247
KONFRANSDA ANARIN ÇIXIŞI
Hörmətli sədr! Hörmətli xanımlar və cənablar!
Azərbaycan Parlamanının üzvü və Azərbaycan Yaşıçılar Birliyinin sədri olaraq mən
Parlamanımız və Azərbaycan yaşıçıları adından, ədəbi ictimaiyyətimiz adından hamınızı
salamlayıram.
Mənim vətənim Azərbaycan -- qədim mədəniyyət ölkəsidir və həm də elə bir
məmləkətdir ki, əsrlər boyu bir çox çətin sınaqlarla üzləşməli olub.Böyük şairlərimizin,
mütəfəkkirlərimizin, alim və sənətkarlarımızın adları geniş şöhrət qazanıb.Keçən il
YUNESKO-nun qərarıyla bütün dünyada Azərbaycan türk sənətkarı,məhəbbət və xoş
məram şairi dahi Məhəmməd Füzulinin 500 illiyi qeyd olundu. Azərbaycan öz bölgəsində
həmişə mədəni tərəqqinin öncülü olmuşdur. X1X əsrdə paytaxtımız Bakıda Şərqin ilk
dramatik teatrı yarandı,Russiya imperiyasında ilk müsüləman qəzeti Azərbaycanda nəşr
olunmağa başladı. Xüsusi qeyd etmək istəyirəm ki, «Əkinçi» adlanan bu qəzetin heç bir
dini təmayülü yox idi,o yalnız Rusiyada müsülmanların çıxardığı ilk qəzet idi və öz
səhifələrində dünyəvi, demokrtiak idealları təbliğ edirdi.
1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov İslam Şərqində ilk operanı-
Füzulinin poeması əsasında «Leyli və Məcnun» operasını yaratdı.Və nəhayət, 1918-ci il
mayın 28-də Şərqdə ilk demokratik Respublika - Azərbaycan Xalq Cümhuriyyəti elan
olundu. Bu Cümhuriyyətin parlamanında müxtəlif siyasi partiyalar və ölkədə yaşayan milli
azlıqlar da təmsil olunmuşdu. Bu respubilka yalnız iki il yaşaya bildi, 1920-ci ilin 28
aprelində Qızıl Ordu tərəfindən işğal edildi,Daha sonra beləcə müstəqil Gürcüstan və
Ermənistan da Qızıl Ordu tərəfindər zəbt olundu.
1991-ci ildə biz keçmiş SSRİ-nin başqa respublikaları kimi dövlət müstəqilliyimizi
qazandıq. Postsovet məkanının bütün ölkələri kimi Azərbaycan da bir sıra çox ciddi
ictimai və siyasi problemlərlə üzləşdi. Faktik olaraq Sovet imperiyasının əyaləti
statusundan müstəqil dövlət statusuna keçmək - bu problemlərdən biridir. İkinci problem -
totalitar sovet sistemindən demokratik və plüralistik cəmiyyət qurmaq yoluna keçid
248
məsələsidir. Sosialist plan təsərüfatından - bazar iqtisadiyyətinə keçmək - üçüncü
problemdir. Çox qısa bir tarixi dövrdə biz elə çətin problemlərlə qarşılaşdıq ki,başqa
xalqlar bu məsələləri on illər,bəzən yüz illər ərzində həll edirlər. Amma bizim vəziyyətin
analoci problemlərlə üzləşən başqa keçmiş sovet respubilkalarından fərqimiz ondadır ki,
Azərbaycan bu ağır problemləri müharibə şəraitində həll etməyə məcburdur. Ərazimizin 20
faizi Ermənistan tərəfindən işğal olunub -7 milyon əhalisi olan ölkəmizdə dədə-baba
yurdları Ermənistandan,Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulmuş 1 milyondan
artıq qaçqınımız və köçkünümüz var. Hörmətli Prezidentimiz Heydər Əliyev dəfələrlə
qeyd edib ki,biz Qarabağ probleminin dinc yolla həll olunmasının tərəfdarıyıq,biz
Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasını,BMT
və başqa beynəlxalq təşkilatların birmənalı şəkildə işğal adtındakı torpaqların azad
edilməsinə aid qətnamələrini həyata keçirilməsini istəyirik.Biz ərazimizdə yaşayan bütün
millətlərin hüquqlarına hörmələ yanaşılmasının tərəfdarıyıq. Dağlıq Qarabağa
Azərbaycanın tərkibində ən yüksək statutus verməyə hazırıq.
Azərbaycanlılar və ermənilər başqa dillərdə danışırlar,amma döyüşlərdə o tərəfdən
də, bu tərəfdən də həlak olanların anaları eyni dildə ağlayırlar.Biz gələcək nəsillərə -
evladlarımıza, nəvələrimizə,yeni minillikdə yaşayacaq insanlara düşmənçiliyə və nifrəti
miras qoya bilmərik, onları anlamaq,ədalət və həmdərdlik ruhunda tərbiyə etməliyik.
Məhz bu duyüğular bizim klassik yaşıçıların da,çağdaş sənətkarların da əsərlərinin
ana xəttidir.
Bu forumda da məhz bu duyğularla iştirak edirik.Axı bu forum azadlıq,milli ləyaqət
və ədalət dəyərlərini həmişə hər şeydən uca tutan bir dövlətin paytaxtında keçirilir.
Konfransa uğurlar diləyirəm.
24 aprel 1997