Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


ŞEYX ŞAMİLİN 200 İLLİYİNƏ HƏSR OLUNMUŞ



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə50/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   274
ŞEYX ŞAMİLİN 200 İLLİYİNƏ HƏSR OLUNMUŞ  

TOPLANTIDA ÇIXIŞ  

Azərbaycan Respublikasının möhtərəm Prezidenti! 

Əziz dağıstanlı qonaqlar,hörmətli xanımlar və cənablar! 

Tarixdə  milli  müstəqillik  və  azadlıq  uğrunda  mübarizə  aparmış  böyük 

şəxsiyyətlərdən  birinin  -  Şeyx  Şamilin  200  illiyini  müstəqil  Azərbaycanda,müstəqil 

Azərbaycanın  Prezidenti  Heydər  Əliyevin  və  Dağıstan  rəhbərlərinin  iştirakı  ilə 

keçirməyimiz özü-özlüyündə fərəhli və böyük tarixi hadisədir. 

 00 il bundan qabaq Dağıstanın Gimrı aulunda dəmirçi Mustafanın ikinci övladı olur.  

Onun birinci övladı qızdır. İkinci övldadı oğlan olanda onun adını Əli qoyurlar.Amma bir 

müddətdən sonra Əli xəstələnir.Heç bir dərman,heç bir müalicə kömək etmir.Pirə gedirlər -

-  kömək  etmir  və  valideynləri  onun  adını  dəyişib  Şamil  qoymağı  qərara 

alırlar.Beləliklə,tarixə  Şamil  daxil  olur,  -gələcəyin  Şeyx  Şamili,dünyanın  böyük 

imperiyalarından  olan  çar  Rusiyasına  qarşı  25  il  qəhrəmancasına  mubarizə 

aparmış,Napoleon  generallarını  məğlub  etmiş  rus  sərkərdələrinin  öhdəsindən  gələ 

bilmdikləri  Şeyx  Şamil,Qafqaz  xalqlarının  azadlıq,müstəqillik  rəmzinə  çevrilmiş  İmam 

Şamil! 


Uzun illər çar Rusiyası Qafqazda müstəmləkəçilik müharibəsi aparırdı və bu müddət 

ərzində  Qafqaz  xalqlarının    müstəmləkəçilik  siyasətinə  qarşı  mübarizələri  davam 

edirdi.Şamil 7 yaşında olanda Cavad xan azğın çar generalı knyaz Sisyanova «sən mənim 

şəhərimi  yalnız  mənim  meyidimin  üstündən  adlayıb  ala  bilərsən»  sözləri  ilə  cavab 

vermişdi  və  sözlərinə  əməl  edərək  Gəncə  qalasının  divarları  üstündə  igidcəsinə  şəhid 

olmuşdu. Həmin knyaz Sisyanovun havalı başı Bakı qalasının qabağında bədənindən əbədi 

ayrı düşmüşdü. 

 Dağıstanın igid oğulları Qazi Məhəmmədin,Həmzət bəyin, İmam Şamilin başladığı 

mübarizə  əvvəl  dini  təriqət  yolu  ilə  gedən  mübarizə  idi,müridizm  fəlsəfəsinə,müridizm 

təliminə  əsaslanırdı.(sonrakı  illərin  haşiyəsi:  Ənvər  Məmmədxanlı  qeyd  edirdi  ki,Şeyx 



Şamil hərəkatının ideloji təməllərinə  Kürdəmir şeyxlərinin   böyük təsiri olub)  


227 

 

Şamildən yaşca böyük olan dostu,ona böyük təsir göstərən Qazi Məhəmməd Şamilə 



qazavat başlamağın yaxtı çatdığını söyləyir. Bundan sonra bir neçə il davam edən Qazavat  

--Dağıstan  xalqlarının,  Qafqaz  xalqlarının  müstəmləkəçiliyə  qarşı  mübarizəsi  başladı.Bu 

mübarizədə  Azərbaycan  və  Dağıstan  xalqları  çiyin-çiyinə  döyüşürdülər.  Dağıstanda 

başlamış  müharibələrin  əks-sədası  1837-ci  ildə  Quba  üsyanınıda,  Azərbaycanın  başqa 

yerlərində 

baş 


verən 

üsyanlarda 

eşidildi. 

Şamilin 


adı 

Azəbaycanın 

folkloruna,nəğmələrinə,hətta rəqslərinə düşdü. 

Şeyx  Şamil  haqqında  ilk  fəlsəfi-nəzəri  məqaləni  azərbaycanlı  Mirzə  Kaşımbəy 

«Şamil və müridizm» adı altında yazmışdır. XX əsrdə Azərbaycan yazıçısı Mehdi Hüseyn 

Şeyx  Şamilə  həsr  olunmuş  pyes  yazıb  səhnəyə  çıxarmışdır.  Amma  acı  da  olsa,bunu  da 

deməliyik  ki,Şamilə  qarşı  hücumlar,yəni  onun  şəxsiyyətinin  təhrif  edilməsi  barədə 

məsələni  qaldıran  da  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  o  vaxtkı 

Birinci  katibi  Mir  Cəfər  Bağırov  olmuşdur.Bunu  biz  acı  hisslə  deyiriksə,iftixarla  və 

 

yenə  də  kədərli  bir  hisslə  deyirik  ki,XX  əsrdə,sovet  dövründə  Şamil  uğrunda 



mübarizənin ilk qurbanlarından biri bizim böyuk filosof,gözəl alim Heydər Hüseynov olub. 

Mən bir şəxsi xatirəmi də danışmaq istəyirəm. Orta məktəbdə oxuyurdum. O vaxtlar 

bizim  dərs  kitablarımızda  Şeyx  Şamilin  şəkli  vardı.Şəklin  altında  «qəhrəman»  sözü 

yazılmışdı və  mətndə də Şamil məhz azadlıq qəhrəmanı kimi təqdim olunurdu.Amma Mir 

Cəfər Bağırovun çıxışından sonra Heydər Hüseynovu vəzifəsindən azad etdilər.O,Yazıçılar 

İttifaqının  üzvü  idi,  -oradan  da  çıxarıldı  və  həyatı  faciəvi  şəkildə  tamamlandı.  Bizim 

müəllimimiz  var  idi  o  gəlib  dedi  ki,o  dərslikdəki  şəklə  baxmayın,kitabda  yazılanların 

hamısı səhvdir, Şamil Türkiyənin casusu olub,pis adam olub və s.Sonra məndən soruşdu: 

de  görüm,Azərbaycanda  Şamili  tərifləyən  kim  idi?  Dedim  ki,bilmirəm.  Halbuki  Heydər 

Hüseynovun  adını  və  bu  məsələni  yaxşı  bilirdim.  Müəllim  dedi  ki,yox,sən  bilirsən  və 

deyəcəksən.  Dedim  ki,bilmirəm  və  deməyəcəm.  Cavab  verdi  ki,onda  sənə  iki  qiymət 

verəcəm  .  Dedim,verin.  Beləliklə  o  mənə  iki  qiyməti  verdi.  O,  bilirdi  ki,mən  Heydər 

Hüseynovun  adını  bilirəm.  Amma  bu  mənim  həyatımda  ilk  vətəndaşlıq  hərəkəti  idi  və 

bunun müqabilində aldığım  iki qiyməti də ilk cəzam idi. 




228 

 

Şeyx Şamil Allaha inanırıdı. Tarix isə Allahın səbridir. Allah müəyyən hadisələr baş 



verərkən  hər  şeyi  dərhal  yerbəyer  etmir,hələ  gözləyir,vaxt  keçir,illər  keçir  və  hər  şey  öz 

yerini tutur,hər kəs öz qiymətini alır və kimin kim olduğu aydınlaşır. Bir il keçəndən sonra 

Mir  Cəfər  Bağırov  tarixin  məhkəmə  kürsüsündə  oturmalı  oldu.  Bi  müddətdən    sonra  da 

Heydər Hüseynovun işıqlı adı bəraət qazandı. Fəxr edirm ki, Yazıçılar Birliyində işlədiyim 

müddətdə onun xatirəsinə hörmət əlaməti olaraq Heydər Hüseynovu yenidən təşkilatımızın 

üzvlüyündə bərpa etdik. 

Bakıda  küçələrə  adverəmə  komissiyası  var.    O  komissiya-nın  iclasında  mən  təklif 

etdim  ki,  Bakı  küçələrinin  birinə  Şeyx  Şamilin  adı  verilsin.İndi  Bakıda,Azərbaycanın 

başqa  şəhərlərində  Şeyx  Şamilin  adını  daşıvyan  küçələr  var,onun  abidəsi  ucaldılıb. 

Azərbaycan Prezitdenti Heydər Əliyev Şeyx Şamilin 200 illik yubileyinin ölkəmizdə geniş 

qeyd edilməsi haqqında sərəncam imzalayıb,Dağıstana təbrik göndərib və bu gün təntənəli 

yubiley gecəsində iştirak edir. 

Azərbaycan  xalqı  Şeyx  Şamili  öz  milli  qəhrəmanı  kimi  sevir,onunla  iftixar  edir. 

Ölkəmizin çox yerində müxtəlif qalalar var. Ancaq yalnız ikisi şəxsiyyət adı ilə bağlıdır - 

Koroğlu  qalaları  və  Şeyz  Şamil  qalaları…  Bu  qalalardan  başqa  Şeyx  Şamilin  xalqın 

azadlığı,müstəqilliyi uğrunda qurduğu amal qalası,ləyaqəti uğrunda ucaltdığı mənəvi qala 

da var və bu qala xalqlarımızın qəlbində,hamımızın ürəyindədir.   

10 fevral 1997 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin