Şuşa qalasının bir bucağında,  

Səkili bulağın lap qırağında,  

Ölməyimdən öncə olasım gəlir. 

 

Ürək də ətdəndir,dəmir deyil ki



637 

 

Dünyanın sirri çox, sirr bir deyil ki, 



Bir gün gedəsiyəm bu sirr deyil ki  

Yenə də dünyada qalasım gəlir. 

 

*** 


 

Özgələrçün əlləş, çalış, 

Özün üçün yaşamamış, 

Yaşamağa başlamamış 



Öldüyüm üçün ağlaram. 

 
1   ...   36   37   38   39   40   41   42   43   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə