«ÖLKƏLƏR ARASINDA SƏRHƏDLƏRİ DÖVLƏTLƏR UCALDIR,
MƏDƏNİYYƏT İSƏ BU SƏRHƏDLƏRİ YIXIB DAĞIDIR»
Hörmətli forum iştirakçıları, xanımlar və cənablar! Birgə yaşadığımız ötən illərin
sevinc və kədər yoldaşları!
Postsovet məkanından söz düşərkən mən başqa bir məkan - bizim ümimi
keçmişimizin məkanı haqqında da düşünürəm. Bu keçmişdə müsibətlər,faciəvi
hadisələr,ağrı-acılar, incik-liklər az olmayıb. Bu keçmişdə 37-ci il,Böyük Vətən
müharibəsi,90-cı l Bakının Qara yanvarı və Xocalı soyqırımı var. Amma axı bu keçmişdə
işıqlı günlər də olub və onlar ilk növbədə bizim mədəni ünsiyyətimizlə bağlıdır.
Mən dəfələrlə demişəm ki,ölkələr arasında sərhədləri dövlətlər ucaldır, mədəniyyət
isə bu sərhədələri yıxıb dağıdır. Rusiyayla Azərbaycanın iki əsrdən artıq ümumi tarixinə
nəzər salanda ağrılı-acılı hadisələrlə,qəddardıq və zülmlə yanaşı,xoş məqamlar da yada
düşür və belə məqamlar qarşılıqlı ədəbi,mədəni əlaqələrimizlə bağlıdır.
Qafqazın,o cümlədən Azərbaycanın obrazları rus ədəbiyyatını - şeirini,nəsrini,rus
musiqisini, təsviri sənətini zənginləşdirmişdir, Rusiya Azər-baycanı yalnız böyük rus
mədəniyyətinə deyil, Avropa mədəniyyətinə də qovuşdurdu. Məhz buna görə Azərbaycan
Şərqdə çağdaş sivilizasiyanın forpostuna çevrildi. Əgər qonşu məmləkət hərbi
forpostdursa, Azərbaycan rus və Qərb mədəniyyətinin Şərqdə forpostudur.
Biz uğurlarımızla fəxr edirik, amma problemlərimizi də gizlətmirik. Xalqımızın ən
böyük, ən ağrılı problemi Dağlıq Qarabağ problemidir. Bürada Rusiya ictimaiyyətinin
qaymağı toplaşıb.Sizdən bircə şey xahiş edirik - bizi anlamağı. Bizim problemlərimizi və
ilk növbədə Qarabağ problemini başa düşmənizi. Biz rəqiblərimiz kimi informasiya,daha
doğrusu dezinformasiya imkanlana malik deyilik. Biz dünyaya Həqiqəti çatdırmaq istəyirik
- Azərbaycan heç bir dövlətin bir qarış torpağını da zəbt etməyib,amma ərazimizin 20 faizi
erməni silahlı qüvvələri tərəfindən işğal olunub.
Bizim forumun keçirildiyi bu gözəl salon Muğam Mərkəzidir. Müğam Azərbaycan
musiqi mədəniyyətinin böyük sərvətidir. Muğamın beşiyi Şuşa şəhəridir - Azərbaycan
256
Qarabağ xanlığının paytaxtı Şuşa. Musiqi və poeziya şəhəri olan Şuşa bu gün işğalçıların
tapdağı altında xarəbələr və kabuslar şəhərinə çevrilib.
Qarabağ məsələsinin həlli yolunda illərdir ki, bitib-tükənməyən və nəticəsiz -
danışıqlar aparılır. Bizə güzəştə getmək təklif olunur. Biz daha hansı güzəştlərə
getməliyik? 1918-ci ildə əhalisinin yarıdan çoxu azerbaycanlılardan ibarət olan İrəvan
şəhərini ermənilərə güzəştə getdik. Azərbaycanlıların əzəldən bəri yaşadıqları böyük
əraziləri Ermənistana güzəştə getdik. Keçən əsrdə bu ərazilərdə yarım milyon azerbaycanlı
yaşayırdcı, indi bir nəfər də qalmayıb. Ramiz Mehdiyev cənabları burada bu barədə
danışdı. İndi biz daha hansı güzəştlərə getməliyik? Torpaqşlarımızın 10 faizindən əl
çəkməliyik ki, 10 faizini qaytaraq? Azərbaycan heç vaxt ərazi bütövlüyünün
zədələnməsiylə barışmayacaq.
Biz istərdik ki, Siz Azərbaycandan ən xoş təəssüratlarla ayrılasınız.İstərdik
ki,yaddaşınızda xalqımızın qonaqpərvərliyi,ürək açıqlığı qalsın, mədəniyyətmiz və
mətbəximiz qalsın, amma həm də dərd-bəlalarımız, incikliklərimiz qalsın. Diqqətinizə görə
təşəkkür edirəm.
Bakıda Humanitar Əməkdaşlıq üzrə
1 Azərbaycan - Ruiya Forumunun açılışında çıxış.
22 yanvar 2010
Dostları ilə paylaş: |