258
Bu bölümə peşəkar siyasətçilər və tarixin hökmüylə siyasətə qoşulmuş alimlər
haqqında, habelə iki böyük sənətkar Nazım Hikmət və Çingiz Aytmatov haqqında müxtəlif
illərdə yazdığım yazıları daxidr.lİki istisnayla rəhmətlmiklərin hamısını şəxsən tanıyırdım.
Müxtəlif miqyaslı insanlar idi, həm də birini çox,birini az tanıyırdım. Amma hamısı bu ya
digər dərəcədə çağdaş siyasətə möhürlərini vurmuş şəxsiyyətlərdi.
Azərbaycan tarixinin və müasir dünyanın ən böyük siyasi xadimlərindən olan
Heydər Əliyevlə dəfələrlə görüşmüş,ətraflı söhbətlər etmişdim.Bu ünsiyyət haqqında
«Unuduldmaz görüşlər» kitabımda geniş bəhs etmişəm. Bu bölümə daxil olan iki essedən
birini - «Şəxsiyyətin miqyası»nı- onun 75 illiyi münasibətiylə Moskvanın «Oqonyok»
jurnalının sifarişiylə yazmışdım. «Qalib cəldi,qalib getdi» - Heydər Əliyevin vəfatından
dərhal sonra, bu ağır itginin təsiriylə yazılıb.
Faciəvi şəkildə həlak olanlar --Tofiq İsmayılov, Vəli Məmmədov, Aydın Məmmədov
yaxın dostlarım idi.Eyni cür faciəvi şəkildə qətlə yetirilmiş Ziya Bunyadovla,eləcə də
mərhum Əbülfəz Elçibəylə qarşılıqlı hörmətimiz vardı, ünsiyyətimiz olmuşdu. Türkiyənin
məşhur siyasətçisi Bülənd Ecevidlə iki dəfə qısa görüşlərim olub. Nazım Hikmətin
söhbətlərini,öz ifasında şeirlərini Bakıda atamın evində, Moskvada şairin mənzilində,
«Moskva» mehmanxanasında bizim nömrəmizdə ailəmizlə görüşləri zamanı dinləmişəm.
Çingiz Aytmatovla çox görüşlərimiz,səmimi söhbətlərimiz olub. Vəfatından bir az qabaq
Bakıda mənim 70 illiyim münasibətiylə çəkilən televiziya filmində çıxışında demişdi: «Yaş
fərqimizə baxmayaraq mən Anarı yaşıdım kimi qavrayıram,çünki bir-birimizi bircə
kəlmədən anlayırıq».
Mən də sağlığında Çingiz Aytmatovun 75 illiyi yubileyi günlərində İstanbulda çıxış
etmişdim,böyük yazıçı haqqında məqalə yazmışdım.Bura daxil etdiyim yazı isə onun
ölümündən sonra yazılıb. Mədəniyyət nazirimiz Əbülfəs Qarayevlə, Nazim İbrahimovla
Bişkekə gedib Aytmatovun dəfnində iştirak etdik.
İlk Cümhuriyyət hökümətimizin görkəmli xadimlərindən biri, Türkiyə mühacirət
etmiş və ömrünü orada bitirmiş uzaq qohumumuz Nağı bəy Şeyxzamanlını(N.Keykurunu)
təbii ki,şəxsən tanımırdım. Onun Bakıda, 1997-ci ildə nəşr olunmuş «Azərbaycan istiqlal
259
mücadiləsi xatirələri» kitabına ön söz yazmışdım. Həmin Ön sözü bura salarkən Nağı
bəyin o kitabında yer almış, Azərbaycanın və SSRİ-nin siyasi həyatıyla bağlı maraqlı
xatirələrindən istifadə etdiyim parçaları da ona əlavə edirəm.